"3M" şirkəti zəhərli kimyəvi maddələrlə bağlı iddialara görə 7,35 milyard dollar ödəyəcək
ABŞ-ın sənaye və texnologiya şirkəti "3M" insan sağlamlığına zərər vurduğu iddia edilən PFAS kimyəvi maddələri ilə bağlı məhkəmə iddialarını həll etmək üçün 7,35 milyard dollar ödəməyə razılaşıb. Razılaşma təxminən 115-120 min iddiaçını əhatə edə bilər.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, şirkət ödənişləri doqquz il ərzində həyata keçirəcək. Razılaşma hazırda mövcud olan şəxsi sağlamlığa zərər iddialarının təxminən 99 faizini əhatə edir.
Mübahisənin mərkəzində PFAS adlanan və ətraf mühitdə çox uzun müddət parçalanmadan qala bilən kimyəvi maddələr dayanır. Bu maddələr istiliyə, yağa, suya və ləkələrə davamlılıq xüsusiyyətlərinə görə müxtəlif sənaye məhsullarında istifadə olunub.
Məhkəmə iddialarının əsas hissəsi yanğınsöndürmə zamanı istifadə edilən xüsusi köpüklərlə bağlıdır. İddiaçılar həmin məhsullardakı kimyəvi maddələrin içməli su mənbələrini çirkləndirdiyini və müxtəlif sağlamlıq problemlərinə səbəb olduğunu bildirirlər. İddialarda xərçəngin bəzi növləri də qeyd olunur.
Şirkət razılaşma çərçivəsində 2026-cı ildə 50 milyon dollar ödəyəcək. 2027-ci il üçün ödəniş nəzərdə tutulmayıb. Vəsaitin əhəmiyyətli hissəsinin isə son iki ildə köçürülməsi planlaşdırılır.
"3M" rəhbərliyi razılaşmanın uzun müddətdir davam edən hüquqi qeyri-müəyyənliyi azaltmağa kömək edəcəyini bildirib. Bununla belə, şirkət ödəniş qərarının hüquqi məsuliyyətin etirafı olmadığını vurğulayıb.
Qeyd edək ki, "3M" 2025-ci ilin sonunadək bütün dünyada PFAS istehsalını dayandırdığını açıqlamışdı. Şirkət 2023-cü ildə də ABŞ-da içməli su təchizatçıları ilə bağlı iddiaların həlli üçün 10,3 milyard dollarlıq razılaşma əldə etmişdi.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 292 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
ABŞ-nin Donald Tramp administrasiyası Venesuela ilə bu ölkədə Amerika hərbçilərinin uzunmüddətli mövcudluğunu təmin edəcək razılaşma ilə bağlı danışıqlar aparır. "Report"un məlumatına görə, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən xəbər verib. Məlumata görə, dövlə
4 noyabrÇin sədrinin müavini Türkiyə və Gürcüstana səfər edəcək
Çin Xalq Respublikasının (ÇXR) sədrinin müavini Han Çjen noyabrın 6-dan 12-dək Türkiyə və Gürcüstanda səfərdə olacaq. xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin məlumat verib. Onun sözlərinə görə, Çin sədri Si Cinpinqin xüsusi nümayəndəsi Han Çjen Türkiyə Prezident
4 noyabrŞimali Koreya hərbi təlimlər keçirir
Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, KXDR uzun mənzilli strateji qanadlı raketlərdən istifadə edərək hərbi təlimlər keçirib. xəbər verir ki, KXDR-in şərqində raket bölməsinin atəş bölməsinin nümayiş təlimləri keçirilib. "Təlimlərdə iştirak edən bölmə ənənəvi aerodromu uzaqmənzill
5 noyabrSamvel Karapetyan 1 ay müddətinə həbs edilib
"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan 1 ay müddətinə həbs edilib. xəbər verir ki, qərar bir müddət əvvəl ictimaiyyətə açıqlanıb. Qeyd etmək lazımdır ki, iş hakim Levon Petrosyana həvalə edilib və məhkəmə iclası bütün gecə davam edib. Bu səhər tezdən İstintaq Komitəsinin müstəntiqlər
5 noyabrMəhkəmə Aleksandr Nevzorovu Sankt-Peterburqdakı evindən çıxardı
Sankt-Peterburqun Primorski Rayon Məhkəməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyin iddiasını təmin edib və jurnalist Aleksandr Nevzorovu, həyat yoldaşını, oğlunu və 83 yaşlı qayınanasını şəhərin şimalındakı Lisi Nos qəsəbəsində əvvəllər sahib olduqları evdən çıxarmaq qərarına gəlib
4 noyabrZelenski Berlinə getdi - Video
Ukrayna Prezidenti Volodimir Zelenski Berlinə səfər edib. Bizim.Media xəbər verir ki, onun səfəri çərçivəsində Almaniya kansleri, Almaniya prezidenti və Bundestaq sədri ilə görüşlər, həmçinin Berlin Təhlükəsizlik Konfransında iştirak nəzərdə tutulub
3 noyabrÇin Filippinə xəbərdarlıq etdi: Cənubi Çin dənizində gərginlik yenidən artır
Çin və Filippin arasında Cənubi Çin dənizi ilə bağlı ərazi mübahisəsi yenidən diplomatik gərginliyə səbəb olub. Pekin Manilanı mübahisəli dəniz əraziləri ilə bağlı açıqlamalarında və addımlarında ehtiyatlı olmağa çağırıb. Çin Xarici İşlər naziri Vanq Yi Filippinin xarici işlər naziri Tereza Lazaro il
4 noyabr