Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsi
Avropanın kiçik dövlətlərindən biri olan Lixtenşteynin şahzadəsi Mariya İmmakulata Gürcüstanın keçmiş kral ailəsinə mənsub Zurab Dzidziguri ilə ailə həyatı qurub. Beş il davam edən münasibətlərini ictimaiyyətdən uzaq saxlayan cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada baş tutub.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Cütlük Vyanadakı Müqəddəs Pyotr kilsəsində keçirilən mərasimdə nikah bağlayıb. Şahzadə Mariya (ailə üzvlərinin ona müraciət etdiyi adla Lata) toyda krujeva detalları ilə seçilən gəlinlik geyinib. O, obrazını nənəsindən miras qalan, firuzəyi daşlar və brilyantlarla bəzədilmiş tarixi tacla tamamlayıb. 1929-cu ilə qədər uzanan tarixə malik tac şahzadənin nənəsinin mənsub olduğu sülaləyə aid olub.
Zurab Dzidziguri isə mərasimdə Gürcüstanın ənənəvi kişi geyimi olan çoxa (çərkəska) geyinib. Beləliklə, hər iki tərəf toy mərasimində öz milli və ailə ənənələrinə hörmət nümayiş etdirib.
Məlumata görə, fərqli ölkələrdə böyüyən cütlük 2011-ci ildə Tiflisdə tanış olub. Həmin vaxt şahzadə Mariya şəhərdə işləyir, eyni zamanda turizm agentliyinə rəhbərlik edirdi. İnnovasiya layihələrinin idarə edilməsi sahəsində çalışan Zurabla iş münasibətləri əsasında başlayan yaxınlıq sonradan sevgiyə çevrilib.
Cütlük münasibətlərini beş il ərzində ictimaiyyətdən gizli saxlamağa üstünlük verib. Toydan sonra Zurabın bacısı Kristine onların hekayəsini gürcü atalar sözü ilə ifadə edib: "Qismət səni hara aparacaqsa, ayaqların da ora aparacaq".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 204 Tarix: 03 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
Çinin "CAS Space" şirkəti "SpaceSail" rabitə peyklərinin 21-ci qrupunu uğurla orbitə çıxarıb. "Sinxua" agentliyinə istinadən xəbər verir ki, buraxılış noyabrın 3-də Bakı vaxtı ilə saat 04:15-də Çinin şimal-qərbindəki Szyutsüan kosmodromunun "Dunfen" kommersiy
3 noyabrBolqarıstanda prezident seçkilərinin qalibi qadın oldu
Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı İliyana Yotova qalib gəlib. O, yekun nəticələr təsdiqlənəcəyi təqdirdə ümumxalq səsverməsi ilə prezident seçilən ölkənin ilk qadın lideri olacaq. Yotova Ukraynaya əlavə hərbi yardımın göstərilməsinə qarşı çıxır və Rusiy
2 noyabrQazaxıstan köhnə avtomobillərin idxalını qadağan edəcək
Qazaxıstanın Nəqliyyat Nazirliyi fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün idxal edilən avtomobillərə dair yeni tələblər müəyyən edib. "Report"un Qazaxıstan bürosu xəbər verir ki, tələblərə əsasən, nəqliyyat vasitələri "Avro-5"dən aşağı olmayan ekoloji standartlara uyğun olmal
2 noyabrİki ölkə sərhədində əsgər ölümü qeydə alındı
Cənubi Koreya KXDR ilə sərhəd yaxınlığında bir əsgərin ölümü barədə məlumat yayıb. xəbər verir ki, bu barədə "Kyunghyang Shinmun" qəzeti məlumat verib. "Ordu komandanlığı Çovon əyalətində (Qanqvon əyaləti) cəbhə xəttində yerləşən bir bölmədə bir çavuşun bədən xəsarətlərindən öldüyünü bildirdi"
2 noyabrMeksikada təyyarə qəzası: ölənlər var - Video
Meksikanın İdalqo ştatının Paçuka şəhərində kiçik təyyarə yaşayış məntəqəsinə çırpılıb. xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində iki nəfər həlak olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil
3 noyabrMəkkəyə dron hücumu olub?
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri ölkənin Məkkə inzibati rayonu üzərində dron ələ keçirdiklərini elan ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi general-mayor Türki əl-Maliki "X"də məlumat yayıb. "Hava hücumundan müdafi
3 noyabrNepalda iki helikopter toqquşub: Ölən və yaralanan var
Nepalın Everest bölgəsindəki Periçe kəndində eniş edərkən iki vertolyotun toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. xəbər verir ki, hər iki pilot yüngül xəsarətlər alıb və müalicələrini davam etdirmək üçün Katmanduya aparılıblar. Polisin məlumatına görə, ölən hindistanlı turistin cəsəd
3 noyabr