Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibində bu cür maddələrin yer alması onun keyfiyyəti və təbii məhsul kimi təqdim edilməsi ilə bağlı narahatlıqları artırır.

Bəs mağazalarda həqiqi, qatqısız şor tapmaq niyə çətinləşib? İstehsalçılar məhsulun tərkibinə niyə palma yağı və nişasta əlavə edirlər və istehlakçı keyfiyyətli şoru necə ayırd edə bilər?
Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, məncə burada əsas məsələ odur ki, bazarda ənənəvi üsulla hazırlanan, həqiqi süd mənşəli şorla onun görünüşünü təqlid edən məhsullar bir-birinə qarışıb. Onun sözlərinə görə, şor əslində süddən hazırlanan məhsuldur: "Onun əsas xammalı süd olmalıdır. Amma bu gün bəzi məhsulların etiketinə baxanda tərkibində palma yağı, nişasta və digər komponentlərin olduğunu görürük. Bu da həmin məhsulların ənənəvi şordan fərqli olduğunu göstərir. Bunun əsas səbəblərindən biri istehsal xərcləridir. Süd xammalı ilə işləmək, südü emal etmək, məhsulu hazırlamaq, saxlamaq müəyyən xərc tələb edir. Bitki yağlarından və nişastadan istifadə etmək istehsalçıya daha ucuz məhsul hazırlamaq imkanı verə bilər. Yəni burada qiymət rəqabətinin də təsiri var.

Digər tərəfdən, təbii şor istehsalı üçün keyfiyyətli süd xammalı və düzgün texnoloji proses lazımdır. Hər istehsalçı bu istiqamətdə işləmək əvəzinə daha ucuz, standartlaşdırılmış məhsul istehsalına üstünlük verə bilir. Məsələnin başqa bir tərəfi də məhsulun adıdır. Etiketdə şor məhsulu yazılması ilə sadəcə şor yazılması eyni məna daşımır. İstehlakçı məhsulun adından və tərkibindən onun nə olduğunu başa düşməlidir.

Azərbaycanda şor üçün dövlət standartı da mövcuddur. Bu standartda şor süd mənşəli məhsul kimi müəyyən edilir. Burada əsas məsələ istehlakçının düzgün məlumatlandırılmasıdır. Əgər məhsul süd mənşəli deyilsə, onun ənənəvi şorla eyniləşdirilməsi düzgün yanaşma deyil. Mən hesab edirəm ki, bazarda həqiqi süd şoru ilə bitki yağları əsasında hazırlanan alternativ məhsullar arasında aydın fərq olmalıdır. İstehlakçı şor almaq istəyirsə, aldığı məhsulun həqiqətən süddən hazırlanıb-hazırlanmadığını etiketdən anlaya bilməlidir".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 214   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib. xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyə

5 noyabr
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

5 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Leysan, dolu, qar - Sabahın havası

Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal

5 noyabr
.

Şəhid anası yol qəzasında həlak oldu (FOTO)

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaynarinfo "Gencexeber"ə istinadən xəbər verir ki, rayonun Todan kəndi ərazisində Mehman Kazımovun idarə etdiyi "Lada Niva" markalı avtomobil 100-150 metr hündürlükdən dərəyə yuvarlanıb. Qəza zamanı avtomobildə sərnişin qismind

5 noyabr
.

Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?

Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibind

5 noyabr
.

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Bizim.Media Gününsəsi.info-y

4 noyabr
.

Keçmiş nazirin oğluna vəzifə verildi

Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC

4 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr