İran ayətullahı azərbaycanlıları təhdid etdi: "Şirin quyruğu ilə oynama!" - VİDEO

İran ayətullahı azərbaycanlıları təhdid etdi: "Şirin quyruğu ilə oynama!" - VİDEOİranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib.

Sonxeber.az milli.az-a istinadən xəbər verir ki, Amili Ərdəbilin cümə namazı xütbələrində deyib ki, "hər bir ölkənin istədiyi tərəfdaşı ilə birgə hərbi təlimlər keçirməsi onun suveren hüququdur, lakin son təlimlərin hansı kontekstdə təşkil olunması narahatlıq doğurur: "Belə ki, təlimlər ərəfəsində Türkiyə hakimiyyətinə yaxın "Yeni Şafak" qəzetinin Azərbaycan Milli Məclisinin üzvü ilə müsahibə aparıb, həmin müsahibəyə "İran xəritədən silinəcək" başlığını seçməsi təəssüf doğurur".

İmam cümə qeyd edib ki, sən demə, "bununla da nə Türkiyə, nə də Azərbaycan qonşuluq haqqını yerinə yetirdilər".

"Ona görə də İran Milli Təhlükəsizlik Ali Şurası Arazın bu tayında silahlı qüvvələrin güc nümayiş etdirməsinə icazə verməlidir. İcazə verilməlidir ki, SEPAH sərhədlər boyunca təlimlər keçirsin, kimin kim olduğunu, gücümüzü onlara göstərsin. İcazə versinlər ki, İranın qüdrətini göstərsin, öz gücü ilə onlara kimliyimizi nümayiş etdirsin. Desin ki, "Şirin quyruğu ilə oynama!" Ərəblər deyər ki, "öz əndazəsini tanıyan öz həddindən çıxmasın". İndi ki, bu cür oldu, o deputat da həddini bilsin", - S.Amili söyləyib.

Bununla da kifayətlənməyən Seyid Həsən Amili "Yeni Şafak"a müsahibə vermiş azərbaycanlı millət vəkilini təhqir edib: "Ərdəbildə əvvəllər həyətlər böyük olardı. Günlərin birində, qışda, qar xirtdəyə çıxanda bir qonşu əlinə bir nəlbəki qovut alıb gedir qonşusunun evinə. Darvazanı döyür. O evin yiyəsi də qarı təmizləyə-təmizləyə gedir darvazaya tərəf ki, görsün kimdir qapını döyən. Qapını açanda görür qonşusudur, əlində də balaca nəlbəkidə qovut.

O boyda həyəti qarı yara-yara gəldiyinə, bu qovut üçün çalışdığını görəndə ev sahibi hirslənir və nəlbəkini alıb qovutu üfürür, dağıdır qarın üstünə, sonra da qonşusuna deyir: "Allah qəbul eləsin!" İndi mən də həmin deputata üfürürəm, deyirəm: "Allah qəbul eləsin!". Bilirəm, İsrailin Azərbaycandakı səfiri dediklərimi eşidəcək, görəcək. Səfirə deyirəm: o yazıq deputatın pulunu çox elə. Çünki mənliyini, heysiyyatını, şərəfini, azadlığını, ləyaqətini İsrailin puluna qurban verib. O yazıqdır, ona yaxşı pul ver!"

Ayətullah Amilinin bəhs etdiyi, guya "Yeni Şafak"da dərc olunmuş müsahibə isə feykdir və İrandakı anti-Azərbaycan qüvvələrin indiki isteriyasının başlanması üçün triqqer rolunu oynayıb.

Ayətullah Amilinin çıxışı İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) hissələrinin Azərbaycanla sərhəd bölgələrdə hərbi təlimlərə qatılmasının "qanuniləşdirilməsi" üçün əsaslardan biri olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2244   Tarix: 20 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş

Dünyanın ən uğurlu investorlarından biri, milyarder Uorren Baffett təxminən əlli ilə yaxındır ki, bir stəkan da olsun su içmədiyini etiraf edib. qafqazinfo-ya istinadən xəbər verir ki, 96 yaşlı milyarderin su əvəzinə gün ərzində nə qəbul etdiyi barədə məlumatı başqa bir milyarder Bill Ekman açıqlayıb

1 noyabr
.

ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi

ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm

1 noyabr
.

Bu ölkədə 1,5 milyon bakteriya daşıyan ağcaqanad buraxıldı - Məqsəd nədir?

İspaniyanın Barselona şəhərində təhlükəli xəstəliklər yayan ağcaqanadların sayını azaltmaq məqsədilə 1,5 milyondan çox bakteriya daşıyan erkək ağcaqanad təbiətə buraxılıb. xarici mediaya istinadən xəbər verir ki, bu, Avropada həmin üsulla həyata keçirilən ilk genişmiqyaslı sınaqdır. Proqramın əsas hədəf

1 noyabr
.

Rubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb

ABŞ Dövlət katibi Marko Rubio ərzaq və kənd təsərrüfatı məhsulları ticarətindən digər dövlətlərə qarşı iqtisadi və ya siyasi təzyiq aləti kimi istifadə edilməsinin yolverilməz olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ diplomatiyası rəhbərinin Atlantada G20 ölkələrinin xaric

1 noyabr
.

Yalan detektorundan keçə bilməyən general Ukrayna və İrana dair məxfi məlumatları sızdırdığını etiraf edib

ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin Strateji Planlaşdırma İdarəsinin sabiq rəisi, general-leytenant Brett Silviya Ukrayna və İranla əlaqədar məxfi məlumatları iki fərqli nəşrin jurnalistlərinə ötürdüyünü etiraf edib. xəbər verir ki, bu barədə aparılan araşdırma hesabatına istinadla "Axios"

1 noyabr
.

"MS NOW" ABŞ-nin İrana zərbələri bərpa edə biləcəyi tarixi açıqlayıb

ABŞ Konqresinə aralıq seçkilərdən bir gün sonra İrana yenidən zərbələr endirə bilər. "Report" xəbər verir ki, bu barədə "MS NOW" telekanalı mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ administrasiyası Fars körfəzi ölkələrini noyabrın 4-də başlaya biləcək "qısa və intensi

1 noyabr
.

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur

Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri

1 noyabr
.

Meyitini soyuducuda gizlədib üstünü betonladılar - 19 il sonra 6 nəfər tutuldu

Türkiyənin Mersin şəhərində 19 il əvvəl bir evin həyətində, üzəri betonla örtülmüş soyuducunun içərisində meyiti tapılan 49 yaşlı Bahaddin Seferin qətli ilə bağlı cinayət işi yenidən açılıb. İllərdir üstü açılmayan cinayətlə əlaqədar 6 nəfər saxlanılıb. xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akı

1 noyabr
.

Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir

ABŞ İranla münaqişənin həlli üzrə çoxsaylı təmaslar edir və davamlı olaraq danışıqlar aparır. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşlərinin yekunlarına dair keçirilə

1 noyabr