Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
Böyük Britaniyada köhnə mis kabel infrastrukturuna əsaslanan ənənəvi analoq telefon xətlərinin istifadəsi başa çatır.
"Qafqazinfo"nun məlumatına görə, "BT Group" çətiri altında fəaliyyət göstərən şəbəkə operatoru "Openreach" xəbərdarlıq edib ki, 31 yanvar 2027-ci ildə analoq şəbəkə tamamilə bağlanacaq.
Şirkətin açıqlamasına görə, hazırda təxminən bir milyon analoq xətt istifadə olunur və onların 300 mini müəssisələrin payına düşür. Təhlükə yalnız ev telefonları ilə məhdudlaşmır, vaxtında rəqəmsal infrastruktura köçürülməzsə, kart ödəniş terminalları (POS), liftlərdəki təcili əlaqə telefonları, yanğın siqnalizasiyaları və təhlükəsizlik sistemləri də fəaliyyətsiz qala bilər.
"Openreach"in rəsmisi Ceyms Lilli bildirib ki, rəqəmsal miqrasiya prosesini ləngidən təşkilatlar ciddi əməliyyat və təhlükəsizlik riskləri ilə üzləşəcəklər.
"Openreach" artıq 1 oktyabrdan köhnə mis xətlər üçün tarifləri ikiqat artırıb və fevral ayından növbəti qiymət artımı gözlənilir. Son tarixə qədər rəqəmsal şəbəkəyə keçməyən istifadəçilər avtomatik olaraq yalnız əsas zənglərə icazə verən müvəqqəti xidmətə keçiriləcəklər ki, bu da rəqəmsal alternativlərdən xeyli baha başa gələcək.
Ev telefonunu saxlamq istəyən abunəçilər isə xidmətdən istifadəni davam etdirə biləcəklər, lakin cihazlar artıq xəttə deyil, genişzolaqlı internet routerinə qoşularaq İP-telefoniya sistemi ilə işləyəcək.
Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı da 31 dekabr 2035-ci ilə qədər bütün üzv ölkələrdə mis kabel şəbəkələrini tamamilə istismardan çıxarmağı hədəfləyir. Norveç və İspaniya isə artıq analoq sistemlərdən tam imtina edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 164 Tarix: 03 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO
ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı
17 sentyabr 2021Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib
Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy
16 sentyabr 2021Daha bir ölkə sərhədlərini açdı
Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy
17 sentyabr 202118 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO
"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti
15 sentyabr 2021"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb
18 sentyabr 2021Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"
Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans
16 sentyabr 2021Ramzan Kadırov seçkilərə anası ilə gəldi - VİDEO
Çeçenistanın başçısı Ramzan Kadırov ailəsi ilə birlikdə seçkilərdə iştirak edib. O, respublikada seçkilərdə stabil yüksək fəallıq olduğunu bildirib və çoxlarının bundan təəccübləndiyini deyib. "Bizdə çox sayda ailə, dini və ictimai institutlarımız var, onlar gələcəyimizi özümüz seçməli olduğumuz
17 sentyabr 2021"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı
"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını
16 sentyabr 2021