"Şuşanın azad olunması nadir hərbi əməliyyat kimi tarixə düşdü" - millət vəkili Könül Nurullayeva

"Şuşanın azad olunması nadir hərbi əməliyyat kimi tarixə düşdü" - millət vəkili Könül Nurullayeva"2020-ci il noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı. 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olundu. Şuşa əməliyyatını hərb tarixində unikal edən əsas amillərdən biri onun olduqca mürəkkəb coğrafi şəraitdə həyata keçirilməsi idi. Mürəkkəb relyef və düşmənin müdafiə mövqeləri şəhərin hərbi yolla azad edilməsini çətinləşdirirdi. Lakin Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi məharət, yüksək döyüş ruhu, peşəkarlıq və misilsiz qəhrəmanlıq nümayiş etdirərək bu mürəkkəb missiyanı uğurla yerinə yetirdi". Bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Könül Nurullayeva bildirib.
"Şuşanın azad olunması nadir hərbi əməliyyat kimi tarixə düşdü" - millət vəkili Könül NurullayevaOnun sözlərinə görə, Şuşanın azad edilməsi Azərbaycanın hərbi strategiyasının, ordumuzun hazırlıq səviyyəsinin və əsgərimizin döyüş əzminin nümayişi idi: "Bu əməliyyat bir daha göstərdi ki, müasir müharibələrdə düzgün strategiya, çevik taktika, peşəkar hərbi idarəetmə və milli ruh həlledici rol oynayır. Azadlıqdan sonra Şuşada başlanan genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Tarixi abidələrin, məscidlərin, muzeylərin və memarlıq nümunələrinin bərpası, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması tarixi yaddaşın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır. "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən təşkil edilməsi isə Şuşanın mədəni həyatına yeni nəfəs verib.

Şuşanın azad edilməsi ilə Azərbaycanın hərbi-siyasi üstünlüyü daha da möhkəmləndi. Bu qələbə Ermənistanın və onun havadarlarının regionda yaratmağa çalışdığı geosiyasi reallıqları dəyişdirdi, işğalçılıq siyasətinin iflasa uğradığını təsdiqlədi. 44 günlük müharibədən sonra ərazi bütövlüyü ilə yanaşı, dövlət suverenliyini də tam bərpa etmək əsas vəzifələrdən biri idi. Müharibədən sonrakı dövrdə Qarabağda separatçı rejimin mövcudluğunu davam etdirməyə və regionda yeni status-kvo formalaşdırmağa çalışan qüvvələr var idi. Ermənistanın və bəzi xarici dairələrin bu istiqamətdəki cəhdlərinə baxmayaraq, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən ardıcıl və düşünülmüş siyasət nəticəsində ölkəmiz hərbi qələbəsini siyasi və diplomatik müstəvidə də möhkəmləndirdi. 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüquqlarının təmin olunması istiqamətində mühüm addım oldu. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin tərksilah olunması və qanunsuz rejimin fəaliyyətinə son qoyuldu. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bu hadisələr bir daha təsdiqlədi ki, Azərbaycan dövləti öz milli maraqlarını, ərazi bütövlüyünü və suverenliyini qorumaq əzmindədir və bu məsələlərdə heç bir güzəştə getməyəcək.
Bu gün Şuşa beynəlxalq dialoq, humanitar əməkdaşlıq, siyasi və mədəni müzakirələr üçün mühüm platformaya çevrilib. Şəhərin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıması onun beynəlxalq nüfuzunun artmasının göstəricisidir. Şuşanın tarixi-memarlıq irsinin qorunması və şəhərin gələcək inkişafının hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində atılan addımlar da bu siyasətin tərkib hissəsidir.
Eyni zamanda, Böyük Qayıdış proqramı çərçivəsində Şuşada yaşayış infrastrukturunun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi tarixi qələbənin real nəticələrini nümayiş etdirir.

Prezident İlham Əliyevin noyabrın 7-də Şuşaya səfəri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasətinin ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirir. Dövlət başçısı səfər çərçivəsində Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. Müasir tələblərə uyğun yenidən qurulan mərkəz təhsil infrastrukturunun inkişafı ilə yanaşı, Qarabağda yeni iqtisadi və sosial həyatın formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır.
Beləliklə, 8 noyabr həm hərbi Zəfərin, həm də milli birliyimizin rəmzidir".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 191   Tarix: 08 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - YENİLƏNİB+Foto/Video

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoydu. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. Preziden

8 noyabr
.

Prezident: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

"Bu gün Türkiyə dövləti, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib

8 noyabr
.

Rəcəb Tayyib Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər" - Video

"Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat

8 noyabr
.

Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə

8 noyabr
.

Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edib. xəbər verir ki, dövlət başçısı müraciətində Azərbaycan xalqını və Silahlı Qüvvələri Zəfər Günü münasibətilə təbrik edib, Vətən müharibəsində şəhid olmu

8 noyabr
.

Ərdoğanın sevdiyi mahnı Xankəndidə - Video

Xankəndi Konqres Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, konsert zamanı rəngarəng musiqi nömrələri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ən çox sevdiyi mahnılardan biri olan "Bərabər yürüdü

8 noyabr
.

"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna yeri olan, milli yaddaşımıza əbədi həkk edilən möhtəşəm Qələbənin təntənəsidir. Bu tarix xalqımızın illərlə qəlbində yaşatdığı azadlıq arzusunun gerçəkləşdiyi, tarixi ədalətin bərpa olunduğu, milli qürurumuzun v

8 noyabr
.

Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

"Bu gün biz azad Qarabağda qurub-yaradırıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. Dövlətimizin başçısı qeyd edib: "Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizi

8 noyabr
.

"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov

"Qarşıdakı illərdə Qarabağda tam yekunlaşacaq olan quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcəkdir. Cənab Prezident İlham Əliyev demişdi ki, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik və artıq Qarabağ öz gözəliyi ilə görənləri heyran edir. İşğaldan azad edilmiş ərazilərd

8 noyabr