Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:

"Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər. Müharibə zamanı ərazilər azad edildikcə həmin ərazilərdə mobil şəbəkə də sürətlə qurulurdu. Gördük ki, hamı əlində telefon gəzir. Şuşanın azad edilməsi ilə bağlı döyüş əmrini alıb hərəkətə başladığımız gündən noyabrın 10-dək heç kimlə əlaqəmiz yox idi. Açığı, bütün diqqətimiz döyüşdə idi. Ailəmiz, yaxınlarımız, tanışlarımız heç yadımıza da düşmürdü. Noyabrın 10-da şəbəkə yarananda sanki özümüzə də bir siqnal gəldi: ailəmiz var, evimizlə danışmalıyıq. İlk atama zəng etdim və Böyük Zəfərin şad xəbərini ailəmlə bölüşdüm".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - FotoOxu.Az xəbər verir ki, Zəfər Günü ərəfəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "Kaspi" qəzetinin birgə layihəsi olan "Məktəbdə"nin qonağı Vətən Müharibəsi qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov olub. Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində keçirilən görüşdə şagirdlər qəhrəman hərbçinin döyüş yolunun hekayəsini dinləyib, onun həyat və gələcəklə bağlı tövsiyələrini eşidiblər.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto"Daş üzərinə yazılan "5"

Vətən Müharibəsi qəhrəmanı Salyanda keçən məktəb illərindən söz açaraq, uğurun təməlində intizamın, dəqiqliyin və müəllim əməyinin dayandığını vurğulayıb. İbtidai siniflərdən rəsmə böyük həvəsi olduğunu, bu bacarığının müəllimlərinin diqqətini çəkdiyini bildirib. Dərslərinə məsuliyyətlə yanaşan Zaur Hüseynov 8-ci sinfi bitirdikdən sonra, 14 yaşında Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. O, 18 yaşında Ali Hərbi Məktəbin birinci kursunda topoqrafiya fənni ilə tanışlığını və bu biliklərin həyatında yaratdığı dönüşü xüsusi həyəcanla xatırlayıb:

"Məktəb illərində rəsm çəkməyi çox yaxşı bacarırdım. Ali Hərbi Məktəbdə topoqrafiya dərsinə girəndə müəllimimiz xəritədə profilin necə çəkildiyini, hərbçinin A nöqtəsindən B nöqtəsinə hərəkət edərkən ərazinin relyefini necə oxumalı olduğunu izah etdi. Sonra dedi ki, gəzib baxacaq, kim başa düşməyibsə, yerində öyrədəcək. Mən də tapşırığı dərhal və dəqiqliklə yerinə yetirdim. Ondan sonra hər dərsdə "5" alırdım. Bir neçə dərsdən sonra mənə dedi: "Sənin aldığın bu qiymət daş üzərinə yazılan "5" kimidir". O vaxt 18 yaşım var idi, bu ifadənin mənasını anlamadım. Düşündüm ki, yəqin yaddaqalan olduğu üçün belə deyir".

Bu ifadənin əsl mənasını Zaur Hüseynov Vətən müharibəsində anlayıb. İşğal dövründə cəmi 5-6 yaşı olan, həmin əraziləri heç vaxt görməyən hərbçinin illər əvvəl mənimsədiyi topoqrafiya bilikləri döyüş meydanında mühüm üstünlüyə çevrilib:

"Vətən müharibəsində Cəbrayıla, Füzuliyə, Hadruta və Şuşaya irəliləyəndə biz o torpaqları yalnız xəritələrdən tanıyır, gözümüzün qabağına gətirib xəyal edirdik. Döyüşlər zamanı bütün tapşırıqlarda topoqrafik xəritələrin oxunmasında, hərəkətdə iştirak edirdim. Yuxarı komandirlər xəritəni daha dəqiq bildiyimə görə harada olduğumuzu təyin etməyi, marşrutu cızmağı mənə həvalə edirdilər ki, dəqiq nöqtəni xəritədə göstərim. Biz ilk dəfə ayaq basdığımız o dərələri, meşələri, keçilməz dağları məhz həmin xəritələri dəqiq oxumaqla fəth etdik".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - FotoAğır tarixi yoldan şanlı Zəfərə

Hərbçimiz Azərbaycanın keçdiyi çətin tarixi dövrləri, Birinci Qarabağ müharibəsinin acılarını və ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə başlayan inkişaf yolunu xatırladıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun gücləndiyini deyən qəhrəmanımız özünün də iştirak etdiyi Aprel döyüşlərini və Vətən müharibəsini belə dəyərləndirib:

"2016-cı ildə Aprel döyüşlərində öz bölməmlə iştirak edirdim. Dörd gün sonra döyüşlər dayansa da, içimizdəki o savaş dayanmadı. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda atılan ilk mərmini Aprel döyüşlərində atılan son mərminin davamı kimi hiss etdim".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto"Özümüzü Şuşaya sipər etdik"

