Şahzadə Harri ilə Meqan Marklın bu fotosu gülüş obyektinə çevrildi
Xəbər verdiyimiz kimi, ABŞ-ın "Time" jurnalı 2021-ci ilin ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Həmin siyahıya daxil olan şahzadə Harri və Meqan Markl jurnalın bu mövzuya aid yeddi üz qabığından birində yer alıblar.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, cütlüyün sözügedən fotosu həm KİV-də, həm də sosial şəbəkələrdə müzakirələrə səbəb olub, gülüş obyektinə çevrilib.
Harrinin həyat yoldaşının arxasında utana-utana "gizlənməsi" sosial şəbəkə istifadəçilərində sual doğurub. Onlar şahzadəni xanımının sözü ilə hərəkət edən kişi adlandırıblar.
Bədən dili üzrə ekspert Darren Stenton "Daily Mail" nəşrinə şərhində bildirib ki, bu fotolar cütlüyün münasibətlərində hakimiyyətin Meqan Marklın əlində olduğunu göstərir.
Qeyd edək ki, şahzadə Harri ilə Meqan Markl həm "Time"ın üz qabığına, həm də bu nəşrin versiyasına görə ən nüfuzlu 100 şəxsin siyahısına ilk dəfə düşüb.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1001 Tarix: 17 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hindistanda "iPhone" faciəsi: Bir ailənin 3 üzvü həlak oldu
Hindistanın Maharaştra ştatında 18 yaşlı yerli sakin və onun valideynləri Qavada Donqar qayasının yaxınlığında daş karxanasına yıxılaraq həlak olublar. -ın xəbərinə görə, bu barədə "The Times of India" nəşri məlumat verir. Məlumata görə, bir neçə saat ərzində qohumlar, digər şahidlər, poli
23 avqustİran hərbi doktrinasını dəyişdi: Müdafiədən HÜCUMA KEÇİD
İran ordusu Fars körfəzi bölgəsində son hərbi əməliyyatlar fonunda müdafiə xarakterli hərbi doktrinadan hücum xarakterli hərbi doktrinaya keçib. xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiyə IRNA-ya açıqlamasında bildirib. "Əvvəllə
23 avqustAy qırmızıya boyanacaq: TARİX VƏ SAAT AÇIQLANDI
Avqustun 28-də baş verəcək Ay tutulması zamanı peykin böyük hissəsi Yer kürəsinin kölgəsində qalacaq. Tutulma maksimum həddə çatdıqda Ayın 90 faizdən çoxunun kölgəyə düşəcəyi və onun səthinin qırmızımtıl rəngə boyanacağı gözlənilir. xəbər verir ki, ayın bu rəngə çevrilməsi Yer atmosferi ilə bağlıdır
23 avqustTramp Hörmüz boğazını Amerika ərazisi adlandırıb
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını Amerika ərazisi hesab etdiyini bildirib. "Report" xəbər verir ki, Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxış edən Ağ Ev rəhbəri Vaşinqtonun Tehranla sövdələşmə istəyib-istəməməsinə şübhə ilə yanaşıb. "Onlar (İran tərəfi - red.) sövdələşm
23 avqust