The Guardian: "Ukraynada yerləşdiriləcək Avropa hərbçiləri Rusiya hücumlarına cavab verə biləcək"

The Guardian: "Ukraynada yerləşdiriləcək Avropa hərbçiləri Rusiya hücumlarına cavab verə biləcək"Böyük Britaniya və Fransa Ukraynada mümkün atəşkəsdən sonra yerləşdirilməsi nəzərdə tutulan Avropa hərbi qüvvələrinin təhlükəsizlik qaydalarını müəyyənləşdirir. Plana əsasən, Rusiya qüvvələri Avropa hərbçilərinə hücum edərsə, onlar özünümüdafiə məqsədilə cavab atəşi aça biləcəklər.

Nəşrin məlumatına görə, Böyük Britaniya və Fransanın rəhbərlik edəcəyi ehtimal olunan missiya NATO-nun tərkibində fəaliyyət göstərməyəcək. Hərbi qüvvələrin əsasən Avropa texnologiyalarından istifadə etməsi, ABŞ-ın Starlink kimi sistemlərindən asılı olmaması nəzərdə tutulur.

11 ölkə hərbi təlimlərə qatılacaq

Noyabrın 9-dan 22-dək Polşada keçiriləcək Koalicja təlimlərində 11 ölkədən 2 800 hərbçinin iştirakı planlaşdırılır.

Sonxeber.az The Guardian-a istinadən xəbər verir ki, onlardan 1 500-ü Fransa, 300-ü isə Böyük Britaniya hərbçiləri olacaq.

Təlimlərin məqsədi mümkün atəşkəsdən sonra Avropa qüvvələrinin Ukraynaya sürətlə yerləşdirilməsi və birgə fəaliyyət imkanlarının yoxlanılmasıdır.

Rusiya ilə birbaşa qarşıdurma riski

Planlaşdırılan missiyanın əsas vəzifələrindən biri Ukrayna ordusunun müharibədən sonrakı dövrdə gücləndirilməsinə kömək etməkdir. Avropa hərbçilərinin əsasən cəbhə xəttindən uzaq ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur.

Bununla belə, hərbçilərə pilotsuz uçuş aparatları da daxil olmaqla mümkün hücumlara qarşı özünümüdafiə hüququnun verilməsi Rusiya ilə birbaşa qarşıdurma riskini gündəmə gətirir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 411   Tarix: 03 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb

ABŞ Dövlət katibi Marko Rubio ərzaq və kənd təsərrüfatı məhsulları ticarətindən digər dövlətlərə qarşı iqtisadi və ya siyasi təzyiq aləti kimi istifadə edilməsinin yolverilməz olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ diplomatiyası rəhbərinin Atlantada G20 ölkələrinin xaric

1 noyabr
.

Qazaxıstan köhnə avtomobillərin idxalını qadağan edəcək

Qazaxıstanın Nəqliyyat Nazirliyi fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün idxal edilən avtomobillərə dair yeni tələblər müəyyən edib. "Report"un Qazaxıstan bürosu xəbər verir ki, tələblərə əsasən, nəqliyyat vasitələri "Avro-5"dən aşağı olmayan ekoloji standartlara uyğun olmal

2 noyabr
.

Tramp Kubaya vaxt qoydu

ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib. "RİA Novosti"yə istinadən xəbər verir ki, Tramp bu barədə bloqer Benni Consona müsahibəsində danışıb. ABŞ lideri Vaşinqtonun Kubada baş verənləri diqqətlə izlədiyini vurğulayıb

1 noyabr
.

ABŞ Rusiya qazının Avropaya tədarükünün bərpasını dəstəkləyir

ABŞ Rusiya qazının Ukrayna ərazisindən keçən boru kəmərləri vasitəsilə Avropaya tədarükünün tezliklə bərpasının tərəfdarıdır. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ, Avropa və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb. Qeyd olunub ki, bu ideya ABŞ Prezidentini

2 noyabr
.

Meksikada təyyarə qəzası: ölənlər var - Video

Meksikanın İdalqo ştatının Paçuka şəhərində kiçik təyyarə yaşayış məntəqəsinə çırpılıb. xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində iki nəfər həlak olub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil

3 noyabr
.

Kiyev işıqsız qaldı

Ukraynanın paytaxtı Kiyev şəhəri və Kiyev vilayətində elektrik enerjisinin verilişində qəza səbəbindən fasilələr yaranıb. Bu barədə Ukraynanın "DTEK" enerji holdinqi məlumat yayıb. "Ukrenerqonun göstərişi ilə Kiyev və Kiyev vilayətində fövqəladə elektrik enerjisi kəsintiləri tətbiq edilib

2 noyabr
.

100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır

ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir. Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online"

2 noyabr
.

Avropada qeyri-adi qış gözlənilir: İki iqlim hadisəsi havaya təsir edəcək

2026-2027-ci illərin qışı Avropada mülayim və yağıntılı hava ilə başlaya bilər. Alimlərin araşdırmalarına əsasən, bu mövsümün hava şəraitinə iki təbii iqlim hadisəsi - El-Nino və Hind okeanı dipolunun müsbət fazası təsir göstərəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Futura" portal

2 noyabr
.

Tramp İrana hücum üçün xərclənən 30 milyard dolları "kiçik məbləğ" adlandırıb

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlara xərclənən 30 milyard dolları kiçik məbləğ adlandırıb. xəbər verir ki, Tramp Fox News-a verdiyi açıqlamada bildirib ki, "Bu, kiçik bir məbləğdir, çünki biz təkcə Venesueladan dəfələrlə çox pul qazanmışıq". İyun ayının sonlarında A

3 noyabr