100 min qəzetdən tikilən ev bir əsrdən çoxdur ayaqdadır
ABŞ-da mühəndis tərəfindən təxminən 100 il əvvəl tikilmiş qeyri-adi ev bu gün də qorunub saxlanılır. Tikintidə təxminən 100 min köhnə qəzetdən istifadə olunan bina həm memarlığı, həm də kağızdan hazırlanmış interyer əşyaları ilə diqqət çəkir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Gry-online" portalı məlumat yayıb.
Məlumata görə, mühəndis Elis F. Stenman 1922-ci ildə əvvəlcə yay evi tikməyi planlaşdırıb. Lakin iş prosesində divarların hazırlanması üçün qeyri-adi materialdan - köhnə qəzetlərdən istifadə etmək qərarına gəlib.
Evin bütün konstruksiyası kağızdan ibarət deyil. Binanın karkası, döşəməsi və damı ağacdan hazırlanıb, qəzetlər isə divarların əsas materialı olub. Mühəndis təxminən 100 min qəzeti 215 qat şəklində presləyərək un, su və alma qabığından hazırlanan qarışıqla bir-birinə yapışdırıb. Kağızı nəmdən qorumaq üçün divarların üzərinə suya davamlı lak çəkilib. Bu örtük mütəmadi yeniləndiyindən tikili uzun müddət qorunub saxlanıla bilib.
Evin interyeri də maraqlı detallarla zəngindir. Burada qəzetlərdən hazırlanmış masa, stul, rəflər və hətta saatlar var. Mühəndis ümumi üslubu qorumaq üçün taxta pianinonun üzərini də qəzetlərlə örtüb. Kağız divarlarla ziddiyyət təşkil edən kərpic kamin isə evin diqqətçəkən elementlərindəndir.
Divarlardakı qəzetlərdə XX əsrin əvvəllərinə aid başlıqları və məqalə parçalarını hələ də oxumaq mümkündür. Onların arasında ABŞ prezidentliyinə namizəd Herbert Huverin seçki kampaniyası ilə bağlı materiallar da var.
Hazırda ev mühəndisin nəslinin himayəsindədir və muzey kimi ziyarətçilərə açıqdır. Beləliklə, bir əsrdən artıq yaşı olan qeyri-adi tikili həm mühəndislik təcrübəsinin, həm də keçmiş dövrün mətbuat tarixinin maraqlı nümunəsinə çevrilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün YENİ MƏBLƏĞLƏR AÇIQLANDI
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Gələn il maaşlar BU QƏDƏR ARTACAQ
XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...
Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər
Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…