Göbələk zəhərlənmələri ilə bağlı əhaliyə müraciət
"Göbələk mövsümü yeni başladığı üçün zəhərlənmələrlə bağlı müraciət azdır. Bu ay göbələklə zəhərlənmə halı ilə bağlı 4-5 nəfər Kliniki Tibbi Mərkəzə müraciət edib".
Sonxeber.az xəbər verir ki, bunu APA-ya Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, həmin xəstələr müayinə olunduqdan sonra evə buraxılıblar.
A.Maqsudov bildirib ki, bu il göbələkdən zəhərlənmə ilə bağlı iki ölüm halı qeydə alınıb: "İndiyədək göbələkdən zəhərlənmə ilə ölüm halı Qaxdan olan iki uşaq idi. Ondan qabaq ölüm halı olmayıb. Uşaqlar da göbələyi 3 gün əvvəl yemişdi, bizə gec çatdırıldı. Tez çatdırılsaydı, haradasa şans olardı".
Həkim göbələk istifadə edən əhaliyə müraciət edib: "Göbələk mürəkkəb zülallı qida məhsuludur. Hər mədə-bağırsaq onu həzm edə bilmir.
İnsanlara məsləhət görürəm ki, yol qırağından yığılıb satılan göbələkləri almasınlar, özləri də yığıb yeməsinlər. Marketlərdə olan göbələyin zəhərsiz növüdür.
Həmin göbələklərdən istifadə etmək olar, amma istifadə müddətinə baxsınlar. Kimin mədə-bağırsağında problem, həssaslıq varsa, o, özünü qorusun, göbələyi qida məhsulu kimi istifadə etməsin".
Şöbə müdiri bildirib ki, göbələklə zəhərlənmə zamanı mədə-bağırsaqda ağrı, köp, ürəkbulanma, qusma, hərarətin qalxması və ishal halları müşahidə olunur:
"Belə hal hiss edən kimi həkim infeksionistə müraciət etmək lazımdır.
Bu, yoluxucu xəstəlik hesab olunur. Mütləq həkim müşahidəsi lazımdır, həkim nəzarəti ilə təyinat olur, evdə müdaxilə etmək olmaz.
Mövsüm yeni başlayıb, ötən illə müqayisədə göbələklə zəhərlənmə halında artım yoxdur. Ötən il 20-yə qədər müraciət olmuşdu. Demək olar, hər il təxminən 15-20 müraciət olur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2070 Tarix: 21 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
Son günlərdə hantavirusla bağlı xəbərlər dünyada diqqət çəkir. Xüsusilə xəstəliyin ağır gedişi və ölüm riski barədə xəbərlər narahatlıq yaradıb. Argentinadan Kabo-Verdeyə gedən 150-dən çox sərnişinin və 61 ekipaj üzvünün olduğu Niderlanda məxsus "MV Hondius" kruiz laynerində hantavirusla bağl
11 mayTanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında
"UĞUR 77" estetik mərkəzdə yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyeva barədə açılan cinayət işinin məhkəmə araşdırması başlayıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxr
12 mayAkif İslamzadənin vəziyyəti açıqlandı
"Xalq artisti Akif İslamzadənin vəziyyəti ağır stabil olaraq qalır". xəbər verir ki, bu məlumatı -a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib. "Xəstənin vəziyyətində müsbət dinamika müşahidə edilir. Huşu aydındır
12 mayBu rayonda uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedir (VİDEO)
Neftçala rayonunun Sübh adasının sakinləri yoxsulluq içində yaşayırlar. Qaynarinfo xəbər verir ki, bu səbəbdən sakinlərin çoxu adanı tərk edib. Orada yaşayanlar Kürün o tayından bu tayına qayıqla keçirlər. Sübh adasında uçmuş evlərdən başqa heç nə yoxdur, nə mağaza, nə də tibb məntəqəsi. Bu adada uşaqla
11 mayWUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir. xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyə
11 may2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb öldü
Tərtər şəhərində 2 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Belə ki, 2024-cü il təvəllüdlü Murad yaşadığı binanın 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanından ehtiyatsızlıq nəticəsində yıxılıb
11 may