Kirayə ev axtaranların NƏZƏRİNƏ! - Sizin də başınıza gələ bilər - VİDEO

Kirayə ev axtaranların NƏZƏRİNƏ! - Sizin də başınıza gələ bilər - VİDEOAlqı-satqı saytlarında kirayə mənzil axtaran vətəndaşlar bu xəbəri oxusun, çünki bəzi şəxslər saytlarda hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Qiymətin ucuz olduğunu görən vətəndaş isə, təbii ki, evi əldən buraxmamaq üçün həmin şəxsin bank hesabına beh göndərməli olur. Sonda isə nə kirayə evə köçə, nə də ki verdiyi pulu ala bilir. Belə bir hadisə ilə Bakı şəhər sakini Hüseyn Həsənov qarşılaşıb. Hadisənin təfərrüatlarını təqdim edirik.

Sonxeber.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, Hüseyn Həsənov elan saytlarından birindən kirayə ev tutmaq istəyirdi, ancaq aldadıldı. Özünü evin sahibi kimi təqdim edən şəxs ondan 200 manat beh alaraq yoxa çıxıb.

O, deyir ki, sentyabrın 18-də elan saytlarının birində yerləşdirilən mənzili kirayə tutmaq üçün qeyd olunan mobil nömrə ilə əlaqə saxlayıb. Telefona cavab verən Abbas adlı şəxs ona bildirib ki, hazırda evdə gənc qızlar qalır və bu səbəbdən də mənzilə baxa bilməz. Ancaq yaxın vaxtlarda mənzil tam boşaldılacaq.

Abbas adlı şəxs Hüseynin votsap nömrəsinə şəxsiyyət vəsiqəsinin fotosunu da göndərib. Bundan sonra aldadılmayacağına inanan Hüseyn Həsənov onun verdiyi bank hesabına 200 manat pulu beh şəkilində göndərib.

Maraqlı məqam ondan ibarətdir ki, həmin şəxs Hüseynin də şəxsiyyət vəsiqəsinin fotosunu onun votsap nömrəsinə göndərməsini bildirib. Zərərçəkmiş iddia edir ki, əslində göndərilən vəsiqə Abbasa aid deyil. O, telefon danışığında da özünü yalandan Abbas adı ilə təqdim edib.

Bundan sonra, həmin şəxsin mobil nömrəsinə zəng çatmayıb. Qeyd edək ki, bir müddət öncə Daxili İşlər Nazirliyi alqı-satqı saytları üzərindən dələduzluq edən şəxslərlə bağlı əhaliyə müraciət etmişdi. Mütəxəssislər tövsiyə edirlər ki, belə halla qarşılan vətəndaşlar 102 Zəng-Mərkəzinə və ya ərazi üzrə polis orqanına müraciət edə bilərlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1256   Tarix: 19 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021