COVİD-19 virusu ilə mübarizədə vaksinasiyanın əhəmiyyəti
2019-ci ilin dekabr ayından Çində yayılan yeni növ koronavirus - COVID-19 xəstəliyi artıq 3 ilə yaxın bir dövrdürki bütün dünyanı yeni reallıqlarla yaşamağa məcbur edir. 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunduğu zamandan bu günə kimi demək olar ki, əksər dünya ölkələrində karantin rejimi tətbiq olundu. Bütün dünya COVİD-19-la mübarizəyə başladı. Bütün bu tədbirlərə baxmayaraq bu virus qısa bir müddətdə dünyanın demək olarki bütün ölkələrinə yayıldı və milyonlarla insan bu xəstəlikdən həyatını itirdi. Dünyanı bu bəladan xilas etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı və ayrı-ayrı ölkələr virus əleyhinə vaksin hazırlanması üçün fəaliyyətə başladılar. Artıq bu gün COVİD-19 əleyhinə effektivliyi təstiq olunmuş bir neçə vaksin xəstəliklə mübarizədə istifadə olunur.
Bütün pandemiyalarda olduğu kimi, COVİD- 19 pandemiyası ilə mübarizədə də ən effektivli üsul əhalinin böyük əksəriyyətinin peyvənd olunmasıdır. Artıq bir çox inkişaf etmiş dünya ölkələri öz əhalisinin böyük əksəriyyətinin vaksinasiya olunmasını təmin etmiş və bunun sayəsində əhalisi arasında xəstəliyə yoluxma saylarının və yoluxmuş insanlar arasında ölüm faizinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə nail olmuşdur. Bu gün ölkəmizdə də əhalinin vaksinasiya olunması mütəşəkkil surətdə davam etdirilir. Hər bir vətəndaşımızın virus əleyhinə effektivliyi təstiq olunmuş "Sinovak", "AstraZeneca", "Pfizer" və "Sputnik" vaksinlərindən istifadə edərək virus əleyhinə peyvənd olunmaq imkanı var.
Ölkəmizdə aparılan peyvənd kampaniyasında əsas risk qrupları nəzərə alınmaqla ardıcıl olaraq əhalinin peyvənd olunması həyata keçirilir. Xüsusilə yaşlıların, xroniki və yanaşı xəstəlikləri olan insanların bu xəstəliyi ağır keçirdiklərini nəzərə alaraq hər bir vətəndaşımız bu məsələdə məsuliyyətli olmalı və vətəndaş mövqeyi nümayiş etdirməlidir.Mövcud pandemiya şəraiti bütün dünya iqtisadiyyatına, bütün insanların yaşayış və həyat tərzinə ciddi təsirini göstərir. Bu vəziyyətdən çıxış yolu bütün dünyada əhalinin peyvənd olunmasıdır. Ölkəmizdə peyvəndləmə kampaniyası kütləviləşdikdən sonra müəyyən dərəcədə karantin rejimində yumuşalmalara gedild, təhsil ocaqları öz fəaliyyətini bərpa etdi,müəyyən kütləvi tədbirlərin keçirilməsinə icazə verildi. Həyataz da olsa əvvəlki axarına qayıtdı. Ancaq hər birimiz məsuliyyətimizi dərk etməli vaksin olunmadan ictimai məkanlara, kütləvi tədbirlərə qatilmamalıyıq.
Bu gün artıq olkəmizdə iki doza vaksin olunduqdan sonra vaksinin üçüncü qüvvətləndirici (Buster) dozası təklif olunur. Buster doza immunitet reaksiyasını yenidən gücləndirir və bununla da peyvəndin effektivliyini artırır. Koronavirusun mutasiyası nəticəsində yeni "Delta" variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3-cü peyvənd dozası – buster dozasınin vurulması məqsədəuyğun hesab olunur.
Könül Əfəndiyeva – YAP üzvü, sosioloq
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı
"Banu" Günel illər sonra - Foto
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Azərbaycanda yağış, leysan, dolu və sel təhlükəsi gözlənilir - XƏBƏRDARLIQ
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Vətəndaş ABB-dən narazıdır
"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar
Salyanda ailə faciəsi: Bıçaqlanan ana öldü - Yaralanan ata və gəlinin son durumu