Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xaçmaz Rayon Prokurorluğundan Sonxeber.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Rövşən Əsgərbəylinin həmin gün saat 20 radələrində yaşadığı rayonun Qaraqurtlu kəndindəki evində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əliağa Əsgərbəyliyə bıçaqla çoxsaylı xəsarətlər yetirməsinə, sonra da tüfənglə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.
***
Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin sabiq rəisi Əliağa Əsgərbəyli əmisi tərəfindən bıçaqlanıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Xaçmaz rayonunda baş verib.
Belə ki, əmisi Ə.Əsgərbəylini bıçaqladıqdan sonra intihar edib. Əliağa Əsgərbəyli yaralı halda Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun müalicəsi davam etdirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Əliağa Əsgərbəyli avqust ayının 19-da Siyəzən DYP-nin rəisi vəzifəsindən azad edilib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 4182 Tarix: 25 avqust 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aliment verməkdən imtina edən kişi - 4-cü dəfə həbs olundu
Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Araşdırmala
30 sentyabrƏrindən borc istəyən qadın döyülüb
Biləsuvarda ərindən borc pul istəyən qadın döyülüb. -a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərindəki mənzillərdən birində işləyib. Rayon sakini - 1989-cu il təvəllüdlü Orxan Səfərov (ad şərtidir) 2016-cı ildə ailə həyatı qurub və bu nikahdan bir övladları dünyaya gəlib. Bir neçə gün əvvəl O.Səfəro
3 sentyabrNigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"
18 sentyabrAzərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə
16 sentyabrQonaqlıqda yeyib-içən tanışların mübahisəsi ölümlə bitdi - Yenilənib
Bərdədə qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 200-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb. Onun qətlində tanışı 1996-cı il təvəllüdlü Cavad Hüseynov şübhəli bilinir. İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahis
30 sentyabrQisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi
Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş
5 sentyabrPlastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi
Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəs
13 oktyabrBakıda 24 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkd
7 oktyabrHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabr