Bazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar? - FOTO

Bazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar? - FOTOÖlkəmizdə ötən illə müqayisədə zərgərlik məmulatlarına maraq nisbətən artıb. Bunu bazarda fəaliyyət göstərən sahibkarlar və maraqlı tərəflər də təsdiq edirlər. Təbii ki, əgər söhbət qiymətli metal və daşlardan gedirsə onun keyfiyyət göstəricilərindən tam əmin olmağa ehtiyac yaranır. Hazırda bazarda bəzi saxtakarlıq hallarına yol verilir.

Oxu.Az bununla əlaqədar zərgərlik məmulatlarının satışında yol verilən saxtakarlıq faktlarını araşdırıb.

Məsələ ilə bağlı məlumat verən Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyevin sözlərinə görə, hazırda bazarda bu cür hallar mövcuddur və onların aradan qaldırılmasında iri bazar iştirakçıları da maraqlıdırlar:

"Hazırda bəzi dələduzlar süni daşları "təbii" adı ilə istehlakçıya təqdim edirlər. Daşların xüsusi xarakteristikası, onların şəffaflığı və s. meyarlar var ki, bunu istehlakçı görmür. Sadəcə xüsusi zərgərlik lupaları vasitəsilə bunu müəyyən etmək olur. Məsələn, daşda xırda qara və qəhvəyi rəngdə ləkələr olur. Bunu müştəriyə demək lazımdır. Onu mükəmməl adı ilə müştəriyə satmaq artıq saxtakarlıqdır.

Qızılda isə əyar saxtakarlıqlarına yol verilir. Məsələn, üzərində 585 əyar yazıldığı halda əslində məmulat 580, 550, 500 əyar olur. 585 əyar nə deməkdir? Yəni, 1 qram məhsulun tərkibində 58,5 faiz təmiz qızıl var. Lakin, həqiqətdə bundan aşağı olduğu halda yüksək rəqəm qeyd edilir. Bundan da kobud səhvlərə yol verilir. Məsələn, məmulat qızıl ilə radirovka edilir, bizim insanlar buna "qızıl suyu"na salmaq deyirlər, daha sonra onu qızıl adı ilə istehlakçıya satırlar".

Toğrul Abbasquliyev bildirib ki, Azərbaycan Zərgərlik Assosiasiyası istehlakçılara bu kimi dəyərli məhsulları tanınmış, nüfuzlu mağazalar şəbəkəsindən almağı tövsiyə edir:

"Adı, mənbəyi, sənədi və sertifikatı olmayan məhsulları almayın. Məhsulu əldə etdikdə kassa çeki tələb edin".

O əlavə edib ki, hazırda qiymətli daşların və metalların keyfiyyətini müəyyən edə biləcək bir qurumun fəaliyyətə başlaması ilə əlaqədar işlər görülür, bununla da istehlakçı aldığı məhsulun keyfiyyətindən əmin ola biləcək:

"Ötən il İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə bu istiqamətdə işçi qrupu yaradıldı. İşçi qrupu çərçivəsində müvafiq sahədə peşə təhsilinin artırılması, Azərbaycanın zərgərlik adət-ənənələrinin inkişaf etdirilməsi, nəsildən-nəslə ötürülməsi, eləcə də keçmiş Əyar Palatasının funksiyalarının bərpası məsələsi müzakirə olundu. Hazırda bu istiqamətdə işlər gedir.

Azərbaycan Standartlaşdırma İnstitutunun qiymətli metallar və daşlar üzrə standartlar formalaşdıran Texniki Komitəsi fəaliyyət göstərir. Biz çalışırıq ki, bu istiqamətdə müvafiq standartlar qəbul edək. Nəticədə qiymətli daşların və metalların keyfiyyətini yoxlamaq və müəyyən etmək mümkün olacaq. Təkliflər Texniki Komitədə hazırlanır və dövlət qurumlarına ötürülür. Bu, bir il çəkə bilər"

Assosiasiyanın sədri vurğulayıb ki, iri distribütor şirkətlərin heç biri böyük həcmdə dövriyyələri riskə atıb, dələduzluğa yol vermək istəməz, bu onlar üçün çox risklidir, belə dələduzluq hallarına daha çox kiçik sahibkarlıq və ya fərdi zərgərliklə məşğul olan şəxslər əl atırlar.

Azərbaycanda zərgərlik məmulatlarının iri istehsalçılarından olan Ağamirzə Məlikov bildirib ki, istehlakçılar zərgərlik məmulatlarının alışını həyata keçirən zaman onun əyarını, rəngini, parlaqlığını diqqətdə saxlamalıdırdar:

"Hazırda sintetik brilyantlardan istifadə olunur, onlardan istifadə etmək yanlış deyil, lakin bunu müştəriyə "təbii" adı ilə satmaq saxtakarlıqdır. Bəzi zərgərlər müştərini belə aldadırlar. Mütləq şəkildə istehlakçı məhsulu tanıdığı bir yerdə yoxlatdırmalı, zərgərlə məsləhətləşib almalıdır. Tezliklə Əyar Palatasının fəaliyyətə başlaması gözlənilir. Bu zaman istehlakçı rahat şəkildə məhsulu yoxlaya biləcək".

Bununla belə istehsalçı qeyd edir ki, bazarda saxtakarlıq halları kütləvi deyil:

"Son bir neçə ildə saxtakarlıq halları azalıb. Artıq bazar özü-özünü tənzimləyir. Xüsusilə də işini düzgün qura bilən zərgərlər saxtakarlıqla məşğul olanları bazardan sıxışdırıb çıxarırlar".

Zərgərlik məmulatlarının topdan və pərakəndə satışı ilə məşğul olan sahibkar Rövşən Xəlilovun sözlərinə görə, insanlar yalnız tanıdıqları şəxsə müraciət edə bilərlər, bununla bağlı sistem mövcud olmadıqca istehlakçı başqa heç nə edə bilməz:

"Hazırda zərgərlik məmulatları ilə bağlı yaranan əsas problemlər qiymətli metalların əyarında yanlışlığın olması, daşlarda 1 karat əvəzinə 5 karat yazılması, xüsusilə də brilyantın karatında problemlər yaşanmasıdır".
Bazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar? - FOTOBazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar? - FOTOBazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar? - FOTOBazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar? - FOTOBazarda saxta qızıl satılır: Müştərini necə aldadırlar? - FOTO


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2633   Tarix: 23 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021