Saakaşvilinin arvadı DANIŞDI: "Onun atacağı addımlardan əvvəlcədən xəbərdar idik" - VİDEO
Mixail Saakaşvilinin azadlığı üçün keçirilən mitinqdə iştirak edən ukraynalı həyat yoldaşı Yelizaveta Yasko Baku TV-yə müsahibə verərək Mixail Saakaşvilinin atacağı addımlardan əvvəlcədən xəbərdar olduğunu deyib.
Mixail Saakaşvilinin səhhətinin yaxşı olmadığını deyən Yelizaveta Yasko Gürcüstanın sabiq prezidenti üçün sadəcə sayılı günlərin qaldığını vurğulayıb.
Yasko həmçinin uzun illərdir ki, Gürcüstanda bu qədər genişmiqyaslı aksiyanın keçirilmədiyini bildirib. O, Ukrayna dövlətinin də Saakaşvilinin azadlığa buraxılması üçün çalışdığını deyib.
Məlumat üçün onu da bildirək ki, mitinqlə bağlı şəhərin Respublika Meydanından Azadlıq Meydanına qədər olan mərkəzi avtomobil yolu, eləcə də Azadlıq Meydanına çıxan bütün küçələrdə və Rustaveli prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Meydan ətrafına əlavə polis qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1755 Tarix: 15 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
1 noyabrAngela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:. "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzind
31 oktyabrQazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind
1 noyabrNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
1 noyabr