İnsanlara metroda da vaksin vurulacaq
Misirin səhiyyə naziri Halə Zayid yaxın günlərdə ölkənin metro stansiyaları, avtobus və dəmiryolu vağzallarında, habelə məscidlərdə COVID-19 əleyhinə vaksinasiya məntəqələrinin fəaliyyət göstərəcəyini açıqlayıb.
Sonxeber.az xəbər verir ki, bu ölkədə ilin sonunadək 40 milyon insana peyvənd vurulması nəzərdə tutulub.
Bu hədəfə çatmaq üçün isə hazırda Misirin müxtəlif şəhərlərində olan 1100 vaksinasiya mərkəzi kifayət etmir.
H.Zayid hökumətin iclasında bildirib ki, bu günədək 23,3 milyon nəfərə vaksin vurulub.
Onun sözlərinə görə, Misirin 60 milyon dozadan çox vaksin ehtiyatı var və bu günlərdə ABŞ-dan 1 milyon doza "Pfizer BioNTech" peyvəndi gətiriləcək. Bundan başqa, 2022-ci ildən etibarən Misir Yaxın Şərq və Afrika ölkələrinə vaksin ixrac edəcək.
Belə ki, gələn həftə bu ölkənin VACSERA farmasevtika zavodlarında Çinin lisenziyası ilə "Sinovac" peyvəndinin istehsalına başlanacaq. Cari ilin sonunadək bu təsislərdə 40 milyon doza vaksin istehsal edilməsi nəzərdə tutulub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3987 Tarix: 17 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
1 noyabrAngela Merkel: "Almaniyanın növbəti prezidenti qadın olmalıdır"
Almaniyanın 2005-2021-ci illərdə hökumət başçısı olmuş sabiq kansleri Angela Merkel hesab edir ki, ölkənin növbəti prezidenti postuna qadın namizəd seçilməlidir. xəbər verir ki, "Magenta TV"yə müsahibəsində Merkel vurğulayıb:. "Almaniya Federativ Respublikasının 77 illik tarixi ərzind
31 oktyabrQazaxıstan Xəzərdə genişmiqyaslı əməliyyat keçirdi: 44 gəmi saxlanıldı
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. -yə istinadən xəbər verir ki, qurumun oktyabrın 31-də yaydığı məlumata görə, Xəzər dənizində qanunsuz fəaliyyətlə mübarizə çərçivəsind
1 noyabrNigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur. "Report" xəbər verir ki, bu barədə Nigeriyanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Bildirilib ki, hər iki pasiyent təcrid olunub. Mütəxəssislər onların təmasda olduğu şəxslərin dairəsini müəyyənləşdiri
1 noyabr