İran hərbçiləri Vətən müharibəsi zamanı Azərbaycan ərazisinə daxil olubmuş... - VİDEO
Son günlərdə Azərbaycana qarşı qərəzli mövqeyi ilə yadda qalan İranın daha bir təxribatı üzə çıxıb.
Sonxeber.az xəbər verir ki, bu, Vətən müharibəsi zamanı baş verib.
"Caliber" yutub layihəsinin hazırladığı sujetdə müəyyənləşib ki, İran ordusu Vətən müharibəsi zamanı Azərbaycanın suverən ərazilərinə daxil olubmuş.
Bunun necə baş verdiyinə gəlincə, Azərbaycan ordusu Zəngilanı işğaldan azad etməyə doğru hərəkət edən vaxt bu istiqamətdə İran hərbi bölmələri ilə qarşılaşıb. Müəyyən olunub ki, cənub qonşumuz Azərbaycanın ərazi bütövlüyünə məhəl qoymadan ölkəmizin suveren ərazisinə kobud şəkildə daxil olub.
Məlumata görə, kiçik çaplı silahlarla özlərini qoruyan və bir neçə pikap sürən İran hərbçiləri, əvvəlcədən Azərbaycan hərbçilərinin yoluna beton sədlər qoyaraq, onların qarşısını kəsiblər. İranlıların izahı belə olub ki, guya beton səddi qoruyurlar. Bütün bunlar Azərbaycanın suveren ərazisində baş verib!
Bu zaman Azərbaycan və İran komandirləri arasında yerdəki danışıqlar nəticəsiz başa çatıb və vəziyyət qızışıb.
Bu səbəndən ordumuzun Zəngilana istiqamətlənməsi bir neçə gün gecikib, hərbçilərimiz İran qüvvələri ilə toqquşmamaq üçün 14 km geri, Soltanlı kəndində qayıdıb və daha 20 km əlavə məsafətə qət etdikdən sonra təyin olunan məntəqəyə çatıb. Aparılan gərgin danışıqlardan sonra İran hərbçiləri Azərbaycan ərazisini tərk edib.
Daha ətraflı videosujetdə tanış ola bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Müharibə Baxılıb: 113325 Tarix: 09 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək
İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy
14 aprel 2024Hərbi vəzifəlilərin təlimindən yeni görüntülər - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Təlim toplanış
17 fevral 2024Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb
Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"
3 mart 2024İraq hava məkanını tamamilə bağlayıb
İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla
14 aprel 2024İsrail ordusunun itkiləri 604 nəfərə çatıb
Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz
7 aprel 2024Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu
3 mart 2024İsrail ordusu: Livandan ölkəyə raketlər və zərbə PUA-ları buraxılıb
İsrailin Müdafiə Ordusu Livandan "Hizbullah" tərəfindən ölkə ərazisinə üç raket və iki hücum pilotsuz uçuş aparatı atışını qeydə alıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Livandan İsrailə uçan 3 raketin yaşayış olmayan əraziyə düşdüyü qey
14 aprel 2024