Övladını vaxtsız itirdi, Brillianta görə addan imtina etdi - Oğlu həbs olunan müğənni

Övladını vaxtsız itirdi, Brillianta görə addan imtina etdi - Oğlu həbs olunan müğənniSonxeber.az Kulis.az-a istinadən Xalq artisti Brilliant Dadaşovanın bacısı, dünən oğlu narkotik üstündə həbs edilən müğənni Lalə Dadaşova haqqında maraqlı faktları təqdim edir.

Musiqiçi ailəsində dünyaya gələn müğənni Lalə Dadaşova 90-cı illərin əvvəllərində həmkarı və həyat yoldaşı Elçin Cəlilovla efirə çıxaraq böyük məşhurluq qazanır. Lakin ağ ölüm qısa zaman ərzində Elçinin ailəsini dağıdır. Lalə Dadaşova Elçinin narkotikdən istifadə etdiyini görəndə onu tərk edib gedir.

***

Elçin rəhmətə getməmişdən bir qədər əvvəl, 2005-ci ilin may ayında Dövlət Televiziyasından Laləni efirə dəvət edirlər. Ona təklif edirlər ki, həftədə bir dəfə musiqi verilişi aparsın. Mayın 10-da Elçin dünyasını dəyişir, bir gün sonra həmin veriliş efirə gedir. Adamlar elə bilir, Lalə Elçin rəhmətə gedəndən bir gün sonra efirə çıxıb, heç kim videonun bir müddət əvvəl yazılmasına inanmaq istəmir. Qəzetlərdə onu biabır edən başlıqlı yazılar çıxır.

Müğənninin Elçindən əvvəlki Arif adlı həyat yoldaşından iki oğlu olub. Onun bir oğlu Natiq iki ildən çox ağ ciyər xərçəngindən əziyyət çəkib. 2015-ci ilin oktyabr ayında Natiq 35 yaşında dünyasını dəyişir. Müğənninin oğlu ailəli olur, yeddi yaşlı bir oğlu qalır.

***

Lalə xanımın Zaur adlı digər oğlu aktrisa Mehriban Xanlarova ilə bir-birlərini seviblər. Aktrisa Zaurdan iyirmi yaş böyük olsa da, onlar evlənmək qərarına gəlirlər. Lakin xəbəri eşidən Lalə Dadaşova bu nikaha qəti şəkildə etiraz edir. Oğlu isə inadından əl çəkməyib Mehribanla ailə qurur. Bir müddət sonra övladları olmadığı üçün cütlük ayrılır. Zaur ikinci dəfə başqa qadınla ailə qurur, ancaq bu evlilik də uğursuzluğa düçar olur. Cütlük 6-7 il bir yerdə yaşayır, onların övladı olmur. Zaurun ailə qurduğu xanım böyrək çatışmazlığından dünyasını dəyişir.

Mehriban Xanlarova müsahibələrinin birində Zaur haqqında deyir: "Zaur yaş fərqimiz o qədər də çox deyil. Mən 1967-ci ildənəm, Zaur isə 1973-cü ildən olmalıdır. Camaat 20 yaş fərqi ilə ailə qurur. Sadəcə anlaşmadıq və ayrıldıq. Bəzi problemlər var idi, açıqlamayacağam".

***

2004-cü ildə Laləyə fəxri ad vermək istəyirlər. O vaxt müğənninin bacısı Brilliant Dadaşova Əməkdar artist olduğundan Lalə xanım bu addan imtina edir. Sonralar müsahibələrində deyir: "Düşündüm ki, bacım Xalq artisti olandan sonra mən Əməkdar artist ola bilərəm. Yəni Brillianta görə fəxri addan imtina etdim".

Lalə Dadaşova 2014-cü meyxanaçı Samirə ilə də böyük qalmaqal yaşayıb. Efirdə olarkən müğənni meyxanaçı haqqında "o, əxlaqsızdır" sözlərini işlədərək onu təhqir edib. Lakin oğlu dünyasını dəyişəndə Samirə xanım Lalə xanımın evinə gələrək ona başsağlığı verib.

***

Ötən gün isə Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan müğənninin oğlu Mahmudov Zaur Arif oğlu külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.

Zaur Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Onun Tərtərdə düşmənlə üzbəüz mövqedə döyüşdüyü, eyni zamanda minaya düşən yaralı əsgərləri xilas etdiyi bildirilir. Mahmudov həmin illərdə iştirak etdiyi döyüşlərdə iki dəfə ağır kontuziya alıb, o cümlədən başına on yeddi tikiş qoyulub. Onun ayaq nahiyəsində də döyüşün izlərinin qaldığı deyilir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 6210   Tarix: 07 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Məni silkələyən ikinci belə hadisə olmayıb"

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın

29 sentyabr
.

Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO

Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus

4 oktyabr
.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27 sentyabr
.

Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"

"Hər valideynə nəvələri ilə 2-3 il, gəlinlərə də heç olmasa, qayınanası ilə 2 il qalmağı arzu edirəm. Bunların hamısı bir məktəbdir". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətçi hazırda gəlinindən ayrı yaşasa da, münasibətlərini

3 oktyabr
.

Tanınmış aktyor ABŞ-də təyyarə qəzasında öldü

Məşhur İsrailli aktyor Qi Kapulnik ABŞ-də aviaqəzada həlak olub. -ın xəbərinə görə, bu barədə "Need To Know" nəşri məlumat verib. Məlumata görə, "Aeronca Champion" təyyarəsinin sükanı arxasında 46 yaşlı Qi Kapulnikin özü olub. O, bu təyyarədən pilot təlimi üçün istifadə edirmiş. Aktyo

3 oktyabr
.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis

11 oktyabr
.

Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO

Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs

3 oktyabr
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10 oktyabr
.

Serenay Sarıkaya Paris Moda Həftəsində dünya ulduzları ilə eyni podiumda

Türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsində dünya şöhrətli ulduzlarla eyni podiumu bölüşüb. xarici mediaya istinadla xəbər verir ki, Eyfel qülləsinin qarşısında keçirilən möhtəşəm dəfilədə iştirak edən Sarıkayanın çıxışı sosial mediada böyük diqqət çəkib. 34 yaşlı aktrisa brend səfiri olduğ

29 sentyabr