Turizm sektoru pandemiyadan əvvəlki səviyyəyə nə zaman qayıdacaq? - AÇIQLAMA
Pandemiya dövründə ən çox zərər çəkən sahələrdən biri də turizm sahəsi oldu. Karantinlə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırılsa da turizm sektorunda vəziyyət hələ də qaneedici səviyyədə deyil. Bəs görəsən bərpa olma prosesi nə vaxta gözlənilir?
Mövzu ilə bağlı Sonxeber.az-ın suallarını turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov cavablayıb. Ekspert bildirib ki, beynəlxalq idman yarışlarının keçirilməsi bu sahədə müəyyən irəliləyişə səbəb ola bilər: "Azərbaycanda turizm sahəsində müəyyən məhdudiyyətlərin aradan qalxması gözlənilir. İyun ayından etibarən "Formula-1", daha sonra isə Avropa futbol oyunlarının keçirilməsi nəzərdə tutulub. Artıq yoluxanların sayında da müsbət tendensiya müşahidə olunur. Bu tədbirlərin təsdiq olunması müəyyən yumşalmaların olacağından xəbər verir. Çünki bu qərarlar xaricdən turistlərin ölkəmizə gəlməsinə müsbət təsir edəcək. Hazırki qaydalara görə, heç bir xəstəliyi olmayan və analiz nəticəsi olan şəxslər ölkəyə müstəqil şəkildə gələ bilmir. Bunun üçün turistlərin xüsusi icazəsi və 48 saat ərzində aktiv PCR test analizi olmalıdır. Düşünürəm ki, bu tədbirlərin keçirilməsi ölkəyə gələn turist axınına müsbət təsir edə bilər".
Ekspert bildirib ki, daxili turizmdə müəyyən irəliləyiş var: "Növbəti aylarda ölkəyə az da olsa turist axını gözlənilir. Hazırki vəziyyətdə daha çox daxili turizm aktivdir. Amma daxili turizmin qiymətləri əvvəlki illərlə müqayisədə daha bahadır. Bununla yanaşı erkən rezervasiyalar qeydə alınır".
C.Aşurov qeyd edib ki, ilin sonuna qədər turizm sektoru pandemiyadan əvvəlki səviyyəyə qayıda bilər: "Ümumdünya Səhiyyə Təşkilatının bu məsələ ilə bağlı bir neçə senarisi var. Optimist senarilərə əsasən bu ilin sonuna kimi əksər məhdudiyyətlər aradan qaldırılacaq. Hazırda vaksinasiya prosesinin sayı və coğrafiyası genişlənməkdədir. Yoluxma sayı kəskin azalarsa növbəti mərhələdə turizm sektoru qısa müddətdə bərpa oluna bilər".
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 1456 Tarix: 18 may 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KİV: ABŞ-də minlərlə nümayişçi miqrasiya xidmətinə qarşı çıxıb
ABŞ-nin bəzi şəhərlərində Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) fəaliyyətinə qarşı etiraz aksiyaları keçirilib. "Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti məlumat yayıb. "ICE - rədd ol!" - şüarının səsləndirildiyi qeyd olunub. Qəzetin məlumatın
1 fevralHakan Fidan: "Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəs səylərini dəstəkləyir"
"Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə yetirməyə hazırdır". -ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Ukrayna üzrə qondarm
11 may 2025SEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib
Son 24 saat ərzində Hörmüz boğazından 20 gəmi keçib. "Report"un məlumatına görə, bu barədə "Al Jazeera" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verib. "Son 24 saat ərzində İran hərbçiləri 20 gəminin Hörmüz boğazından keçidin
30 mayDağıstanda daha bir yüksəkvəzifəli məmur saxlanılıb
Rusiyanın təhlükəsizlik orqanları Dağıstanın Qarabudaqkənd rayonunun rəhbəri Mahmud Əmirəliyevi saxlayıblar. -ın məlumatına görə, bu barədə TASS agentliyi Rusiya təhlükəsizlik orqanlarına istinadən məlumat verib. Qeyd olunur ki, Mahmud Əmirəliyev bir neçə gün əvvəl saxlanılan Dağıstan Respublikasını
5 iyul 2025BƏƏ Suriyada vəziyyətin sabitləşdirilməsi səylərini dəstəkləyir
BƏƏ silahlı qrupların Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinə hücumlarını pisləyib və respublikada təhlükəsizliyin təmin edilməsi üçün tədbirləri dəstəkləyib. "Report" xəbər verir ki, bu barədə müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Qeyd olunub ki
9 mart 2025"Haaretz": İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq
İsrail "erməni soyqırımı"nı tanımaq üçün uğursuz məqam seçib və ölkə bu qərardan heç nə qazanmayacaq. "Report" xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri diplomatik mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar (İsrail hökumətinin - red.) Ermənistanı
4 iyulYaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilində yeni və ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb. Söhbət uzaqmənzilli qanadlı raketlərdən gedir. Yeni strategiya müəlliflərinin şərti düşmənin gəmilərini d
3 oktyabrBraziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb
Braziliyanın Olinda şəhərinin çimərliyində 13 yaşlı yeniyetmə köpəkbalığı dişləməsi nəticəsində həlak olub. "Report" xəbər verir ki, bu barədə "Agência Brasil" məlumat yayıb. Agentliyin yazdığına görə, oğlan dənizdə dostları ilə oynayarkən köpəkbalığı ona hücum edərək sağ budunu
1 fevral