Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu
Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz isə avqustun 14-ü saat 19:08-dən 19:17-dək qarşı tərəfin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqeləri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Cavab atəşilə qarşı tərəf susdurulub.
Bundan əlavə avqustun 14-ü axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri ətrafındakı bölmələrimizə qarşı təxribat törədilib. Belə ki, axşam saat 22:14 radələrində Xəlfəli yaşayış məntəqəsi yaxınlığına iki ədəd mülki avtomobilin yaxınlaşdığı müşahidə edilib. Həmin nəqliyyat vasitələrindən düşən silahlı şəxslər mövqelərimiz istiqamətində havaya atəş açaraq dərhal ərazini tərk ediblər. Bölmələrimiz tərəfindən müvafiq tədbir görülüb və bu barədə Rusiya sülhməramlılarının komandanlığına məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 1276 Tarix: 15 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir
14 aprel 2024Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni
29 sentyabrAzərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, avqustun 15-i saat 18:10-da Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelər
15 avqust 2024İsrailin hərbi qüvvələri Qəzzada ən uzun tunelin bir hissəsini dağıdıb
İsrail Müdafiə Qüvvələrinin mühəndis korpusu Qəzza zolağının şimalında yerləşən ən uzun tunelin bir hissəsini dağıdıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Bu həftə qüvvələr "Yahalom" bölməsi ilə əməkdaşlıq edərək Qəzza zolağının şimalınd
17 mart 2024Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli
9 aprel 2024Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb
Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"
3 mart 2024Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı
BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların
9 mart 2024