Tanınmış qiraətçi Nadir Hüseynovun ölümü ilə bağlı yeni detallar məlum oldu (YENİLƏNİB)
Tanınmış qiraətçi Nadir Hüseynovun öldüyü qəza ilə bağlı yeni detallar məlum olub.
APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu Ceyhun Səlimov küçəsində baş verib.
Məlumata görə, Nadir Hüseynov idarə etdiyi "Nissan" markalı avtomobildə qəflətən vəfat edib.
İlkin ehtimala görə o, ürək tutması nəticəsində həyatını itirib. Aşağı sürətlə hərəkət edən avtomobil yaxınlıqdakı dayanacağa çırpılıb. Nəticədə dayanacaqda gözləyən qadın yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
14:29
14.12.2025-ci il tarixində saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
12:47
Tanınmış bədii qiraətçi, professor, Əməkdar müəllim Nadir Hüseynov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə aktyor Nofəl Vəliyev sosial şəbəkədə paylaşım edib.
Nadir Qəribağa oğlu Hüseynov 1952-ci il aprel ayının 25-də Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsinə daxil olub. İnstitutu bitirdikdən sonra bir müddət Lənkəran Dövlət Teatrında işləyib. 1977-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki Tədris teatrında aktyor işləyib, sonra isə "Səhnə danışığı" kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Nadir Hüseynovun ilk uğuru 1975-ci ildə Lelinqradda keçirilən Ümumittifaq bədii qiraətçilər müsabiqəsindən başlayıb. O, bu müsabiqənin diplomantı olub. Sonrakı illərdə N.Hüseynov televiziya verilişləri, yubileylər, tədbirlər də aparıcı olub. Xüsusilə də Azərbaycan Dövlət Televiziyasında "Ozan" folklor toplusu verilişinin aparıcı olub, O bir mütəxəssis müəllim kimi uzun müddətdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Səhnə danışığı" fənnini tədris edir. Ölkənin tanınmış sənət xadimlərinin müəllimi olub.
13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı ilə təltif edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyulMehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım
Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"
3 avqustŞair Çingiz Əlioğlu dəfn olunub
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər
10 avqustBir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı
Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını
23 avqustAzərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
9 sentyabrAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrXalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır
Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla
20 iyulXanəndənin ürəyində 4 damar dəyişdirildi
Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya
3 avqust