Həbs edilən nazir işə qəbul olanlardan on minlərlə manat rüşvət alırmış - DETALLAR

Həbs edilən nazir işə qəbul olanlardan on minlərlə manat rüşvət alırmış - DETALLARNaxçıvanın hazırda həbsdə olan daxili işlər naziri Əhməd Əhmədovun məhkəmə istintaqı zamanı cəmi 2 il ərzində təkcə sürücülük vəsiqəsinin və avtomobil nömrələrinin satışından 4,5 milyon manat rüşvət aldığı məlum olub.

Sonxeber.az "Kriminalqafqaz"a istinadən xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Qeydiyyat, İmtahan və Texniki Baxış şöbəsində 2015-2017-ci ilin 6 ayı ərzində sürücülük vəsiqəsi verilmiş 12060 nəfər və avtomobilinə qeydiyyat nişanı verilmiş 20 773 nəfər vətəndaşlardan qeyri-rəsmi qaydada bir həftədə 38.000 manat alınaraq nazir Əhməd Əhmədova verilib.

Qeyd edilən müddət ərzində Ə.Əhmədov bu prosesdən ümumilikdə 4 milyon 560 min manat külli miqdarda rüşvət alıb.

Həmin şöbənin Texniki müayinə mərkəzində 2015-2017-ci ilin 6 ayı ərzində 29 626 minik, 5 686 avtobus və yük avtomobilinə texniki baxış keçirilib. Bu avtomobillərin sürücülərindən dövlət rüsumundan əlavə pul alınaraq cəmi 499 238 manat rüşvət alıb.

İdarənin kamera otağına baxış zamanı sürət həddini aşaraq sürət kameralarına düşən 915 avtomobil haqqında qeyri-rəsmi uçot aparılıb, həmin sürücülərdən 7 ay ərzində 83 070 manat pul toplanaraq nazir Əhməd Əhmədova verilib.

Təhlükəsiz şəhər video-nəzarət kameraları yol hərəkəti qaydalarının pozulmasına nəzarət işinə cəlb olunub, hər gün 20 yol hərəkəti üzrə qayda pozuntusu aşkar edilib. Bu qayda pozuntularına görə 2015-2017-ci ilin 6 ayında vətəndaşlardan qeyri-rəsmi 240 000 manat pul toplanaraq sabiq nazirə rüşvət qismində verilib.

Nazirliyin Pasport, Qeydiyyatı və Miqrasiya şöbəsində təcili pasport almaq istəyən vətəndaşlar üçün adi qaydada sənədləşmə aparılıb, dövlət rüsumu banka ödənildikdən sonra həmin vətəndaşlardan əlavə nağd qaydada qeyri-rəsmi pul alınıb. Bu yolla vətəndaşlardan toplanan 312 242 manat pul nazir Ə.Əhmədova rüşvət kimi verilib.

2014-2017-ci illərdə daxili işlər orqanlarının pensiya yaşına çatmış 98 əməkdaşın iş yeri yüksək dağlıq şəraitə görə vəzifə maaşına əlavələr hesablanan strukturlara və yüksək maaşlı vəzifələrə dəyişdirilib. Həmin vəzifələrdə 1 ay işlədikdən sonra yüksək əmək haqqı ilə pensiyaya çıxıblar.

Daxili İşlər Nazirliyinin yüksək maaşlı vəzifələrə dəyişdirilmiş 17 nəfər orta və böyük rəis heyətinin hər birindən 8 000 manat, 81 nəfər sıravi və kiçik rəis heyətinin hər birindən isə 3 000 manat, ümumilikdə 379 000 manat qeyri qanuni pul toplanaraq Əhməd Əhmədova verilib.

Əhməd Əhmədov Naxçıvan DİN-ə işə qəbul olanlardan 3 milyon rüşvət alıb.

Belə ki, polis nəfəri vəzifələrinə xidmətə qəbul zamanı onların hər birindən 8.000-10.000 manat, yol patrul xidməti inspektoru vəzifəsinə işə qəbul zamanı onların hər birindən 15.000-22.000 manat, Nazirlik və ona bilavasitə tabe olan qurumlara kiçik inspektor vəzifəsinə xidmətə qəbul zamanı hər birindən 10.000 manat, böyük rəis heyəti vəzifəsinə xidmətə qəbul zamanı 15.000-18.000 manat, orta və böyük rəis heyətinə irəli çəkilmə zamanı 1.500 manat pul alaraq xidmətə qəbul ediliblər.

Bununla bağlı, işə qəbul olunan şəxslərdən ümumilikdə 3 milyon manat pul toplanaraq nazir Ə.Əhmədova rüşvət olaraq verilib.

Sabiq nazir Əhməd Əhmədov bu yollarla 01 yanvar 2015-ci il tarixdən 01 iyul 2017-ci il tarixədək olan dövrdə vətəndaşlardan ümumilikdə 9 milyon 73 min 550 manat külli miqdarda rüşvət alıb.

Qeyd edək ki, sabiq nazir Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3861   Tarix: 25 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust
.

Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə

11 avqust
.

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs

7 sentyabr
.

Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi

Ağdaşda yerləşən "Səma" şadlıq sarayında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlini qətlə yetirən Qadir Məmmədova verilən cəza narazılığa səbəb olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı Şəki Ağır Cinayətlər Məhkəməsinin 1970-ci il təvəllüdlü Q.Məmmədovun 10 i

15 sentyabr
.

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye

25 avqust
.

Vüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...

2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı

1 sentyabr
.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Azərbaycanda vəzifəli şəxslər rüşvətə görə HƏBS EDİLDİLƏR

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublar. xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) birgə məlumat yayıb. Bildirilib ki, Azərbayca

3 avqust
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr