"Bu qərarla Ali Baş Komandan özünü tariximizi qoruyan lider kimi tanıtdı" - Emil Əkbərov
"Bu il biz 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü qalib ölkənin vətəndaşları kimi qeyd edirik".
Bu sözləri Sonxeber.az-a açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Akbarov deyib.
O vurğulayıb ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdi:
"SSRİ-nin süqutu dövründə yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz Şərqdə ilk respublikanın varisi kimi "həyata vəsiqə aldı" və Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlandı.
90-cı illərin əvvəllərində hakimiyyətdə olan səriştəsiz şəxslərin əlindən cana gələn xalq çıxış yolunu ulu öndərin Azərbaycana qayıdışında görür. Xalqın istəyi ilə özünün və ailəsinin həyatını təhlükəyə atan Ümummilli lider Heydər Əliyev Azərbaycana geri qayıdır. Onun qayıdışı ölkəmizi yenidən əsarət altına düşməkdən xilas edir.
Ulu öndərin başladığı şərəfli missiyanı 2003-cü ildə uğurla davam etdirən cənab Prezident İlham Əliyev apardığı daxili və xarici siyasət nəticəsində ötən ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsi ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ali Baş Komandan İlham Əliyev ölkə başçısı seçildiyi gündən hərbçilərimizin döyüş qabiliyyətinin artırılması və müasir texniki bazanın gücləndirilməsi istiqamətində atdığı addımlar sayəsində qısa dövr ərzində torpaqlarımızı işğaldan azad etməkdən əlavə, Cənubi Qafqazda sülhü bərpa etdi".
Emil Akbarov vurğulayıb ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı:
"Azərbaycan tarixinə sahib çıxaraq, 28 May - Respublika Gününün "Müstəqillik günü", 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün isə "Müstəqilliyin bərpası günü" adlandırılması olduqca tarixi bir qərardır. Bu qərarla Ali Baş Komandan ölkəsinin təkcə müstəqiliyini və ərazi bütövlüyünü bərpa edən güclü sərkərdə kimi deyil, həm də tariximizi qoruyan lider kimi özünü tanıtdı. Əminəm ki, cənab Prezident İlham Əliyevlə dövlət və xalq olaraq hələ bir çox uğurlara imza atacağıq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1853 Tarix: 18 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."
ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd
18 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021