Bu avtomobillərə yeni cihazlar quraşdırılacaq - VİDEO

Bu avtomobillərə yeni cihazlar quraşdırılacaq - VİDEOXüsusən də sərnişin avtobusu və yük avtomobillərinin iştrakı ilə baş verə biləcək ağır qəzaların qarşısını almaq məqsədi ilə, üç il əvvəl ''yol hərəkətinin təhlükəsizliyi'' nə dair dövlət proqramı hazırlandı. Konkret olaraq proqramda göstərilirdi ki, bu tip nəqliyyat vasitəsinin sürücülərinə nəzarət etmək üçün avtomobillərə ''taxoqraf'' cihazı qurulsun. Yəni onların hərəkəti və neçə saat sükan arxasında olmasına adıçəkilən cihaz vasitəsi ilə nəzarət ediləcəkdi. Amma görünən odur ki, bu proqram tam olaraq icra edilmir. Buna səbəb nədir? Sualımıza aidiyyəti qurumdan cavab öyrənmişik.

Sonxeber.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Son günlər sərnişin avtobusu və yük avtomobillərinin iştrakı ilə baş vermiş qəzalar həmin nəqliyyat vasitələrinin sürücülərinə nəzarətin ciddi olmamasını göstərir.

Hansı ki, 2019-2023-cü illəri əhatə edən ''Yol Hərəkətinin Təhlükəsizliyi''nə dair dövlət proqramında da var ki, bu tip nəqliyyat vasitələrinə ''taxoqraf'' cihazı qurulmalı idi. Bu cihazla sürücünün hərəkəti həm izlənir, həm də onun sükan arxasında nə qədər olduğu müəyyən edilir. Başqa sözlə desək bu növ nəqliyyat vasitələrinin sürücülərinə ciddi nəzarət edilir. Amma bir neçə gündə həm avtobus həm də yük avtomobilinin sürücülərinin törətdikləri qəzalar onu deməyə əsas verir ki, hələ də dövlət proqramında göstərilənlər sadəcə sənəd üzərindədir.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, yük avtomobilləri və sərnişin avtobuslarının sürücülərinin törətdikləri qəzaları təhlil edərkən müəyyən olur ki, sürücü sükan arxasında ya yuxlayıb, ya da yorğun olub. Ekspert deyir ki, yük maşınlarına və avtobuslara ''taxoqraf'' cihazı quraşdırılmalıdır. Qanunda bu barədə yazılıb, onu gerçəkləşdirmək mütləqdir.

''Taxoqraf'' hər şeyi qeydə aldığından, yol polisi sürücünün 4 saatdan artıq avtomobil idarə etdiyini aşkar edərsə dərhal onun hərəkəti dayandırılmalıdır. Sürücü ən azı 45 dəqiqə dincələndən sonra hərəkətə davam edə bilər. Yük avtomobillərinə və sərnişin avtobuslarına ''taxoqraf'' cihazının quraşdırılması Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həyata keçirilməldir. Sözügedən qurumun rəsmisi Günay Əliyeva deyir ki, ''taxoqraf'' cihazı beynəlxalq yük və sərnişindaşımada olan nəqliyyat vasitələrində var. Bəs şəhərlərarası yük və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində bu cihaz niyə yoxdur?

Günay Əliyeva deyir ki, ''taxoqraf'' cihazı gizli şəkildə fəliyyat göstərən sürücülərin avtomobilinə quraşdırılmayacaq. Bu yalnız Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən fərqlənmə nişanı və qanuni icazə vərəqəsi alan sürücülərin avtomobillərinə quraşdırılaraq onlara nəzarət ediləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1809   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021