Bakıda hamilə yoldaşına 18 bıçaq zərbəsi endirdi - TƏFƏRRÜAT - VİDEO
2020-ci il aprelin 29-da daxil olan məlumat əsasında Abşeron RPİ-nin əməkdaşları Qobu qəsəbəsi, "Xoş gəldin" yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Leyla Bəkirovanın meyitini aşkar ediblər. Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Sonxeber.az "Baku TV"yə istinadən xəbər verir ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Anar Bəkirov bildirib ki, doğulduğu Ağsu rayonundan Bakı şəhərinə köçüb və əvvəl şadlıq evində xidmətçi işləyib, daha sonra şəxsi iş qurub. 2014-cü ildə sosial şəbəkədə Leyla adlı qızla tanış olub. Telefonda səsini eşidəndə qızın əmisi nəvəsi olduğunu bilib. Bir müddət görüşəndən sonra 2017-ci ildə ailə qurublar və nikahdan qızları dünyaya gəlib.
Qardaşı Elvin ona Qobu qəsəbəsində həyət evi alıb. Hadisə baş verən tarixədək həmin ünvanda yaşayıblar. 2020-ci ilin əvvəllərində Leyla ona 2-ci uşağa hamilə olduğunu deyib. Bu barədə ailə üzvləri və qohumları da bilib.
Aprelin 29-da, axşam Leylaya başını yumaq üçün su qoymasını tapşırıb. Başını yumaq istəyərkən yoldaşından su tökməsini xahiş etdikdə həyat yoldaşı "hər şeyi mən edirəm, sən heç nə etmirsən" deyib. Həmin vaxt Leyla otaqda qızını ayaqları üzərində yellədərək yatırmaqla məşğul olub. Həyat yoldaşının hərəkətlərindən əsəbiləşərək mətbəxdən götürdüyü bıçaqla onu ürək nahiyəsindən bıçaqlayıb. Bundan sonra etdiyi hərəkətlər barəsində qardaşı Elvinə məlumat verib.
Anar Bəkırov əlavə edib ki, ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan aralarında mübahisələr yaranıb. Son vaxtlar narkotik vasitə olan marixuana və metamfetamin qəbul edib. Bu barədə həyat yoldaşı və ailə üzvlərinin məlumatı olub.
Təyin edilən kompleks stasionar məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, Anar Bəkirov cinayət əməlini törədərkən hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmayıb. Onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşüb.
Məhkəmə narkoloji ekspertizasının rəyinə görə, Anar Bəkirovda psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində asılılıq sindromu aşkar edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi qərara alıb ki, Anar Bəkirov ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2474 Tarix: 14 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO
Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr
17 sentyabr 2021