Lavrovun SİRLƏRİ: 13,6 milyard dollarlıq sərvət, korrupsiya və məşuqə... - FOTOLAR

Lavrovun SİRLƏRİ: 13,6 milyard dollarlıq sərvət, korrupsiya və məşuqə... - FOTOLARRusiyanın Xarici işlər naziri Sergey Lavrov haqqında yayılan məlumatlar tək öz ölkəsində deyil, digər ölkələrdə də böyük əks səda doğurub.

Sonxeber.az Reyting.az-a istinadən xəbər verir ki, rusiyalı müxalifətçi, hazırda həbsdə olan Aleksey Navalnının araşdırmaçı komandası Sergey Lavrovun məşuqəsi üçün dövət imkanlarından istifadə etdiyini, onunla tez-tez yüksək məbləğə başa gələn turlara çıxdığını bildirir.

Araşdırmada Rusiya Xarici İşlər Nazirliyindəki korrupsiya iddiasında Lavrova qarşı ciddi ittihamlar irəli sürülür.

İddiaya görə, Lavrov milyonçu məşuqəsini diplomatik missiya adı ilə 60 dəfədən çox xaricə göndərib. Hətta Lavrov onunla birlikdə Fransa, İtaliya, İsveçrə, Yaponiya, Sinqapur, Portuqaliya və Yunanıstanı gəzib.

Sergey Lavrovun məşuqəsi kimi təqdim edilən Svetlana Polyakovanın Rusiya Xarici İşlər Nazirliyinin təyyarəsindən tez-tez istifadə etdiyi bildirilir.

Lavrovun SİRLƏRİ: 13,6 milyard dollarlıq sərvət, korrupsiya və məşuqə... - FOTOLARAraşdırmaçıların iddiasına görə, restoran sahibi olan və bir müddətdir ki, Xarici İşlər Nazirliyində işləyən Polyakova uzun müddətdir Lavrovla yaxınlıq edir.

Onların "diplomatik səyahətləri bəhanə edərək" gəzintilərin çoxunda lüks yaxtalar kirayələdiyi, hətta oliqarx Oleq Deripskanın sahibi olduğu bir yaxtanı icarəyə götürdükləri bildirilir.

Eyni zamanda Lavrovun Polyakovanın ailəsindən və dostlarından bəzi şəxsləri Rusiya Xarici İşlər Nazirliyində, habelə dövlətin digər strukturlarında işlə təmin etdiyi də verilən məlumatlar sırasındadır.

Lavrovun SİRLƏRİ: 13,6 milyard dollarlıq sərvət, korrupsiya və məşuqə... - FOTOLAR"Yaxtalar, rüşvət və məşuqə" başlıqlı araşdırmada bəzi hökumət rəsmilərinin Polyakovanı Lavrovun qanuni xanımı saydıqları da ifadə edilir. Polyakovanın Xarici İşlər Nazirliyində önəmli və sanballı yeri olduğu, onunla "düz gəlməyən" diplomatların işdən azad edildiyi haqda xəbərlər ciddi əks-səda doğurub.

Araşdırmada Polyakovanın Rusiya və Birləşmiş Krallıqda 13,6 milyard dollarlıq fövqəladə sərvəti və ailəsinin sahib olduğu mülklər də ortaya çıxarılır. Lavrovun məşuqəsinin 545 min dollarlıq lüks avtomobillərə sahib olduğuna xüsusi diqqət yönəldilir.

Polyakovanın 26 yaşlı qızı Polinanın "Instagram" hesabından daimi lüks yaşam tərzinə dair fotolar və videoların ortaya qoyulmasından dərhal sonra 26 yaşlı gənc qız hesabını silərək sosial şəbəkələrdən "yoxa" çıxıb.

Lavrovun SİRLƏRİ: 13,6 milyard dollarlıq sərvət, korrupsiya və məşuqə... - FOTOLARBu ciddi ittihamlara hələlik rəsmi qurumlar reaksiya verməyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 5562   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır

İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin

1 noyabr
.

Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə çəkdiyi xərclərdən 10 dəfə çox gəlir əldə edib

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela neftindən İranla müharibəyə çəkilən xərclərdən 10 dəfə çox gəlir əldə etdiyini iddia edib. "Report" xəbər verir ki, o, bu barədə Floridada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. Tramp bildirib ki, demokrat konqresmen Ro Hanna İran müharibəsin

1 noyabr
.

Doqquz nəfərin olduğu təyyarə qəzaya uğradı: Hamı öldü

Göyərtəsində doqquz nəfərin olduğu özəl Learjet 60 biznes təyyarəsi Florida ştatının Palm Biç dairəsindəki yaşayış massivində qəzaya uğrayıb və alovlanıb. xəbər verir ki, Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, Texasdakı Ostin-Berqstrom Beynəlxalq Hava Limanından qalxan və Baham adaların

2 noyabr
.

Malayziyada timsah 14 yaşlı məktəblini parçaladı

Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun

1 noyabr
.

Yalan detektorundan keçə bilməyən general Ukrayna və İrana dair məxfi məlumatları sızdırdığını etiraf edib

ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin Strateji Planlaşdırma İdarəsinin sabiq rəisi, general-leytenant Brett Silviya Ukrayna və İranla əlaqədar məxfi məlumatları iki fərqli nəşrin jurnalistlərinə ötürdüyünü etiraf edib. xəbər verir ki, bu barədə aparılan araşdırma hesabatına istinadla "Axios"

1 noyabr
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

1 noyabr
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

1 noyabr
.

Hörmüz boğazında iki tanker minaya düşdü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında iki tankerin dəniz minalarına məruz qaldığını və onlardan biri olan supertankerin güclü partlayış nəticəsində alovlandığını bildirib. xəbər verir ki, İİKK gəmilərin boğazdan "icazəsiz marşrutla" keçdiyini iddia edib. Həmçinin bildirili

2 noyabr
.

Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb

Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın

1 noyabr