Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı

Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandıHimalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" nəşri məlumat yayıb.

"Vermitigris tsangyanggyatso" adlandırılan yeni növün müəyyənləşdirilməsi ilə bağlı araşdırmanın tarixi 1978-ci ilə gedib çıxır. Həmin vaxt alimlər Himalay bölgəsində qurdabənzər milçək sürfələri aşkarlayıblar. Lakin yetkin fərdlər olmadığı üçün onların hansı növə aid olduğunu dəqiqləşdirmək mümkün olmayıb.

2025-ci ildə Yadun bölgəsində araşdırma aparan alimlər nəhayət həmin həşəratın yetkin nümunələrini əldə ediblər. Təhlillər nəticəsində onun elm üçün yeni növ olduğu müəyyənləşdirilib.

Öz ölçüləri və görünüşü ilə fərqlənir

Yeni müəyyən edilən həşərat bir çox yaxın qohumlarından daha böyükdür. Yetkin fərdlərin uzunluğu 19,5 millimetrə, qanadlarının açıqlığı isə təxminən 16 millimetrə çatır.

Onun qarın hissəsinin rəngi sarımtıl-qəhvəyidən qırmızımtıl-qəhvəyiyə qədər dəyişir. Bu xüsusiyyət onu qohum növlərdən fərqləndirir. Həmçinin həşəratın ağız aparatının bir hissəsi olan xortumu qeyri-adi dərəcədə qısadır. Alimlər onun yetkinlik dövründə ümumiyyətlə qidalanmaya biləcəyini ehtimal edirlər.

Sürfələri qumda tələ quraraq ov edir

Bu həşəratın ən maraqlı xüsusiyyətlərindən biri ovlanma üsuludur. Sürfələr ovlarını təqib etmək əvəzinə, qumda və ya yumşaq torpaqda qıf formasında çuxurlar qazaraq tələ hazırlayırlar. Kiçik canlılar həmin çuxurlara düşdükdə sürfələrin ovuna çevrilirlər.

Himalay növünün sürfələrinin uzunluğu 20-28 millimetrə çatır. Bu isə onların yetkin fərdlərdən daha böyük olması deməkdir. Sürfələrin bədənində 5-7 tikanla təchiz edilmiş yarımdairəvi, ətli çıxıntı da mövcuddur.

Tədqiqatçılar bildirirlər ki, həşəratlar əsasən xırda çay qumuna üstünlük versələr də, müxtəlif səthlərdə tələ qura bilirlər. Onların fərqli torpaq və qum növlərinə necə uyğunlaşdığı isə hələ tam aydınlaşdırılmayıb.

Alimlərin fikrincə, bu kəşf həşəratların yayılma arealı və yüksək dağlıq ərazilərin biomüxtəlifliyi ilə bağlı bilikləri genişləndirir. Eyni zamanda, uzun illər əvvəl tapılmış, lakin düzgün müəyyənləşdirilməmiş növlərin yenidən araşdırılmasının əhəmiyyətini göstərir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 655   Tarix: 04 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

NATO Rusiyanın dərinliklərindəki hərbi obyektlərə zərbələri istisna etmir

NATO-nun yenilənmiş müdafiə strategiyası Rusiyanın arxa cəbhəsində yerləşən hərbi bazaların, təchizat anbarlarının və sənaye obyektlərinin vurulmasını da nəzərdə tutur. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, iyun ayında NATO-d

4 noyabr
.

"3M" şirkəti zəhərli kimyəvi maddələrlə bağlı iddialara görə 7,35 milyard dollar ödəyəcək

ABŞ-ın sənaye və texnologiya şirkəti "3M" insan sağlamlığına zərər vurduğu iddia edilən PFAS kimyəvi maddələri ilə bağlı məhkəmə iddialarını həll etmək üçün 7,35 milyard dollar ödəməyə razılaşıb. Razılaşma təxminən 115-120 min iddiaçını əhatə edə bilər. Reuters-ə istinadən xəbər verir ki, şirkə

4 noyabr
.

Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb

Çinin "CAS Space" şirkəti "SpaceSail" rabitə peyklərinin 21-ci qrupunu uğurla orbitə çıxarıb. "Sinxua" agentliyinə istinadən xəbər verir ki, buraxılış noyabrın 3-də Bakı vaxtı ilə saat 04:15-də Çinin şimal-qərbindəki Szyutsüan kosmodromunun "Dunfen" kommersiy

3 noyabr
.

The Guardian: "Ukraynada yerləşdiriləcək Avropa hərbçiləri Rusiya hücumlarına cavab verə biləcək"

Böyük Britaniya və Fransa Ukraynada mümkün atəşkəsdən sonra yerləşdirilməsi nəzərdə tutulan Avropa hərbi qüvvələrinin təhlükəsizlik qaydalarını müəyyənləşdirir. Plana əsasən, Rusiya qüvvələri Avropa hərbçilərinə hücum edərsə, onlar özünümüdafiə məqsədilə cavab atəşi aça biləcəklər. Nəşrin məlumatın

3 noyabr
.

Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi hücum edib: Ölənlər və yaralananlar var

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə hərbi əməliyyatlar intensivləşib. Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində enerji infrastrukturu və mülki obyektlərə ciddi ziyan dəyib. Məlumata görə, noyabrın 3-də həyata keçirilə

4 noyabr
.

Qaqik Tsarukyanın həbs müddətinin uzadılması ilə bağlı qərar dərc olunub

"Çiçəklənən Ermənistan" Partiyasının lideri və iş adamı Qaqik Tsarukyanın həbs müddətinin üç ay uzadılması ilə bağlı petisiya ilə bağlı qərar dərc olunur. xəbər verir ki, Qaqik Tsarukyan iyulun 7-də dələduzluq və xüsusilə külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə həbs edilib

5 noyabr
.

"Titanik"dən böyük tarixi gəmi okeanda batırılacaq

ABŞ-nin məşhur okean layneri "SS United States" dünyanın ən böyük süni rifini yaratmaq üçün Florida sahillərində, Meksika körfəzində batırılacaq. "Qafqazinfo" xəbər verir ki, otuz ilə yaxın Filadelfiyada sahilə lövbər salan tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən bu üsulla qiymətləndirilib

4 noyabr
.

Məkkəyə dron hücumu olub?

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri ölkənin Məkkə inzibati rayonu üzərində dron ələ keçirdiklərini elan ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə koalisiyanın nümayəndəsi general-mayor Türki əl-Maliki "X"də məlumat yayıb. "Hava hücumundan müdafi

3 noyabr
.

Dünyanın ən sakit adası seçildi: Burada sivilizasiyanın izlərinə az rast gəlinir

Səs-küydən, şəhər həyatının yorucu tempindən uzaqlaşaraq təbiətin qoynunda dincəlmək istəyənlər üçün dünyanın ən sakit adası müəyyənləşdirilib. Yeni Zelandiyada yerləşən Stüart adası (Rakiura) təbiətin qorunub saxlanılması və insan fəaliyyətinin minimum səviyyədə olması ilə reytinqdə birinci yeri tutub

4 noyabr