İranın təhdidlərindən sonra ABŞ maliyyə naziri hərbi bazaya köçürüldü
ABŞ maliyyə naziri Skott Bessent İran tərəfindən həyatına qarşı təhdidlər olduğu barədə məlumatlardan sonra Vaşinqtondakı iqamətgahını tərk edərək hərbi bazaya köçürülüb.
Bu barədə "Reuters" agentliyi məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyasının yüksək vəzifəli kəşfiyyat rəsmisi ötən ay hazırladığı məruzədə İranın ABŞ hərbçilərinə və Amerika vətəndaşlarına qarşı mümkün sui-qəsd planlarının daha təhlükəli mərhələyə çatdığı barədə xəbərdarlıq edib.
Sonxeber.az Reuters-ə istinadən xəbər verir ki, Skott Bessent avqust ayından etibarən İranı iqtisadi cəhətdən zəiflətməyə yönəlmiş sanksiya və maliyyə təzyiqi kampaniyasına rəhbərlik edir. "Economic Outcast" adlandırılan bu kampaniyanın əsas məqsədi Tehranın gəmilərə qarşı hücumları dayandırmasına və Hörmüz boğazının yenidən açılmasına nail olmaqdır.
ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, nazir İranın təhdidlərindən çəkinməyəcək və iqtisadi təzyiq siyasətini davam etdirəcək.
Mənbələrin bildirdiyinə görə, Bessentin təhlükəsizliyi ilə bağlı narahatlıqlar "The Wall Street Journal" qəzetində onun Vaşinqtondakı evinin yerləşdiyi ərazini müəyyənləşdirməyə imkan verən hava görüntüsünün dərcindən sonra daha da artıb.
Qeyd edək ki, İran daha əvvəl ABŞ ərazisindəki rəsmilərə və vətəndaşlara qarşı hücum planlaşdırması ilə bağlı ittihamları rədd edib. ABŞ rəsmiləri isə Tehranın xarici ölkələrdə genişmiqyaslı hücum həyata keçirmək imkanlarının məhdud olduğunu bildiriblər.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 223 Tarix: 11 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İzmirdə metallurgiya zavodunda partlayışda ölənlərin sayı 18-ə çatıb
İzmirin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Fabrikində baş verən güclü partlayış nəticəsində həyatını itirən işçilərin sayı 18-ə yüksəlib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Türkiyənin ədliyyə nazirinin müavini Can Tuncay bildirib ki, bir işçinin meyitini hələ d
10 noyabrHindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. NDTV-yə istinadən xəbər verir ki, deputatın qızı Şivanqi Rişikeş Kumarla ailə quracaq. Toy Sinqhin doğma kəndində keçiriləcək v
10 noyabrLavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn
9 noyabrƏbu-Dabidəki danışıqlar fasilədən sonra bərpa olundu
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başlayıb. xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov məlumat yayıb. "Ukraynanın ilk görüşü Avropa və NATO nümayəndələri ilədir. ABŞ nümayəndələrinin də qoşulacağı gözlənilir", - o bildirib
10 noyabrZelenski bu gün Danimarkaya səfər edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 10-da Danimarkaya səfər edəcək. APA xəbər verir ki, bu barədə Danimarka hökuməti məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Ukraynaya hərbi dəstək və Avropanın təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Görüşdə Şimali Avropa ölkələrinin dövlət v
10 noyabrErmənistan İrandan qaz tədarükünün artırılmasını istəyib
Ermənistan İrandan təbii qaz tədarükünün həcminin artırılmasını xahiş edib. xəbər verir ki, Ermənistan KİV-in məlumatına görə, bu məsələ bu gün İrəvanda keçirilən Ermənistan-İran hökumətlərarası komissiyasının iclasında müzakirə olunub. İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi jurnalistlərə açıqlamasınd
10 noyabrAlmaniyada Prezident postuna əsas namizəd bəlli oldu
Almaniya kansleri və Xristian-Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts Bavariya parlamentinin sədri İlze Ayqerin Almaniya prezidenti postuna namizədliyini dəstəkləyib. Bizim.Media "Tagesspiegel" nəşrinə istinadən xəbər verir ki, Merts bu qərarını Berlində CDU nümayəndələri ilə keçirilə
9 noyabr