Avropada qaz qiymətləri niyə artır? – Səbəb

Avropada qaz qiymətləri niyə artır? – SəbəbAvropada qazın qiymətləri 2021-ci ilin aprelində artmağa başladı və o vaxtdan bəri 8 dəfə artıb.

Sonxeber.az xəbər verir ki, Qiymətlər 1000 kubmetr üçün 1969,2 dollara çatıb. Təbii qaz Avropanın elektrik istehsalının 22 faizini təşkil etdiyini nəzərə alaraq, qiymətlərin artması elektrik enerjinin qiymətlərini tarixdə ən yüksək səviyyəyə qaldırıb. Məsələn, elektrik enerjisinin qiymətləri Almaniyada 1 meqavat/saat üçün 302,5 avroya, İspaniyada isə 288 avroya yüksəlib.

Qazın bahalaşmasının səbəbləri

Dünya iqdisadiyyatının bərpa olunması şəraitində qaza tələbatın artması.

Bildiyiniz kimi, nəqliyyat sektorunda da daxil olmaqla, COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər enerji tələbatının azalmasına səbəb oldu. 2020-ci ildə qaz istehlakı 1,9 faiz azalıb. Dünya Bankının (DB) məlumatına görə, 2020 -ci ildə koronavirus pandemiyası fonunda qlobal iqtisadiyyat 3,5 faiz aşağı düşüb. 2021-ci ildə qlobal iqtisadiyyatın tədricən bərpa olunması, məhdudiyyətlərin qaldırılması fonunda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sektorunda müsbət tendensiya müşahidə edilib. İqtisadi artım, öz növbəsində, enerji tələbatının artmasına səbəb oldu. Dünya Bankı, 2021-ci ilin sonunda bir neçə böyük ölkədə iqtisadi aktivliyin intensiv artması səbəbindən son 80 ildə rekord rəqəm olacaq 5,6 faizlik artım proqnozlaşdırır. Beynəlxalq Enerji Agentliyi (BEA) qlobal qaz tələbatının 2021-ci ilin sonunda 3,6 faiz artacağını gözləyir.

Mövsümi faktor. Avropa, Asiya və Şimali Amerikada şiddətli qışlar yeraltı qaz anbarlarında təbii qazın həcminin daha sürətli azalmasına səbəb olmuşdur. Bundan əlavə, yayda temperaturun yüksək olması elektrik enerjisinə olan tələbatı daha da artırdı. Bu da öz növbəsində təbii qaza olan tələbatın artmasına səbəb olub. Nəticədə yeraltı qaz anbarlarının doldurulma səviyyəsi kəskin aşağı düşüb. Sentyabrın sonuna qədər Avropadakı yeraltı qaz anbarları keçən ilin eyni dövründə olan 94 faiz ilə müqayisədə cəmi 72 faiz dolmuşdu.

Bərpa olunan enerji mənbələrinin payının azalması. 2021 -ci ilin əvvəlindən etibarən nisbətən sakit hava şəraiti ilə əlaqəli olan Avropanın enerji balansında külək enerjisinin payında azalma müşahidə edildi. Eyni zamanda şimal və cənub yarımkürələrində quraqlıqlar hidroelektrik istehsalının azalmasına səbəb olub. Nəticədə, bərpa olunan enerji istehsalının hava şəraitindən asılı olduğu üçün Avropa bərpa olunan enerji mənbələrinə həddindən artıq asılılığın acı təcrübəsini yaşayıb.

İstehsalın azalması. 2021-ci ilin ilk 8 ayında Avropada (Aİ + Böyük Britaniya) təbii qaz hasilatı 2019 -cu ilin eyni dövrü ilə müqayisədə 24 faiz və ya 12,5 milyard kubmetr azalıb.

İdxal ilə bağlı problemlər. Bu ilin yanvar-avqust aylarında Rusiya Avropaya 99 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 milyard kubmetr azdır. Pandemiya dövründə bəzi ölkələr təbii qaz qurğularının təmirini həyata keçirə bilmədilər. Bu səbəbdən Avropaya, xüsusən Norveçə qaz ixrac edən ölkələrin əksəriyyəti 2021 -ci ilin yayında təmir və texniki işlərə başladı. Bu da öz növbəsində Avropaya qaz tədarükünün azalmasına səbəb oldu. Məsələn, Norveç tərəfindən 2021-ci ilin ilk 8 ayında qaz ixracı 2019 -cu ilin eyni dövrü ilə müqayisədə 3,1 milyard kubmetr azalıb.

