Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir

Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənirABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılması ilə bağlı razılaşmanın yaxın olduğunu bildirib.

Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Tramp noyabrın 5-də Ağ Evdə Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşündən sonra jurnalistlərə açıqlamasında tərəflər arasında böyük razılaşmanın əldə ediləcəyini deyib. Onun sözlərinə görə, mümkün razılaşma yalnız Ukraynanı deyil, Avropanın digər ölkələrini də əhatə edə bilər.

ABŞ lideri danışıqların detalları barədə açıqlama verməsə də, münaqişənin həllinə yaxın olduqlarını vurğulayıb. Qeyd edək ki, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin noyabrın 10-11-də Əbu-Dabidə üçtərəfli danışıqlar keçirməsi planlaşdırılır.

Rusiya Ukraynaya kütləvi hava hücumu həyata keçirdi: 4 nəfər yaralanıb

Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları ilə hücum edib.

Associated Press-in məlumatına görə, noyabrın 5-nə keçən gecə həyata keçirilən hücumlar nəticəsində Dnepropetrovsk və Kiyev vilayətlərində azı 4 nəfər yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyaya məxsus 128 pilotsuz uçuş aparatından 105-nin zərərsizləşdirildiyini açıqlayıb. Hücumlar nəticəsində yaşayış evlərinə, infrastruktura və logistika obyektlərinə ziyan dəyib.

Rusiya tərəfi isə Ukraynanın müxtəlif ərazilərdə həyata keçirdiyi dron hücumlarına cavab olaraq öz hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyini bildirib.

Ukrayna Rusiyanın Ryazan şəhərindəki neft emalı zavoduna zərbə endirdi

Ukrayna ordusu Rusiyanın Ryazan vilayətində yerləşən neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə hücum edib.

Məlumata görə, noyabrın 5-nə keçən gecə həyata keçirilən hücum zamanı müəssisənin ərazisində yanğın baş verib. Ryazan vilayətinin qubernatoru Pavel Malkov hücum nəticəsində bir nəfərin yaralandığını bildirib.

Rusiya Müdafiə Nazirliyi həmin gecə ölkənin müxtəlif bölgələrində 496 Ukrayna dronunun məhv edildiyini açıqlayıb.

Müharibənin gedişində Ukrayna Rusiyanın yanacaq və hərbi-logistika infrastrukturunu hədəfə almaqda davam edir.

Ukraynada Rusiya bombardmanının qurbanlarının sayı 53-ə çatdı

Ukraynanın Zaporojye vilayətində humanitar yardım məntəqəsi kimi istifadə edilən keçmiş məktəb binasına Rusiyanın endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 53-ə yüksəlib.

Associated Press-in məlumatına görə, noyabrın 2-də Komışuvaxa yaşayış məntəqəsində baş verən hücum zamanı bina dağılıb. Hadisədən sonra dağıntılar altında qalan insanların axtarışı davam etdirilib.

Ukrayna Prezidenti Vladimir Zelenski ölənlərin sayının artdığını, onlarla şəxsin isə itkin düşmüş hesab edildiyini bildirib.

Hücumun humanitar yardım almaq üçün toplaşan insanların olduğu ərazidə baş verdiyi qeyd olunur.

Zelenski Qərbdən Rusiyaya qarşı təhlükəsizlik zəmanətləri tələb etdi

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin müharibədən sonrakı təhlükəsizliyinin təmin olunması üçün Qərb dövlətlərindən konkret zəmanətlər istəyib.

Associated Press-in məlumatına görə, Zelenski Brüsseldə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Avropa İttifaqının nümayəndələri ilə keçirilən müzakirələrdə təhlükəsizlik məsələsini gündəmə gətirib.

Ukrayna lideri mümkün sülh razılaşmasından sonra Rusiyanın yenidən hücum edəcəyi təqdirdə müttəfiqlərin necə hərəkət edəcəyinin əvvəlcədən müəyyənləşdirilməli olduğunu vurğulayıb.

O, həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemlərinə, xüsusilə Patriot raketlərinə ehtiyacının davam etdiyini bildirib.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 402   Tarix: 06 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya İrana 90 ədəd müasir raket buraxılış qurğusu verəcək: Moskvanın hərbi dəstəyi üzə çıxdı

Rusiya İranın hərbi imkanlarını gücləndirmək məqsədilə Tehrana 90 ədəd müasir raket buraxılış qurğusu tədarük etməyə razılaşıb. Bu barədə "Financial Times" nəşri Rusiyanın müdafiə sənayesinə aid əvvəllər açıqlanmamış sənədlərə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, 2024-2025-ci illər

5 noyabr
.

Şimali Koreya hərbi təlimlər keçirir

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, KXDR uzun mənzilli strateji qanadlı raketlərdən istifadə edərək hərbi təlimlər keçirib. xəbər verir ki, KXDR-in şərqində raket bölməsinin atəş bölməsinin nümayiş təlimləri keçirilib. "Təlimlərdə iştirak edən bölmə ənənəvi aerodromu uzaqmənzill

5 noyabr
.

Dublin-Roma reysi ilə uçan təyyarə Fransadakı aviabazaya məcburi eniş edib

Dublin-Roma reysi ilə uçan təyyarə bomba barədə daxil olan məlumatdan sonra Normandiyadakı Evryo aviabazasına yönləndirilib. xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Baş naziri Sebastyan Lekornyunun dəftərxanasına istinadən məlumat yayıb. "Dublin-Roma reysini həyata keçirən "A320"

5 noyabr
.

Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib

IRIS-T sistemlərinin və F-16 təyyarələri üçün sursatların Ukraynaya göndərilməsi nəzərdən keçiriləcək. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabında Almaniyanın müdafiə naziri Boris Pistoriusla görüşünün nəticələrini şərh edərkən deyib. "Bizim qarşıdak

4 noyabr
.

Türkiyə-İran sərhədində atışma: Türk hərbçi öldürülüb

İran ərazisindən açılan atəş nəticəsində türk hərbçi həlak olub. Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə və İran sərhəddə baş verən insident nəticəsində türk hərbçinin həlak olması ilə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, hadisə oktyabrın 31-də Türkiyənin Hakkar

5 noyabr
.

Demokratların qələbəsindən sonra Trampın hərbi layihələri dayandırıla bilər

ABŞ prezidenti Donald Trampın bir sıra əsas hərbi layihələri, o cümlədən "Qızıl günbəz" raketdən müdafiə sistemi və "Qızıl donanma" proqramı, ara seçkilərdən sonra Konqresdə respublikaçıların çoxluğunu itirməsi səbəbindən dayandırıla və ya dondurula bilər. xəbər verir ki, portal T

5 noyabr
.

Himalay dağlarında yarım əsr sirr olaraq qalan qeyri-adi həşərat aşkarlandı

Himalay dağlarında əvvəllər yalnız tropik ərazilərdə yaşadığı düşünülən milçək növü müəyyən edilib. Təxminən 50 il əvvəl sürfələri aşkarlanan, lakin hansı növə aid olduğu bilinməyən həşəratın sirri yalnız 2025-ci ildə yetkin fərdlərin tapılmasından sonra açılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Dail

4 noyabr
.

Tramp fond bazarının çökməsinə görə Demokratları günahlandırır

ABŞ prezidenti Donald Tramp fond bazarındakı kəskin enişdə Demokrat Partiyasını və seçki nəticələrini günahlandıraraq bildirib ki, Amerika fond bazarları tarixinin ən pis günlərindən birini yaşayıb. xəbər verir ki, Tramp Truth Social sosial şəbəkəsində yazıb: "Seçki nəticələrinə görə fond bazar

6 noyabr
.

Gələcəkdə yay yarım il davam edə bilər

Gələcək illərdə dünyada istilik dalğaları daha uzunmüddətli, genişmiqyaslı və intensiv olacaq. Yeni araşdırmaya görə, bəzi bölgələrdə anomal isti hava dövrü ardıcıl altı ayadək davam edə bilər. xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Berlin Azad Universitetinin Avstraliya, İsveçrə və Yen

5 noyabr