Doğum günü olan şəhidlərimiz - FOTO

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan altı qəhrəmanımızın doğum günüdür.

Sonxeber.az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Azərbaycan Ordusunun əsgəri Qasımzadə Tahir Sərdar oğlu 31 oktyabr 2001-ci ildə anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Tahir Qasımzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

Doğum günü olan şəhidlərimiz - FOTOO, ötən ilin sentyabrın 29-da Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub.

Şəhidimiz "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Ordusunun əsgəri Rəhimli Murad İlqar oğlu 31 oktyabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olub.

O, Suqovuşan uğrunda gedən ağır döyüşlərdə mənfur düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Onun geridə iki övladı yadigar qalıb.

Doğum günü olan şəhidlərimiz - FOTOŞəhidimiz "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun giziri Tağıyev Ramiq Teymur oğlu 1998-ci il oktyabrın 31-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub.

2004-2015-ci illərdə F. Şahbazov adına Kəlvəz kənd tam orta məktəbində təhsil alıb.

Ramiq Tağıyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə gizir hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

O, Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Doğum günü olan şəhidlərimiz - FOTOŞəhidimiz Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində aldığı çox saylı qəlpə zədələnməsindən şəhid olub.

Azərbaycan Ordusunun əsgəri Tahirov Rəşid Loğman oğlu 1989-cü il oktyabrın 31-də Beyləqan rayonunun Qaradağlı kəndində anadan olub. O, Vətən Müharibəsi başlayan gündən könüllü olaraq cəbhəyə yollanıb.

O, Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda qəhrəmancasına savaşıb.

Doğum günü olan şəhidlərimiz - FOTOGənc əsgər noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmənin artilleriya atəşi nəticəsində şəhid olub .

O, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Alıyev Qələndər Nofəl oğlu 31 oktyabr 2001-ci ildə Bakı şəhərinin Sabunçu rayonunda dünyaya gəlib.

Qələndər Alıyev 2020-ci il, yanvarın 8-də hərbi xidmətə çağırılıb. O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub,Talış-Suqovuşan bölgəsində döyüşüb.

Doğum günü olan şəhidlərimiz - FOTOO, oktyabr ayının 10-da, elə Talış-Suqovuşan istiqamətində gedən qızğın döyüşlərin birində şəhid olub.

Şəhid Alıyev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Doğum günü olan şəhidlərimiz - FOTO


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1690   Tarix: 31 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ukrayna bu istiqamətdə 1500 əsgər itirdi - Vodolatski

Ukrayna ordusu Xarkov vilayətinin Berestovoye yaxınlığındakı döyüşlərdə 1,5 mindən çox əsgər və əcnəbi muzdluları itirib. -a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Vodolatski deyib. "Berestovoye yaxınlığındakı "Qərb" qrupu 1,5 mindən çox millətçini, muzdlular

26 may 2024
.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel 2024
.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel 2024
.

KİV: Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk neftayırma zavoduna hücumu Ukrayna Təhlükəsizlik Xidməti (UTX) təşkil edib. "Report" xəbər verir ki, bunu "Hromadske"yə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Həmsöhbətin sözlərinə görə, "artıq uğurlu hücum haqqında danışma

17 mart 2024
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel 2024
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel 2024
.

Polad Həşimova hansı istiqamətdən ATƏŞ AÇILDIĞI məlum oldu

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində ola

19 fevral 2025
.

Ağ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək

İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy

14 aprel 2024
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel 2024