Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb
Bişkekdə (Qırğızıstan) 21 min dollar məbləğində dələduzluqda şübhəli bilinən prokurorluğun xanım "polkovnik"i saxlanılıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası Baş Daxili İşlər İdarəsinə istinadən məlumat yayıb.
Şübhəli bilinən 38 yaşlı E.U. əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilib. O, özünü Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı kimi təqdim edib və polkovnik paqonlu forma geyinib.
İstintaqın məlumatına görə, o, zərərçəkmişin etibarını qazanıb və müxtəlif bəhanələrlə ondan ümumilikdə 21 min dollar alıb. Xüsusən də, o, mehmanxana biznesi açmağa kömək etməyi, şikayətçinin qızını Kembric Universitetinə düzəltməyi, Türkiyəyə endirimli qiymətə səyahət paketi almağı, mənzil almağı və məsələlərin guya Baş Prokurorluq vasitəsilə həll olunmasını vəd edib.
Bundan başqa, şübhəli şəxs təcili maliyyə yardımına ehtiyacı olduğunu iddia edərək borc pul istəyib. Baş Daxili İşlər İdarəsinin məlumatına görə, o, həmçinin istintaq təcridxanasında və islah müəssisələrində məhbuslarla görüşlər təşkil etmək vədləri müqabilində də pul alıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 298 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYəməndə genişmiqyaslı hava əməliyyatı: 60 hədəf vurulub, ölənlər var
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin nəzarətində olan ərazilərə genişmiqyaslı hava zərbələri endirib. Əməliyyat nəticəsində 60 hərbi hədəfin məhv edildiyi açıqlanıb. Husilərin nəzarətindəki səhiyyə qurumları isə hücumlar zamanı azı 17 nəfərin öldüyünü, onlarla insanın yaralandığın
18 noyabrBu ölkə Ukraynaya gələn il ilk qırıclarını verəcək
İsveç "Gripen" qırıcılarının ilk partiyasını 2027-ci il yanvarın əvvəlində Ukraynaya təhvil verməyi planlaşdırır. TASS-ın məlumatına görə, bu barədə İsveçin müdafiə naziri vəzifəsini icra edən Pol Yonson Brüsseldə həmkarları ilə görüşdən əvvəl bildirib. "Ümid edirik ki, Yeni ildən sonr
17 noyabrSON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
ABŞ ordusunun İranın Qeşm adasına zərbə endirdiyi bildirilir. İranın IRNA agentliyinin məlumatına görə, adada 5-6 partlayış səsi eşidilib. Reuters-ə istinadən xəbər verir ki, Hormozqan vilayətinin qubernator müavini Əhməd Nəfisi hücumun ABŞ tərəfindən həyata keçirildiyini açıqlayıb. Onun sözlərinə görə
17 noyabr1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
1960-cı ildə avstriyalı alim Haynts fon Försterin irəli sürdüyü hesablamaya görə, 13 noyabr 2026-cı il bəşəriyyətin "qiyamət günü" olmalı idi. Lakin proqnoz özünü doğrultmayıb. xəbər verir ki, alim 1960-cı ildə "Science" jurnalında dərc olunan məqaləsində dünya əhalisinin artım sürətin
16 noyabrAlmaniya və Norveç Ukrayna üçün silah alışına 300 milyon dollar ayıracaq
Almaniya və Norveç Ukrayna üçün ABŞ silahlarının alınmasını nəzərdə tutan PURL təşəbbüsü çərçivəsində 300 milyon dollar məbləğində yeni silah paketini maliyyələşdirəcək. "Report"un Avropa bürosunun verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə Aİ Müdafiə Şurasını
17 noyabr41 yaşlı hərbçi ekstradisiya edildi - Rusiyaya işləyirmiş
Böyük Britaniyada Rusiyanın xeyrinə casusluq etmək ittihamı ilə saxlanılan 41 yaşlı ABŞ hərbçisi Amerika Birləşmiş Ştatları ordusuna təhvil verilib. "Unikal" xəbər verir ki, London Metropolitan Polisinin yaydığı rəsmi açıqlamada bildirilir ki, 10 noyabrda İngiltərənin Qlosterşir bölgəsind
18 noyabr