Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto
"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum".
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
"Bundan 6 il əvvəl İlham qardaşımın uzaqgörən liderliyi altında bir yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu. Bu şanlı zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl təzahürü, bütün türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir.
Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dövrün qapısını araladı. Bu gün qarşımızda duran vəzifə meydanlarda qazanılan zəfəri qalıcı sülh və sabitliklə taclandırmaqdır.
Biz Azərbaycanın haqlı mübarizəsini dəstəklədiyimiz kimi, bölgəmizdə qalıcı sülhün bərqərar edilməsinə yönələn səmimi səylərini də dəstəkləyirik. Qarabağın yenidən abadlaşdırılması və bölgənin əvvəlki canlılığına qovuşdurulması üçün Azərbaycanın ortaya qoyduğu səyləri böyük təqdirlə izləyirik. Qarabağda yenidən ucalan hər bir tikili və bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik", - paylaşımda deyilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
Qızıl bazarında son vəziyyət
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Xankəndi Stadionu açıldı - Fotolar
Qızıl almaq istəyənlərin nəzərinə
44 günlük Zəfər: Azərbaycanın tarixini dəyişən Qələbə və milli iradənin təntənəsi