Rusiya İrana 90 ədəd müasir raket buraxılış qurğusu verəcək: Moskvanın hərbi dəstəyi üzə çıxdı

Rusiya İrana 90 ədəd müasir raket buraxılış qurğusu verəcək: Moskvanın hərbi dəstəyi üzə çıxdıRusiya İranın hərbi imkanlarını gücləndirmək məqsədilə Tehrana 90 ədəd müasir raket buraxılış qurğusu tədarük etməyə razılaşıb. Bu barədə "Financial Times" nəşri Rusiyanın müdafiə sənayesinə aid əvvəllər açıqlanmamış sənədlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, 2024-2025-ci illəri əhatə edən istehsal sənədlərində İran üçün nəzərdə tutulan 90 ədəd APU-L tipli raket buraxılış qurğusunun sifarişi əks olunub. Sənədlərdə alıcı "K-10" kod adı ilə göstərilib. Rusiyanın dövlət silah ixracatçısı "Rosoboronexport" bu koddan İranı ifadə etmək üçün istifadə edir.

Söhbət Rusiya istehsalı olan LMUR (İzdeliye 305) adlı yüksək dəqiqlikli idarəolunan raketlər üçün nəzərdə tutulan qurğulardan gedir.

Sonxeber.az Financial Times-a istinadən xəbər verir ki, bu raketlər hərəkətdə olan hədəfləri vurmaq imkanına malikdir və Rusiya ordusu tərəfindən Ukraynada geniş istifadə olunur.

Məlumata əsasən, APU-L qurğuları əsasən Mi-28 hücum helikopterlərində istifadə üçün nəzərdə tutulub və hər biri iki raket daşıya bilir. İranın da Rusiyadan Mi-28 helikopterləri aldığı bildirilir.

LMUR raketlərinin uçuş sürəti saniyədə təxminən 230 metrdir. Bu göstərici raketin 14 kilometr məsafəni təxminən bir dəqiqəyə qət etməsinə imkan verir.

Bununla belə, "Financial Times" qeyd edir ki, açıqlanan sənədlər raket buraxılış qurğularının İran üçün sifariş edildiyini təsdiqləsə də, onların faktiki olaraq Tehrana çatdırılıb-çatdırılmadığını müəyyən etmir.

Nəşrin qiymətləndirməsinə görə, bu razılaşma Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın genişləndiyini göstərir. Moskvanın Tehrana dəstəyi isə regiondakı hərbi balans və təhlükəsizlik məsələləri baxımından diqqət çəkir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 177   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Qazaxıstan rus ölkəsidir" deyən şəxs həbs edilib

Qazaxıstanın Almatı şəhərində supermarketdə mühafizəçi ilə qalmaqal yaradan və "Qazaxıstan rus ölkəsidir" deyən şəxs 20 sutka inzibati həbsə məhkum edilib. " "ə istinadən xəbər verir ki, hadisə mühafizəçinin əlində enerji içkisi olan alıcıdan qəbz istəməsi ilə başlayıb. Kişi qəbz

4 noyabr
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

4 noyabr
.

ABŞ-da aralıq seçkilərində erkən səsvermədə iştirak edənlərin sayı 58,7 milyona çatıb

ABŞ-da Konqresə aralıq seçkilər ərəfəsində erkən səsvermədə iştirak edənlərin sayı rekord həddə çataraq 58,7 milyona yüksəlib. "Al Jazzera" xəbər verir ki, bu barədə Florida Universitetinin Seçki Laboratoriyasının təhlilində bildirilib. Məlumata görə, təxminən 210 milyon qeydə alınmış seçicini

3 noyabr
.

NATO Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələri istisna etmir

NATO-nun yenilənmiş müdafiə strategiyası Rusiyanın arxa cəbhəsində yerləşən hərbi bazaların, təchizat anbarlarının və sənaye obyektlərinin vurulmasını da nəzərdə tutur. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, iyun ayında NATO-d

4 noyabr
.

Çin sədrinin müavini Türkiyə və Gürcüstana səfər edəcək

Çin Xalq Respublikasının (ÇXR) sədrinin müavini Han Çjen noyabrın 6-dan 12-dək Türkiyə və Gürcüstanda səfərdə olacaq. xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib. Onun sözlərinə görə, Çin sədri Si Cinpinqin xüsusi nümayəndəsi Han Çjen Türkiyə Prezident

4 noyabr
.

CCTV: Qapalı şəraitdə saxlanılan böyük pandaların sayı 830-a çatıb

Bütün dünyada qapalı şəraitdə saxlanılan böyük pandaların sayı 830-a çatıb. "Report" Çin Mərkəzi Televiziyasına (CCTV) istinadən xəbər verir ki, müvafiq məlumatlar Çendu şəhərində böyük pandaların mühafizəsi üzrə beynəlxalq konfransda təqdim olunub. Qeyd edilib ki, qapalı şəraitdə saxlanıla

3 noyabr
.

ABŞ-İran müharibəsində gərginlik artır: Vaşinqtondan yeni zərbələr, Tehran isə cavab hazırlayır

ABŞ və İran arasında hərbi qarşıdurma təhlükəsi yenidən gündəmə gəlib. Hörmüz boğazında baş verən hadisələr, ABŞ-ın İranın strateji ərazilərinə endirdiyi zərbələr və tərəflərin qarşılıqlı bəyanatları regionda vəziyyəti daha da gərginləşdirib. Məlumatlara görə, ABŞ qüvvələri İranın Qeşm adasında yerləşə

4 noyabr
.

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsi

Avropanın kiçik dövlətlərindən biri olan Lixtenşteynin şahzadəsi Mariya İmmakulata Gürcüstanın keçmiş kral ailəsinə mənsub Zurab Dzidziguri ilə ailə həyatı qurub. Beş il davam edən münasibətlərini ictimaiyyətdən uzaq saxlayan cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada baş tutub. Qaynarinfo xəbər veri

3 noyabr
.

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Bişkekdə (Qırğızıstan) 21 min dollar məbləğində dələduzluqda şübhəli bilinən prokurorluğun xanım "polkovnik"i saxlanılıb. xəbər verir ki, bu barədə Qırğızıstan mediası Baş Daxili İşlər İdarəsinə istinadən məlumat yayıb. Şübhəli bilinən 38 yaşlı E.U. əvvəllər dəfələrlə cinayət məsuliyyətin

4 noyabr