Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yeni texnologiyalar sayəsində Türkiyənin bu sahədə dünya liderlərindən birinə çevrildiyini bildirib. Həmçinin, o, hazırda bir çox ölkənin Türkiyə PUA-larını əldə etmək üçün növbəyə düzüldüyünü qeyd edib. Bəs Azərbaycan da həmin PUA-ları əldə edə biləcəkmi?

Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən hərbi ekspert Ramil Məmmədli qeyd edib ki, Azərbaycan Ordusu "Akıncı" silahlı PUA-sını əldə edəcək:

"Artıq 15 ilə yaxın vaxtdır ki, dünyanın bir sıra ölkələri, o cümlədən də Azərbaycan Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində ixtisaslaşmış hərbi birləşmələrin yaradılması prosesinə start verib. Azərbaycan bu sahədə dünyanın qabaqcıl ölkələrindən biridir. Həm silahlı qüvvələrdə PUA-ların hərbi təyinatlı məqsədlər üçün istifadəsi baxımından, həm də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin birində istehsalı baxımından. Hələ 10 il əvvəl Azərbaycan bu istiqamətdə müəyyən addımlar atmışdı. Lakin Türkiyə bir qədər də irəli gedərək, silahlı PUA-ların yaradılması prosesini həyata keçirib.

Biz Vətən müharibəsində Türkiyə istehsalı olan "Bayraktar TB2" silahlı PUA-sından çox effektiv istifadə etmişdik. Əlbəttə, Azərbaycan bu silahlı PUA-nın əldə edilməsində xüsusi imtiyazlara malik olan ölkədir. Hələ 1994-cü ildə Türkiyə və Azərbaycan arasında strateji əməkdaşlığa dair imzalanmış müqavilədən sonra bu iki ölkə arasında hərbi-texniki sahədə hərbi təyinatlı məhsulların alınması ilə bağlı çox böyükmiqyaslı işlər həyata keçirilir. Bu da onun tərkib hissəsidir.

Azərbaycan bütün dünyada bu məhsulu, həmin PUA-ların istifadəsinin nə qədər effektiv olmasını Vətən müharibəsində bir daha nümayiş etdirdi. Hesab edirəm ki, bundan sonra dünyanın bir çox ölkələri artıq ordularında bu cür PUA-ların istifadəsinə böyük yer ayıracaqlar. Türkiyənin sonuncu "Akıncı" silahlı PUA-sı isə elə silahlı olduğu üçün öz sinfinə daxil olan ən yaxşı PUA-lardan biridir.

Etiraf etmək lazımdır ki, PUA istehsalı ilə bağlı dünyada ilk üçlükdə birinci yeri hələ də İsrail tutur. İsrail PUA sahəsində çox inkişaf etmiş layihələrə malikdir. Lakin silahlı PUA-ların yaradılması sahəsində bir qədər Türkiyədən geri qalır.

Azərbaycanın Türkiyənin bu imkanından istifadə etməsi, Türkiyənin özünün istifadə etməsi qədər realdır. Bildiyiniz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Akıncı" PUA-sının silahlanmaya daxil edilməsi üçün onun üzərinə simvolik bir imza atdı. Həmin məhsul artıq silahlanmaya daxil edildi. Ordunun texnika parkına daxil edilməsi üçün isə dünən mərasim keçirildi. Hesab edirəm ki, Türkiyə ordusunun bundan istifadə etdiyi dövrdə, paralel olaraq, Azərbaycan ordusu da həmin PUA-nı öz hərbi arsenalına əlavə edəcək. Bu, Azərbaycan ordusunun səmada imkanlarının güclənməsinə gətirib çıxaracaq.

Biz çox yaxşı bilirik ki, PUA, texniki xarakteristikasına görə, döyüş əməliyyatlarında həm hava hücumundan müdafiə sistemlərindən, həm də vizual, yəni gözlə görərək hədəfi məhv etmək kimi imkanlardan yayına bilən bir qurğudur və daha effektiv hücum əməliyyatları həyata keçirdir. Həmin PUA-lar döyüş əməliyyatlarında, Quru Qoşunlarında yerüstü əməliyyatı həyata keçirdən birləşmələrə dəstək verə bilir.

Hesab edirəm ki, Azərbaycanın Ermənistanla yenidən müharibə etməsi istisna deyil. Real danışmaq lazımdır ki, Vətən müharibəsi bitsə də, biz görürük ki, Ermənistan bu və ya digər şəkildə vəziyyəti gərginləşdirməyə çalışır. Hələ də revanşistlər Ermənistan hakimiyyətində mövcuddurlar və yenidən həmin ərazilərin işğal edilməsi xülyası ilə yaşayırlar. Bu baxımdan, Azərbaycanın öz ordusunu daha mükəmməl, daha effektiv hərbi-təyinatlı vasitələrlə təmin etməsi vacibdir. Hərbi əməliyyatlar başlayarsa, yenidən bu məhsulların effektiv istifadəsinə ehtiyac olacaq. Nəzərə almalıyıq ki, Ermənistan da bu sahədə müəyyən satınalmalar həyata keçiməyə, məsələn, Rusiyadan "Orion" PUA-sını əldə etməyə çalışır. Amma bu, silahlı PUA deyil. Hər bir halda Azərbaycan Ordusu "Akıncı" silahlı PUA-sını əldə edəcək, çünki ordunun bu sahədə olan imkanları daha da mükəmməlləşməlidir".

Rafi Müslümov


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1586   Tarix: 30 avqust 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

SEPAH bəyanat yaydı: "Bu, iki generalın öldürülməsinə cavabdır"

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücuma başladığını təsdiqləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu, İsrail ordusunun bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasına endirdiyi zərbəyə, iki general da daxil olmaqla bir neçə SEPAH üzvünün öldürülməsinə cavabdır. SEPAH İsraildək

14 aprel 2024
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart 2024
.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel 2024
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

Həcc ziyarəti zamanı 577 zəvvar həyatını itirib

Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb. "Report" xəbər verir ki, bu barədə "Frans Press" (AFP) agentliyi mənbələrə istinadən məlumat yayıb. Adının açıqlanmasını istəməyən iki ərəb diplomat bildirib ki, ölənlərin 323-ü misirli, 60-

19 iyun 2024
.

Tehranın hava məkanı qapadıldı: Müharibə başladı!

İran Tehran üzərində hava məkanını bağladığını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalı məlumat yayıb. Məlumata görə, İran hakimiyyəti paytaxt regionu üzərindəki hava məkanının bağlanmasına göstəriş verib. Tehran və onun ətrafı üzərində uçuşlar

14 aprel 2024
.

İsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı

14 aprel 2024
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart 2024