"Nərminin qan qrupu IV, basdırılan meyitinki isə II qrup olub"
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülməsində təqsirli bilinən İlkin Süleymanovun məhkəməsi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda uşağın nənəsi Leybə Quliyeva və əmisi Arif Quliyev ifadə verib.
Nərmin Quliyeva hadisədən əvvəl sonuncu dəfə məhz əmisigildə olub və oradan çıxandan sonra itkin düşüb. Arif Quliyev bildirib ki, qardaşıgillə onun evi arasında məsafə 700 metrdir: "Nərmin bizə gödəkçə gətirmişdi. Günorta saat 3-ə qalmış olardı. Dedi ki, gödəkçəni atası göndərib. Mən də ondan qardaşımgilə bir torba göndərməliydim. Baxdım ki, ağırdır, apara bilməyəcək. Dedim ki, bacını da götürüb gələrsən, apararsız. Nərmin getdi və təxminən bir saat sonra böyük bacısı gəldi ki, Nərmin gəlib çıxmayıb".
A.Quliyev həmin gün Nərminin əynində hansı paltarlar olduğunu tam dəqiqliyi ilə xatırladığını bildirib. Lakin onun dediyi geyimlərlə daha əvvəl ifadə vermiş şahidlərin təsvirləri üst-üstə düşməyib. Arif Quliyevin ifadələrində ziddiyyətlər olduğuna görə onun dindirilməsi növbəti prosesdə davam etdiriləcək.
Məhkəmədən sonra İlkin Süleymanovun ailə üzvləri mediaya açıqlamalarında Nərminin yaxınlarının bir çox məsələləri gizlətdiklərini iddia ediblər. İlkin Süleymanovun qardaşı Adil Süleymanovun sözlərinə görə, Nərminin ailəsi həqiqətin üzə çıxmasını istəmir: "Cinayətin günahsız bir adamın üstündə qalmasına yardım edirlər. Həqiqətləri gizlətdikcə də ziddiyyətlər çoxalır. Məsələn, uşağın anası dindiriləndə demişdi ki, Nərminin əynində axırıncı dəfə yubka, ağ kalqotka olub. Əmisi isə deyir ki, cins şalvar olub. Ona görə ki, yandırılmış meyitin əynində cins şalvar olub. Əmisi Nərminin bütün geyimlərini yadında saxlayıb, amma həmin gün evlərinə gələn qardaşı Şərifin, onun böyük qızının nə geyindiyini xatırlamır?".
A. Süleymanov deyir ki, iş materiallarında daha da ziddiyyətli məqamlar var: "Nərmin Quliyevanın qan qrupu ilə meyitin qan qrupu fərqlidir. Nərminin qan qrupu IV, basdırılan meyitin qan qrupu isə II qrup olub. Bu fakt ekspertiza rəyində də var".
Qeyd edək ki, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayıb və 47 gün sonra qətlə yetirib.
İ.Süleymanov cinayəti törətdiyinə dair etiraf ifadəsinə qol çəksə də, məhkəmədə bunu təkzib edib. O iddia edib ki, Tovuz rayon Polis Şöbəsində işgəncələrə məruz qaldığı üçün ifadəyə məcbur qol çəkib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4909 Tarix: 21 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO
Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021