Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE
Koronavirusa yoluxan tanınmış jurnalist və televiziya aparıcısı, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu dünən vəfat edib.
Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxmuşdu. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülmüş, süni tənəffüs aparatına qoşulmuşdu. Təəssüf ki, həmkarımızın müalicəsi nəticəsiz qaldı
Əslən Zəngilan rayonundan olan Elnur Əşrəfoğlu 19 iyun 1974-cü il tarixində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib.
1992-ci ildə "525-ci qəzet"də jurnalist kimi əmək fəaliyyətinə başlayıb.
E.Əşrəfoğlu jurnalistikaya - "525"ə gəlişi barədə belə demişdi:
"Jurnalistikaya marağım çox idi. Səbuhi (jurnalist Səbuhi Məmmədli-red.) mənə "525-ci qəzet"də işləməyi təklif edəndə, düşünmədən qəbul etdim. Redaksiya "Azərbaycan" nəşriyyatı ilə üzbəüz binanın 1-ci mərtəbəsində - "Müxalifət" qəzetinin redaksiyasında yerləşirdi. 2 balaca otaq idi, qəzeti hazırlamaq üçün lazımi avadanlıqlar yox dərəcəsindəydi. Buna baxmayaraq, ilk gündən o balaca otaqlardakı atmosfer mənə xoş gəlmişdi. "525-ci qəzet" elə ilk sayından öz sözünü deməyi bacarmışdı. Qəzet nəyə görə populyar idi? Çünki kollektiv gənclərdən təşkil olunmuşdu, sərbəstlik var idi, qəzetin yaradıcısı Rəşad Məcid heç kimin işinə qarışmırdı. Bu, gənclərə rahat işləməyə, öz ideyalarını həyata keçirməyə imkan verirdi…
…Burada böyük bir məktəb keçdim. "525"də 1993-cü ilin payızına kimi işlədim. Qısa müddət "7 gün" və "Azərbaycan" qəzetləri ilə əməkdaşlıq etdikdən sonra 1993-cü ilin sonlarında Azərbaycan Televiziyasına işə düzəldim. 1994-cü ildə sonradan xeyli populyarlıq qazanan "Sport daycest" müəllif verilişimi hazırlamağa başladım. Burada "525"də öyrəndiklərim karıma gəldi".
E.Əşrəfoğlu ilk vaxtlar AzTV-nin "7 gün" proqramı üçün kiçik süjetlər hazırlayıb. Sonra "Səhər" proqramında idman şərhçisi kimi çalışıb.
1994-cü ildə AzTV-də müəllifi olduğu "Sport digest" əyləncəli idman televiziya verilişindən sonra məşhurluq qazanıb. Müxtəlif vaxtlarda AzTV-nin "Xəbərlər" Baş redaksiyasında böyük redaktor, "İdman proqramları" Baş redaksiyasında baş redaktor vəzifələrində çalışıb.
1995-ci ildə İsraildə müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb.
Vaxtilə Azərbaycan Televiziyasında efirə gedən "Zirvəyə doğru: Sidney-2000", "Afina-2004", "Pekin zəfərləri", "Milli Olimpiya Komitəsi-10 il", "Professor", "9 nömrəli oyunçu", "Böyük hokkey","Sehrbaz" və daha bir neçə sənədli filmin ərsəyə gəlməsində əməyi olub.
16 il AzTV-də işləyib.
2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, daha sonra "Neftçi" futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsində çalışıb.
2011-ci ilin oktyabr ayında "Space" TV-də İdman departamentinə rəhbər təyin olunub. 2015-ci ildə Azərbaycan Cüdo Federasiyasında baş katibin müavini təyin olunub.
Elnur Əşrəfoğlunun koronavirusa yoluxduqdan sonra vəziyyətinin ağırlaşmasına səbəb bir böyrəyinin 10 il əvvəl ağır xəstəliklə bağlı götürülməsi olub.
Evli idi, 2 azyaşlı övladı qalıb./Modern.az
Allah rəhmət eləsin…
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
"Banu" Günel illər sonra - Foto
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Vətəndaş ABB-dən narazıdır
"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar
Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal