Sürücülük vəsiqəsini energetik içki ilə yuyub təpiklədilər - VİDEO

Sürücülük vəsiqəsini energetik içki ilə yuyub təpiklədilər - VİDEOSosial şəbəkələrdə sürücülük vəsiqəsini energetik içki ilə yuyan şəxs ciddi müzakirə mövzusuna çevrilib.

Sonxeber.az xəbər verir ki, videogörüntülərdə şəxs sürücülük vəsiqəsini öncə energetik içki ilə yuyur, daha sonra təpiklə vuraraq yerə atır. Şəxsin kimliyi, sürücülük vəsiqəsinin özünə aid olub-olmadığı isə məlum deyil.

Sosial şəbəkə istifadəçiləri şəxsin bu hərəkətini birmənalı qarşılamayıb və dövlət sənədinə qarşı bu cür yanaşmanın doğru olmadığını qeyd ediblər.

Qanunvericilikdə bu kimi davranışlara qarşı hər hansı inzibati tənbeh tədbirləri varmı?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Oxu.Az-a açıqlamasında bildirib ki, bu cür davranış ilk növbədə insanın öz mədəniyyətinin göstəricisidir:

"Sürücülük vəsiqəsinin üzərində də bizim milli ornamentlərimiz var, ölkəmizin xəritəsi orada əks olunub. İndi həmin adam məsuliyyətsizlik, mədəniyyətsizlik edərək sürücülük vəsiqəsini energetik içki ilə yuyur. Onun üzərində olan mikroçip zədələnir və öz keyfiyyətini itirə bilir. Bu sadəcə harınlığın, qudurğanlığın nəticəsidir. İnsan nə ilə seçilə bilər? Sürücülük vəsiqəsinin üzərinə energetik içki töküb, təpiklə vurub yerə atmaq normal insana aid hərəkət deyil.

Düşünürəm ki, həmin şəxsin sürücülük vəsiqəsini nə zaman aldığı, nə qədər cəriməsi olduğu, bu hərəkəti etməklə nə demək istədiyi Dövlət Yol Polisi tərəfindən araşdırıla bilər. Hər halda bu ədəbsizlikdir, normal hərəkət deyil. Psixoloqlar da buna rəy verə bilər ki, normal insan şəkil, ad, soyad olan vəsiqəni niyə təpikləyib ayaqaltına atır? Hər şeydən əvvəl sürücülük vəsiqəsinin üzərində Azərbaycan Respublikasının xəritəsi var. Bu məsələdə insanlar ictimai qınaq nümayiş etdirməlidir. Çünki bu məsələdə qanunvericiliklə hər hansı qadağa, cəza nəzərdə tutulmur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4666   Tarix: 06 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI

Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu

26 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

25 oktyabr
.

Xəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər

Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bu barədə Bankın məlumatında bildirilir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarın

26 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq

26 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr