Bu gün doğum günü olan şəhidlərimiz - FOTO

Bu gün doğum günü olan şəhidlərimiz - FOTO44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən altı nəfərin doğum günüdür.

Sonxeber.az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Leytenant Cavadov Namiq Rəhbər oğlu 1973-cü ilin noyabr ayının 7- də Xocalı rayonunun Cəmilli kəndində anadan olub. 1993-cü ildə BDU-nun Coğrafiya fakültəsinə daxil olub. 1997-ci ilə qədər davam edən ali təhsili zamanı həm də həmin universitetin hərbi kafedrasında da təhsil alıb.

2003-cü ildə Naxçıvanda N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Ehtiyyatda olan Leytenant Namiq Cavadov Səfərbərlik Xidmətinə çoxsaylı müraciətlər etməsinin nəticəsində oktyabrın 19-u İkinci Qarabağ, Vətən Müharibəsinə çağırılıb. Hərbidən ayrıldığı 15 ilə yaxın olmasına baxmayaraq, könüllü olaraq ön cəbhəyə gedib, Qubadlı döyüşlərində iştirak edib. Müharibə zamanı ağır döyüşlərdə iştirak edən qəhrəmanımız Laçının Güləbird qəsəbəsinə kimi gəlib çıxıb. Oktyabr ayının 25-i, döyüşə yollandığının 6-cı günündə Laçının Güləbird qəsəbəsində düşmənin xain qəlpəsinə tuş gəlmiş, şəhidlik zirvəsinə ucalıb.

Bu gün doğum günü olan şəhidlərimiz - FOTOPrezident İlham Əliyevin müvafq sərəncamlarına əsasən Namiq Cavadov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.

Əsgər Həsənov Elvin Əlizadə oğlu 1994-ci ilin noyabrında Ağdaş rayonu Mürsəl kəndində anadan olub. Elvin orta məktəbi qurtardıqdan sonra, 2013-2014-cü illərdə hərbi xidmətdə, Vətənin keşiyində olub. Əsgərlikdən sonra evinə, ailəsinə dönüb, müxtəlif işlərdə çalışıb.

Vətən müharibəsi başlayandan 2 gün sonra könüllü kimi döyüş bölgəsinə yollanıb. O, Füzulinin uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. 7 noyabrda dəfn edilib.

Bu gün doğum günü olan şəhidlərimiz - FOTOPrezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Elvin Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Əsgər Qasımov Şəhriyar Vəzir oğlu 1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olub. 2013-cü ildə Bakı şəhərində məzun olub. 2013-cü il tarixində müddətli həqiqi hərbi xidmətini Tovuzda N saylı hərbi hissədə edib. Xidmət dövründə, xidmətdə fərqləndiyi üçün kiçik çavuş rütbəsi alıb. Daha sonra Tovuz döyüşlərində iştirak üçün könüllü ön cəbhəyə gedib.

2020 ci-ildə könüllü olaraq, sentyabrın 29-da Vətən müharibəsində iştirak üçün ön cəbhəyə yollanıb. Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

O, oktyabrın 25-də qəhrəmancasına şəhid olub.

Bu gün doğum günü olan şəhidlərimiz - FOTOPrezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Qasımov Şəhriyar Vəzir oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Leytenant Quliyev Ramin Rizvan oğlu 1998-ci ildə anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2016-cı ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına qəbul olub. Təhsilini bitirdikdən sonra Ağdama müddətli həqiqi hərbi xidmətə yollanır.

Vətən müharibəsi başlayanda ön sıralarda gedən igidlərdən biri olan Ramin Suqovuşanın azad olunmasında qəhrəmancasına döyüşüb. O, oktyabrın 10-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Bu gün doğum günü olan şəhidlərimiz - FOTOPrezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Ramin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Kapitan Quliyev Şahmar Kəmaləddin oğlu 1991-ci il noyabrın 7-də Naxçıvan şəhərində anadan olub. Azərbaycan Ordusunun kapitanı olan Şahmar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.

O, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Şahmar Quliyev sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Bu gün doğum günü olan şəhidlərimiz - FOTOPrezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Şahmar Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Baş leytenant Şükürov Samir Təyyub oğlu 1974-cü ildə Lerik rayonu Kəlvəz kəndində anad olub. 1981 ci ildə Kəlvəz kənd Fəxrəddin Şahbazov adına tam orta məktəbin 1-ci sinifinə daxil olub. Təhsilini bitirdikdən sonra 1991-ci ildə müddətli həqiqi hərbi xidmətə çağrılıb.

1993-cü ildə Birinci Qarabağ müharibəsinə yollanıb və orada müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak edib, hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə görə zabit, daha sonra isə Baş leytenant rütbəsi verilib. 1996-ci ilədək hərbi xidmətdə olub.1997-ci ildə ehtiyata buraxılıb.

27 sentyabr 2020-ci il Vətən müharibəsində könülü olaraq cəbhəyə yollanıb. Oktyabrın 25-i müharibəyə yollanıb, 9 noyabr tarixində Şuşa şəhərinin alınmasında fəal iştirak edib. Noyabrın 10-u ailəsinə şəhid xəbəri verilib. Qəhrəmanımız Bakı şəhəri Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Bu gün doğum günü olan şəhidlərimiz - FOTOPrezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2002   Tarix: 07 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI

Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu

26 oktyabr
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. -a istinadən xəbə

25 oktyabr
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25 oktyabr
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

25 oktyabr
.

Xəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər

Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bu barədə Bankın məlumatında bildirilir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarın

26 oktyabr
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

25 oktyabr
.

Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakının Sabunçu rayonu, Yeni Ramana küçəsində təmir işləri aparılacaq. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bununla əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq

26 oktyabr
.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

25 oktyabr
.

Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Oktyabrın 29-30-da Yer kürəsində yeni geomaqnit qasırğasının müşahidə olunacağı gözlənilir. xəbər verir ki, buna səbəb Günəşdəki tac dəliyinin təsiri olacaq. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyas

26 oktyabr