Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir

Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinirSəs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Travel + Leisure" nəşri "BookRetreats" şirkətinin hazırladığı "Unspoiled Index" araşdırmasına istinadən məlumat yayıb.

Araşdırma çərçivəsində dünyanın müxtəlif bölgələrində yerləşən 100 ada təhlil edilib. Qiymətləndirmə zamanı peyk görüntüləri və xəritə məlumatlarından istifadə olunub. Adaların təbiətinin qorunma səviyyəsi, yol şəbəkəsinin sıxlığı, hava nəqliyyatının intensivliyi, tənhalıq imkanları, gecə səmasının qaranlıq qalması və sahilboyu sakit ərazilərin sayı əsas meyarlar kimi götürülüb.

Reytinqdə hər bir göstəriciyə fərqli çəki verilib və yekun nəticə 100 ballıq şkala ilə hesablanıb.

Birinci yerdə Yeni Zelandiya adası qərarlaşıb

Stüart adası 100 mümkün baldan 94,6 bal toplayaraq dünyanın ən sakit adası elan edilib. Maori dilində Rakiura adlandırılan bu ərazinin adı təxminən "parlaq səma" mənasını verir.

Ada təbiətin qorunması göstəricisinə görə 99 bal alıb. Burada təxminən 500 nəfər yaşayır, ərazinin 85 faizini isə Rakiura Milli Parkı əhatə edir. Ada nadir quş növləri, o cümlədən nəsli kəsilmək təhlükəsi ilə üzləşən Stüart kivi quşunun yaşayış məkanıdır.

Rakiura həm də dünyanın ən cənubda yerləşən beynəlxalq qaranlıq səma qoruğu statusuna malikdir. İşıq çirklənməsinin az olması burada ulduzları və cənub qütb parıltısını müşahidə etməyə imkan yaradır.

İkinci və üçüncü yerlərdə hansı adalar var?

Siyahının ikinci pilləsində Yunanıstana məxsus Anafi adası qərarlaşıb. Santorini adasının şərqində yerləşən bu ərazinin sahəsi təxminən 40 kvadratkilometrdir və əhalisi 300 nəfərdən azdır. Adada kommersiya hava limanı yoxdur, buraya əsasən bərə vasitəsilə getmək mümkündür. Ağ evləri və təmiz suları olan çimərlikləri Anafini sakit istirahət üçün cəlbedici məkana çevirir.

Üçüncü yeri isə Braziliyanın İlya-Qrandi adası tutub. Ərazisinin təxminən 90 faizi Atlantik tropik meşələri ilə örtülən adada çoxsaylı nadir heyvan və bitki növləri yaşayır. Burada hava limanı və asfalt yollar yoxdur, şəxsi avtomobillərin hərəkəti də qadağandır.

Reytinqdə ABŞ-dan yalnız Kaliforniyada yerləşən Santa-Katalina adası yer alıb. Onuncu pillədə qərarlaşan adanın ərazisinin 88 faizi təbiəti mühafizə təşkilatının nəzarətindədir. Burada təxminən 4 min nəfər daimi yaşayır.

Dünyanın ən sakit 10 adası

"BookRetreats" reytinqinə əsasən, siyahıya daxil olan adalar bunlardır:

1. Stüart (Rakiura) - Yeni Zelandiya
2. Anafi - Yunanıstan
3. İlya-Qrandi - Braziliya
4. Lord-Hau - Avstraliya
5. Sent-Martins - İngiltərə
6. Tioman - Malayziya
7. Ko-Çanq - Tailand
8. Ko-Ronq - Kamboca
9. Havelok - Hindistan
10. Santa-Katalina - ABŞ

Araşdırmada qeyd olunur ki, sakit istirahət məkanlarına maraq da sürətlə artır. Belə ki, son bir ildə Google-da sakit tətil yerləri ilə bağlı axtarışların sayı 1268 faiz yüksəlib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 317   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aİ Rusiyaya qarşı sanksiya siyahısına daha 145 fiziki və hüquqi şəxsi daxil edib

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini və daha 145 fiziki və hüquqi şəxsin sanksiya siyahısına daxil edilməsini təsdiqləyiblər. APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro noyabrın 16-da Brüsseldə jurnalistlər

16 noyabr
.

Fransada 300 minə qədər insan etiraz aksiyalarına çıxacaq

Fransada bu gün yaşayış xərclərinin artmasına qarşı etiraz aksiyaları planlaşdırılıb və bu aksiyalarda 220 mindən 300 minə qədər insan iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Təkcə Parisdə rəsmilər 30 mindən 60 minə qədər insanın iştirakını gözləyirlər

17 noyabr
.

Yaponiya iqtisadiyyatı artmır

Yaponiyanın iqtisadi artım səviyyəsi 2026-cı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə demək olar ki, dəyişməyib. İnflyasiya, enerji qiymətlərinin bahalaşması, əlverişsiz hava şəraiti və zəlzələ iqtisadi artıma mənfi təsir göstərib. Euronews-un məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetini

16 noyabr
.

Gələn il dünyanı silkələyəcək hadisələr - PROQNOZ

2027-ci ildə beynəlxalq böhranların və müharibələrin daha da şiddətlənməsi, süni intellektə qarşı mənfi münasibətin artması, yeni temperatur rekordlarının qeydə alınması, eləcə də Avropada sağçı partiyaların təsirinin güclənməsi mümkündür. Bu barədə Britaniyanın "The Economist "jurnalında dər

17 noyabr
.

Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırdı

Avropa İttifaqı (Aİ) Ukraynaya "Ukraine Facility" proqramı çərçivəsində təxminən 8 milyard avro həcmində maliyyə yardımının ayrılmasını təsdiqləyib. "Yeni Sabah" xəbər verir ki, Abu proqramın fəaliyyətə başlamasından bəri Kiyevə ayrılan ən böyük birdəfəlik ödənişdir. Vəsaitin təxminə

16 noyabr
.

Atasını öldürüb meyitini 238 hissəyə parçalayan şəxsə 12 il həbs cəzası verildi

Niderlandda atasını öldürməkdə təqsirli bilinən 33 yaşlı kişi 12 il müddətinə azadlıqdan məhrum edilib. O, atasının meyitini 238 hissəyə parçalayıb və qalıqları bir neçə il iki dondurucuda saxlayıb. xəbər verir ki, bu barədə "NOS" nəşri məlumat yayıb. Məlumata görə, 66 yaşlı kişi 2021-ci ili

18 noyabr
.

Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO

İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ

16 noyabr
.

Konqoda Ebolaya yoluxanların sayı 11,5 mini keçib

Konqo Demokratik Respublikasında Ebola pandemiyasına yoluxma hallarının sayı 11,5 mini keçib. xəbər verir ki, bu barədə ölkənin Milli İctimai Səhiyyə İnstitutu məlumat verib. Qeyd edilib ki, Ebola epidemiyasının başlanğıcından bəri yoluxanların ümumi sayı 11.504-ə çatıb. Son 24 saat ərzində 72 yeni yoluxm

18 noyabr
.

ABŞ-da raket havaya qalxarkən partladı - Anbaan video

ABŞ-da "United Launch Alliance" (ULA) şirkətinə məxsus "Vulcan Centaur" daşıyıcı raketi Kanaveral burnundan buraxıldıqdan təxminən 10 dəqiqə sonra qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, nəticədə Amazon şirkətinin "Amazon Leo" internet peyklərinin 40-ı orbitə çıxarıl

16 noyabr