Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"

Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"ABŞ Prezidenti Donald Tramp İranı yenidən genişmiqyaslı hərbi zərbələrlə hədələyib.

Sonxeber.az CNN-ə istinadən xəbər verir ki, Tramp noyabrın 5-də Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İrana qarşı hərbi əməliyyatların davam etdirilməsi ehtimalını istisna etməyib.

"İmkan daxilində ölkənin qalan hissəsini məhv etmək istəməzdim, amma bəlkə də bunu etməli olacağam. Bunu tezliklə biləcəksiniz", - deyə ABŞ prezidenti bildirib.

Tramp əlavə edib ki, Vaşinqton İranın nüvə proqramının birdəfəlik aradan qaldırılması üçün növbəti addımları müəyyənləşdirir. Onun sözlərinə görə, İranın müharibədən sonra özünü bərpa etməsi 25 il çəkə bilər.

ABŞ prezidentinin bu açıqlaması onun milli təhlükəsizlik komandası ilə İranla bağlı mümkün yeni hərbi əməliyyatları müzakirə etdiyi görüşdən sonra səsləndirilib.

Tramp administrasiyası hələlik yeni hücumla bağlı yekun qərar verməyib. Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığının mümkün hərbi əməliyyatların bərpası üçün hazırlıq apardığı bildirilir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 426   Tarix: 06 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya İrana 90 ədəd müasir raket buraxılış qurğusu verəcək: Moskvanın hərbi dəstəyi üzə çıxdı

Rusiya İranın hərbi imkanlarını gücləndirmək məqsədilə Tehrana 90 ədəd müasir raket buraxılış qurğusu tədarük etməyə razılaşıb. Bu barədə "Financial Times" nəşri Rusiyanın müdafiə sənayesinə aid əvvəllər açıqlanmamış sənədlərə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, 2024-2025-ci illər

5 noyabr
.

Çin sədrinin müavini Türkiyə və Gürcüstana səfər edəcək

Çin Xalq Respublikasının (ÇXR) sədrinin müavini Han Çjen noyabrın 6-dan 12-dək Türkiyə və Gürcüstanda səfərdə olacaq. xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib. Onun sözlərinə görə, Çin sədri Si Cinpinqin xüsusi nümayəndəsi Han Çjen Türkiyə Prezident

4 noyabr
.

Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı

Çində ibtidai sinif müəllimliyindən ayrılaraq iş dünyasına addım atan Maykl May təsis etdiyi sənaye materialları istehsalçısı "Crown New Materials Technology" şirkətinin ilkin kütləvi təklifi (IPO) vasitəsilə milyarderlər sırasına qoşulub. "Qafqazinfo" xəbər verir ki, Şençjen Fon

5 noyabr
.

Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir

Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub

4 noyabr
.

"Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır

ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı diplomatik razılaşmanın əldə olunması istiqamətində irəliləyiş var. "Bloomberg" tərəflərin yekun anlaşmaya daha da yaxınlaşdığı barədə məlumat yayıb. Məlumata görə, Tehran əvvəlki mövqeyindən fərqli olaraq, nüvə proqramı ilə bağlı bəz

6 noyabr
.

Çexiyada genişmiqyaslı elektrik kəsintisi səbəbindən parlament iclası yarımçıq dayandırıb

Praqada (Çexiya) genişmiqyaslı elektrik enerjisi kəsintisi səbəbindən parlamentin iclası yarımçıq dayandırılıb. xəbər verir ki, bu barədə Çexiya mediası "Prague Energy" (PRE) şirkətinin nümayəndəsi Karel Hanzelkayaya istinadən məlumat yayıb. Onun sözlərinə görə, elektrik kəsintisi əsasən Vltav

6 noyabr
.

Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib

IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak

4 noyabr
.

Rubio ABŞ dövlət katibi vəzifəsindən ayrıla bilər: onu kimin əvəz edəcəyi müzakirə olunur

ABŞ dövlət katibi Marko Rubionun administrasiyadan ayrılaraq gələcək prezident seçkilərinə hazırlıq görəcəyi ehtimal olunur. Onun yerinə mümkün namizədlərdən biri ABŞ-ın Hindistandakı səfiri Serxio Qordur. xəbər verir ki, bu barədə "The Washington Sun" mənbələrinə istinadən məlumat yayıb. Donal

5 noyabr
.

Britaniya müdafiə və süni intellekt sahəsində Çindən asılı vəziyyətə düşüb: Milli təhlükəsizlik risk altındadır

Böyük Britaniyanın müdafiə sənayesi, süni intellekt infrastrukturu və bərpaolunan enerji sektoru üçün zəruri olan kritik mineralların tədarükündə Çindən asılılığı ciddi təhlükə kimi qiymətləndirilib. The Guardian-a istinadən xəbər verir ki, Britaniya parlamentinin Biznes, innovasiya, elm və ticarət komitəs

5 noyabr