""Yolumuz Ağdama" və "Füzuli-Xocavənd" layihələri hazırlanır" - AÇIQLAMA
"Şanlı qələbəmiz tarixi ədalətin bərpası ilə yanaşı, Qarabağın turizm potensialından faydalanmaq imkanlarını açdı. Dövlət Turizm Agentliyi olaraq, digər dövlət qurumları ilə birlikdə Qarabağda turizmin inkişaf etdirilməsi planları üzərində işləyirik".
Bu sözləri Sonxeber.az-a açıqlama verən Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
O bildirib ki, işğaldan azad olunan ərazilərdə turizmin inkişafı mərhələli şəkildə davam etdirilir:
"Yeni turizm destinasiyası kimi Qarabağın turizm imkanlarının beynəlxalq səviyyədə tanıdılması bizim üçün olduqca qürurverici və sevindirici haldır. İnanırıq ki, pandemiya bitdikdən sonra ölkəmizə gələn xarici turist sayı yenidən artacaq. Həmçinin, Azərbaycana üz tutan xarici qonaqlar Qarabağa da mütləq səfər edəcəklər. Lakin buradakı turistik potensialı səmərəli istifadə etmək, regionu milli və regional səviyyədə tanıdaraq təhlükəsiz turizm destinasiyasına çevirmək üçün uzunmüddətli turizm strategiyasının hazırlanmasına və mərhələli şəkildə icrasına zərurət var".
Kənan Quluzadə Qarabağda turizmlə bağlı görülən işlər barəsində bunları qeyd edib:
"İlkin mərhələdə Qarabağda mövcud turizm resursları, turizm potensialı qiymətləndirilməli, məskunlaşma təmin edilməli, müvafiq infrastruktur yaradılmalıdır. Bunlara əsasən Qarabağ üzrə turizm klasterlərinin yaradılması nəzərdə tutulur. Şuşa, Laçın, Kəlbəcər, Hadrut, Ağdam, Füzuli-Cəbrayıl, Suqovuşan destinasiyaları üzrə turizm klasterləri formalaşdırmaq potensialı mövcuddur.
Eyni zamanda Qarabağda mədəniyyət, təbiət, sağlamlıq, dağ-xizək turizmi istiqamətləri üzrə zəngin turizm resursları olduğundan müvafiq tematik turizm məhsullarının hazırlanması istiqamətində işlər gedir.
Məsələn, Ali Baş Komandanın rəhbərliyi ilə şanlı qələbəni bizə yaşadan ordumuzun rəşadətli mübarizəsinin, qəhrəmanlığının daha canlı təsəvvürü və daimi olaraq xatırlanması üçün həm daxili, həm xarici turistlərin marağına səbəb olacaq "Zəfər marşrutları" konsepsiyası çərçivəsində "Yolumuz Ağdama" və "Füzuli-Xocavənd" kimi turizm marşrutlarının layihələri hazırlanır. Ağdam, Füzuli istiqamətində, ciddi təhlükəsizlik tədbirlərinə əməl olunması şərti ilə, hələlik kütləvi səfərlər üçün nəzərdə tutulmayan turizm marşrutlarının hazırlanması planlaşdırılır. Ermənistan işğalından əvvəl bu torpaqlarda mövcud olan, lakin düşmən təcavüzü nəticəsində dağıdılmış infrastruktur və potensial haqqında məlumatlar marşrutlar üzrə əyani olaraq ziyarətçilərə çatdırılacaq.
Qarabağdakı turizm əhəmiyyətli irsin hazırda mövcud olan "İpək Yolu", "Alban irsi" və bu kimi digər turizm marşrutlarına inteqrasiya etdirilməsi də nəzərdə tutulur".
Aytəkin Cəlali
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











600 manat birdəfəlik müavinət sabahdan kimlərə veriləcək?
Heydər Əliyevlə xanımının yeni - Fotoları
Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - Rəsmi
Bu ərazidə qazlar kəsiləcək
Xəstəxanadakı partlayışda ağır yaralanan həkimin FOTOsu
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən var - ADLAR
Verilişi bağlanan Xoşqədəm görün nə işlə məşğuldur - VİDEO
Dünyanın ən bahalı şəhəri seçildi
Efirdə yardım istədi, günlər sonra ÖLDÜRÜLDÜ - VİDEO
Xəstənin öldürmək istədiyi həkim 18 ildir Onkologiyada işləyir - Foto
Elvin Cəfərquliyev ilk oyununa çıxdı, qol vurdu - Yenilənib
Keçmiş məhkəmə sədrindən Şok DƏLƏDUZLUQ: Vəzifəsindən istifadə edib sənədləri saxtalaşdıraraq restoranını icarəyə verib
Bakı məktəbində ilan peyda oldu - Valideynlər QORXU İÇİNDƏ
Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA