"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir" - AÇIQLAMA

"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir" - AÇIQLAMA"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən suverenliyimizin tam bərpa olunması və Konstitusiyamızın qəbul edilməsinin 30 ilinin tamam olması ilə əlaqədar "Konstitusiya və Suverenlik" ili çərçivəsində ölkəmizdə ən böyük amnistiya təşəbbüsü irəli sürülüb. Bu qərar çox mühüm ictimai-siyasi, hüquqi və mənəvi addımdır. Eyni zamanda, amnistiyaya düşəcək minlərlə insanın yüz minlərlə doğma və yaxınlarının sevincinə səbəb olacaq. Qərarın ölkəmizdə 20 minə yaxın şəxsi əhatə edəcəyi gözlənilir. Hətta bu rəqəmin 20 mindən çox ola biləcəyi istisna edilmir. Onlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad ediləcəyi, həmçinin mindən çox şəxsin cinayət məsuliyyətindən azad olunacağı proqnozlaşdırılır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir" - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, bu təşəbbüs Dövlət başçısının humanizm və mərhəmət prinsiplərinə verdiyi yüksək önəmi nümayiş etdirir və cəmiyyətdə həmrəyliyin gücləndirilməsinə yönəlmiş mühüm addımdır:

"Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi naminə aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslərin, habelə həmin əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Layihə eyni zamanda qadınlara, 60 yaşına çatmış şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər kateqoriyalara da şamil olunur. Amnistiyadan yararlanacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşaraq dövlətimizin inkişafına töhfə verəcəklərinə inanırıq.

Qeyd edək ki, Azərbaycanda amnistiya aktları humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan hüquqi mexanizmlərdən biridir və müəyyən kateqoriyadan olan şəxslərin cinayət məsuliyyətindən və ya cəzadan tam və ya qismən azad edilməsini nəzərdə tutur. Amnistiya aktlarının əsas məqsədi cəmiyyət üçün təhlükə yaratmayan, törətdiyi əmələ görə islah olunma potensialı olan şəxslərə yenidən sosial həyata qayıtmaq imkanı yaratmaqdır.

Müstəqillik dövründə ölkəmizdə 70-ə yaxın əfv sərəncamı və 10-dan çox amnistiya aktı qəbul edilib. Ümummilli lider Heydər Əliyevin böyük humanizm və mərhəmət hisslərindən irəli gələn qərarları nəticəsində onun prezidentliyi dövründə ümumilikdə 7 amnistiya aktı qəbul olunub. Müxtəlif illərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü amnistiya təşəbbüsləri on minlərlə insanı əhatə edib.

2021-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü Milli Məclis dəstəkləyərək, 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsinə qərar vermişdi. Həmin amnistiya aktı 17 267 şəxsə şamil olunmuşdu. Bu qərar tətbiq edilən şəxslərin sayına görə həmin vaxta qədər qəbul edilmiş ən geniş amnistiya olub.

Azərbaycanda amnistiya aktları yalnız hüquqi prosedur deyil, eyni zamanda dövlətin sosial məsuliyyətinin, ədalət və mərhəmət dəyərlərinə sadiqliyinin təzahürüdür. Prezidentin bu təşəbbüsü xalqımızın həmrəyliyinə, cəmiyyətlə dövlət arasında etimadın daha da möhkəmləndirilməsinə və hüquqi dövlət prinsiplərinin dərinləşməsinə mühüm töhfə verəcəkdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2833   Tarix: 17 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Professor Yaşar İbadov: Ulu Öndər Heydər Əliyev irsinə sədaqətin və elmin vəhdəti

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dövlətçilik tariximizin ən qüdrətli şəxsiyyətlərindən biri kimi hər zaman xalqın yaddaşında yaşayır. Onun müəyyən etdiyi inkişaf strategiyası, elmə, təhsilə və milli-mənəvi dəyərlərə verdiyi böyük önəm bu gün də Azərbaycanın tərəqqisinin əsasın

12 may
.

Prezidentin adından Meloninin şərəfinə şam yeməyi verildi - Fotolar

Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

4 may
.

Azərbaycan-İtaliya münasibətləri Avropa ölkələrinə nümunədir

İtaliya dünyanın nadir diyarlarından biridir. Onun sakinləri öz ölkələrinin şanlı keçmişi və rifah halına qovuşmuş bu günü ilə fəxr edə bilərlər. Burada dünya mədəni irsinin yarıdan çoxu cəmləşib: qədim sivilizasiyalardan miras qalmış dəyərli incəsənət nümunələri, tarixi və memarlıq abidələri. İtaliy

6 may
.

Prezident: "Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər"

"Sülhün digər nailiyyəti bağlantıdır. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək və bu yol Orta Dəhlizin bir hissəsi olacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"ni

4 may
.

Əbədiyaşar lider - Heydər Əliyev

Düz 103 il əvvəl may ayının 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev anadan olmuşdur. Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 40 ilə yaxı

7 may
.

Prezidentin həmin çıxışından - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışına aid videoçarx paylaşılıb. "Qafqazinfo" həmin videoçarxı təqdim edir:

4 may
.

"Azərbaycanın bütün idman sahələri hər zaman Ölkə Başçısının diqqət mərkəzində olub" - DEPUTAT

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş güləş üzrə Avropa çempionatında yüksək nəticələr əldə edən milli komanda üzvləri və onların məşqçiləri ilə keçirdiyi görüşdə yunan-roma və sərbəst güləş, eləcə də qadın güləşi üzrə Avrop

4 may
.

İlham Əliyev Martin Çunqonqu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlanıb. Parlamentlərarası İttifaqın baş katibi Azərbaycanl

5 may
.

Kaya Kallas Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Azərbaycana səfər edəcək. Bu barədə "Report" Avropa Xarici Fəaliyyət Xidmətinə (EEAS) istinadən xəbər verir. Məlumata görə, o mayın 5-də Azərbaycana gələcək. Səfər çərçivəsində K.Kallas Azərbaycanı

4 may