Döyüşün ən dramatik və ağır anları Şuşa əməliyyatı zamanı yaşanıb. Ağır texnika və tank əleyhinə vasitələr hələ gəlib çatmadığı bir vaxtda düşmən tankları əks-hücuma keçib:

"Tanklar elə məsafədə idi ki, avtomatla onları vurmaq olmurdu, amma onların mərmisi bizə çatırdı. Bir komandir kimi anlıq qərar verdim. Şuşa qalasının divarları arxasına sığındıq. Tarixi qala divarları tank mərmilərinə sinə gərdi, özünü bizə sipər etdi, biz də özümüzü Şuşaya sipər etdik. Biz o mövqeləri sonadək qoruyub saxlaya bildik".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - FotoZaur Hüseynov üçün Şuşaya gedən yolun mənası yalnız hərbi əməliyyatın çətinliyi və keçilməz relyeflə məhdudlaşmırdı. Bu yol həm də xalqın 30 illik həsrətini, şəhidlərin qanını, döyüşçülərin iradəsini və tarixi yaddaşımızı özündə birləşdirirdi:

"Bu yol asfalt deyildi. Bu yolda şəhidlərimizin qanı, döyüşçülərimizin iradəsi, analarımızın duaları vardı. Bu, gecəsi-gündüzü olmayan döyüşlərin, ağır sınaqların yolu idi. Bu yolda Xudafərin körpüsü, Azıx mağarası, İsa bulağı, Şuşanın qayaları, Cıdır düzü, Şuşa qalası vardı. Ən əsası isə bu yol Azərbaycan xalqının 30 illik həsrətini daşıyırdı. Azərbaycan oğulları Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın 30 illik həsrətinə son qoydular".

"Arxa cəbhənin nəfəsini hiss edirdik"

Şagirdlərdən birinin "Arxa cəbhədə insanların həmrəyliyini, xalqın ordu ilə birliyini necə qiymətləndirirsiniz?" sualını cavablandırarkən hərbçimizin gözlərindəki qürur daha aydın hiss olunub:

"Biz ön cəbhədə Azərbaycan xalqının bu savaşla nəfəs aldığını daim hiss edirdik. Məktəblilərin yazdığı məktublar, yaşlı nənə-babalarımızın təqaüdlərini cəbhəyə göndərməsi, insanların küçədən keçən hərbi maşınlara evlərindəki bir tikə çörəyi uzatması bizim üçün ən böyük stimul idi. Hiss edirdik ki, Azərbaycan xalqı daim arxamızdadır".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - FotoŞagirdlərin "Müharibədən kənarda necə qəhrəman olmaq olar?" sualına qəhrəmanımızın cavabı zalda böyük alqışla qarşılanıb:

"Qəhrəmanlıq təkcə əlinə silah alıb döyüşmək deyil. Qəhrəmanlıq doğru olan yolda sonadək mübarizə aparmaqdır. Sizin dərslərinizə yaxşı hazırlaşmağınız, bir-birinizlə möhkəm bağ qurmağınız, müəllimlərinizə hörmətiniz və gələcəkdə bu dövlət üçün sağlam bir vətəndaş kimi yetişməyiniz elə özü bir qəhrəmanlıqdır. Çünki sağlam cəmiyyət güclü dövlətin təməlidir".

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - FotoVətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 154   Tarix: 08 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

"Haber Global": 44 gündə yazılan dastan - Video

"Qəhrəman Azərbaycan Ordusunun 44 gün ərzində torpaqlarını işğaldan azad etdiyi 8 Noyabr qardaş ölkənin ən xoşbəxt və mübarək günüdür. Eyni zamanda, bütün Türk dünyasının qürur günüdür". xəbər verir ki, bu fikirlər "Haber Global" telekanalının 8 Noyabr - Zəfər Günü münasibətilə hazırladığ

7 noyabr
.

Əməkhaqlarında kəskin artım gözlənilir?

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin d

8 noyabr
.

Azərbaycanda gələn il kənd təsərrüfatı xərclərinin gözlənilən strukturu açıqlanıb

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatı üçün ayrılması nəzərdə tutulan 1 milyard 379,5 milyon manat vəsaitin 477 milyon manatı su təsərrüfatlarının idarə olunmasının təkmilləşdirilməsinə yönəldiləcək. "Report" xəbər verir ki, bu, gələn ilin büdcə zərfinin layihəsində ö

8 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

"Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb

8 Noyabr - Zəfər Günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə həsr edilmiş "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb. videoçarxı təqdim edir:

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!

Noyabrın 8-i tarixi qələbəmizin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətə

8 noyabr