"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaqABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq.

"Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib.

Uzunluğu 305 metr olan bu gəmi məşhur "Titanik"dən təxminən 30 metr uzundur. 1952-ci ildə ilk səyahətində Atlantik okeanını 3 gün 10 saat 40 dəqiqəyə keçərək rekorda imza atan laynerin saatda 66 kilometrlik orta sürət göstəricisi bu günə qədər yenilənməyib.

Gəmi dəniz dibinə endirilməzdən əvvəl Alabamada zərərli kimyəvi maddələrdən, şüşə və plastik hissələrdən tam təmizlənib. 10,1 milyon dollarlıq layihə çərçivəsində dənizin 55 metr dərinliyinə batırılacaq gəmi həm dəniz canlıları üçün yeni yaşayış mühiti yaradacaq, həm də dalğıclar və balıqçılar üçün böyük cazibə mərkəzinə çevriləcək. Layihəyə paralel olaraq quruda 1 milyon dollarlıq muzeyin tikintisi də nəzərdə tutulub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 539   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Asiya fond bazarlarında texnologiya səhmləri ucuzlaşıb - investorlar süni intellektə yatırılan milyardlarla dolları sual altına alır

Asiya fond bazarlarında texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşması investorlar arasında narahatlığı artırıb. Cənubi Koreya və Tayvanın fond bazarlarında geriləmə qeydə alınıb. Buna səbəb ABŞ fond bazarında texnologiya və süni intellekt sektorunda baş verən satış dalğasıdır. Associated Press-i

3 noyabr
.

Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon

Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailəsinin saxlanılması üçün dövlət xərcləri artmaqdadır. -ın "Hraparak" nəşrinə istinadən verdiyi məlumata görə, 2026-cı il dövlət büdcəsində "Hökumət bağ evləri" adlı Dövlət Qeyri-Kommersiya Təşkilatına (DQKT) 621.3 milyon dram (təxminə

4 noyabr
.

Qaqik Tsarukyanın həbs müddətinin uzadılması ilə bağlı qərar dərc olunub

"Çiçəklənən Ermənistan" Partiyasının lideri və iş adamı Qaqik Tsarukyanın həbs müddətinin üç ay uzadılması ilə bağlı petisiya ilə bağlı qərar dərc olunur. xəbər verir ki, Qaqik Tsarukyan iyulun 7-də dələduzluq və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə həbs edilib

5 noyabr
.

Məhkəmə Aleksandr Nevzorovu Sankt-Peterburqdakı evindən çıxardı

Sankt-Peterburqun Primorski Rayon Məhkəməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin iddiasını təmin edib və jurnalist Aleksandr Nevzorovu, həyat yoldaşını, oğlunu və 83 yaşlı qayınanasını şəhərin şimalındakı Lisi Nos qəsəbəsində əvvəllər sahib olduqları evdən çıxarmaq qərarına gəlib

4 noyabr
.

Şimali Koreya Yapon dənizinə naməlum mərmi atdı

Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb. xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən bildirib. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi (JCS) təfərrüatları açıqlamadan raketin buraxılışını qeydə aldığını bildirib. Ötən həftə Şimali Koreya Vonsan bölgəsində

4 noyabr
.

Ukrayna dronları Rusiyanın cənubundakı Ozon anbarına zərbə endirib

Ukrayna dronları Adıgey Respublikasına hücum edib. xəbər verir ki, bunu bölgə rəhbəri Murat Kumpilov bildirib. Hücum nəticəsində Adıgeyskdəki Ozon logistika mərkəzinin ərazisində yanğın baş verib. "Kompleksin personalı təxliyə edilib, hazırda xəsarət alanlar və ya ölüm halları barədə məlumat yoxdur"

4 noyabr
.

Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi

Böyük Britaniyada köhnə mis kabel infrastrukturuna əsaslanan ənənəvi analoq telefon xətlərinin istifadəsi başa çatır. "Qafqazinfo"nun məlumatına görə, "BT Group" çətiri altında fəaliyyət göstərən şəbəkə operatoru "Openreach" xəbərdarlıq edib ki, 31 yanvar 2027-ci ildə analo

3 noyabr
.

ABŞ-İran müharibəsində gərginlik artır: Vaşinqtondan yeni zərbələr, Tehran isə cavab hazırlayır

ABŞ və İran arasında hərbi qarşıdurma təhlükəsi yenidən gündəmə gəlib. Hörmüz boğazında baş verən hadisələr, ABŞ-ın İranın strateji ərazilərinə endirdiyi zərbələr və tərəflərin qarşılıqlı bəyanatları regionda vəziyyəti daha da gərginləşdirib. Məlumatlara görə, ABŞ qüvvələri İranın Qeşm adasında yerləşə

4 noyabr
.

Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir

Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub

4 noyabr