Avropadakı qaz böhranının qlobal nəticələri

Norveç "Rystad Energy" müstəqil araşdırma və konsaltinq şirkətinin qaz bazarları üzrə vitse -prezidenti Sindre Knutsson Trend-ə bildirib ki, Avropada davam edən qaz çatışmazlığı qlobal böhrana çevrilə bilər:

"Qazın və MTQ-in qiymətləri Asiya idxalçılarını enerji istehsalı üçün yalnız kömürə deyil, həm də neftdən asılı qalmağa məcbur edir. Çində hökumət, qış soyuq olarsa, evlərin qazla qızdırılmasını təmin etmək üçün sənaye sektorlarına tədarükü azalda bilər. Bu daha əvvəl də olub və ola bilər. Beləliklə, düşünürəm ki, bu, qlobal bir böhrana çevrilə bilər".

Knutsson qeyd edib ki, gələn ilin qışından sonra bazar vəziyyətində yaxşılaşmanın gözləmək olar.

2022-ci il üçün proqnozlar

Beynəlxalq Enerji Agentliyi qazın yüksək qiymətlərinin 2022-ci ilin birinci rübündə də davam edəcəyini gözləyir:

"Henry Hub fiziki qaz habının qiymətləri 2022-ci ildə 5 faiz, TTF-in qiymətləri 10 faiz artacaq və Asiyadakı spot MTQ-in qiymətləri builki səviyyədən 6 faiz yüksək olacaq. İstilik mövsümü bitdikdən sonra qiymətlər enəcək. Henry Hub qiymətləri 2022 -ci ilin ikinci yarısında orta hesabla ikinci rübün səviyyəsindən 18 faiz aşağı düşəcək, həm TTF, həm də Asiya spot MTQ-in qiymətləri təxminən 40 faiz azalacaq".

Böhrandan necə çıxmaq olar?

Yunanıstanın maliyyə və enerji nazirlərinin Europgroup-a göndərdiyi məktubda, Aİ-nin qaz bazarındakı dalğalanmalara qarşı həssaslığı azaltmağa yönəlmiş yeni alətlər qəbul etməsi lazım olduğu qeyd edilir:

"Avropa Komissiyasını, üzv dövlətlərə bənzər bazar dəyişkənliyi hallarında əvvəlcədən hazırlanmış müxtəlif variantlar və uyğun vasitələr təqdim edəcək təcili bir alət dəsti hazırlamağa çağırırıq. Bu, həm hökumətlər, həm də istehlakçılar üçün güvən və proqnozlaşdırma qabiliyyətini artıracaq, bazarlara güclü bir siqnal göndərəcək və potensial spekülatörlərin enerji qiymətlərini manipulyasiya etməsinin qarşısını alacaq ".

Xüsusilə, nazirlər gələcəkdə təkrarlana biləcək son dərəcə yüksək qaz qiymət artımları halında qazın qiymət dalğalanmalarını hec edən Aİ-nin hedcinq fondunun yaradılması imkanlarını öyrənməyi təklif edirlər.

"Üstəlik, Aİ kollektiv müqavilə hüququndan istifadə edərək strateji hərəkət etməlidir. Hazırkı asılılığımız və bazar dəyişkənliyinə məruz qalmağımız AШ-nin strateji muxtariyyətini və suverenliyini pozur və üçüncü tərəflərin enerji qiymətlərini Aİ maraqlarına qarşı siyasi silah kimi istifadə etməsinə imkan verir. Aİ, mərkəzləşdirilmiş bir Avropa platforması vasitəsi ilə strateji təbii qaz ehtiyatlarını toplu olaraq artırmalı və Avropada strateji qaz anbarlarını inkişaf etdirməlidir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1944   Tarix: 10 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO

2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre

17 may 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021