QUAD ölkələrinin koronavirusa qarşı bir milyard peyvənd planı AÇIQLANDI
Dördtərəfli Təhlükəsizlik Dialoqunun (QUAD) iştirakçısı olan ölkələrin (Yaponiya, ABŞ, Hindistan və Avstraliya) liderləri Vaşinqtonda keçirilən sammitdə 2022-ci ilə qədər bir milyard COVID peyvəndi istehsal etmək məqsədlərini bir daha təsdiqləyib.
"COVAX vasitəsi ilə maliyyələşdirilən dozalara əlavə olaraq Avstraliya, Hindistan, Yaponiya və ABŞ dünya miqyasında 1,2 milyard dozadan çox təhlükəsiz və təsirli COVID-19 peyvəndi bağışlamağı vəd edib. Bu günə qədər bu öhdəliyin bir hissəsi olaraq Hind-Sakit Okeana 79 milyona yaxın təhlükəsiz, təsirli və keyfiyyətli peyvənd dozası çatdırdıq..." - deyə Hindistan Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.
QUAD ölkələri Hindistanın 2021-ci ilin oktyabr ayından başlayaraq COVAX mexanizmi çərçivəsində təhlükəsiz və təsirli COVID-19 peyvəndi ixracını bərpa etməsini alqışlayıb.
Bəyanatda həmçinin bildirilib ki, Yaponiya 3,3 milyard dollarlıq COVID-19 təcili krediti ilə regional tərəfdaşlarına peyvənd alqı-satqısı yardımını davam etdirəcək.
"Avstraliya Cənub-Şərqi Asiya və Sakit okean üçün peyvəndlərin alınması üçün 212 milyon dollarlıq qrant ayıracaq. Bundan əlavə, Avstraliya "son mil" peyvəndi yerləşdirilməsini dəstəkləmək və "dördlüyün" bu bölgələrdə "son mil" peyvəndi çatdırmaq səylərinin koordinasiyasını dəstəkləmək üçün 219 milyon dollar ayıracaq", - deyə QUAD liderləri vurğulayıblar.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1186 Tarix: 26 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
1 noyabrABŞ Ukraynaya 500 ədəd "Patriot" raketinin satışına razılıq verdi
ABŞ hökuməti Ukraynaya "Patriot" zenit-raket kompleksi üçün 500 ədəd "PAC-3" raketi və müvafiq avadanlığın 2.1 milyard dollar məbləğində satışını təsdiqləmək barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bəyanatda vurğulanır ki, satınalm
1 noyabrDünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi
"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas
31 oktyabrFolker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk 6 iyun 2024-cü ildən husilərin əsirliyində saxlanılan BMT-nin İnsan Hüquqları İdarəsinin Yəməndəki əməkdaşı Məhəmməd əl-Şaminin öldüyünü açıqlayıb. "Report" xəbər verir ki, bu, Türk bu barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb
1 noyabrSobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo
1 noyabr