Müəllimi üçün axıtdığı göz yaşları ilə məşhurlaşan "küçə uşağı"... - FOTO

Müəllimi üçün axıtdığı göz yaşları ilə məşhurlaşan "küçə uşağı"... - FOTODieqo Frazao 1997-ci ildə Braziliyanın Rio şəhəri yaxınlığında anadan olub. Çox kasıb ailədə dünyaya gələn uşaq 4 yaşında ikən meningit olub, ağır sətəlcəm xəstəliyindən sağalıb, xəstəlikləri səbəbindən ciddi yaddaş problemləri yaşayıb. Daha da dəhşətlisi Dieqo Braziliyada milyonlarla uşaq kimi küçələrdə böyüyürdü...

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həmin dövrdə küçədə böyüyən uşaqları narkotacirlərin, cinayətkarların, uşaq alverçilərinin əlindən xilas etmək üçün "AfroRegae" adlı xeyriyyə təşkilatı fəaliyyət göstərirdi. Bu təşkilat uşaqları müxtəlif mədəniyyət dərnəklərinə qəbul edir, onların cinayətkar dəstələr arasında yox olub getmələrinə mane olmağa çalışırdı. Təşkilatın könüllü üzvü olan skripka müəllimi Evandro Joao Silva uşaqlara dərs keçir, onlara musiqini sevdirməyə çalışırdı. Dieqo ilə Silvanın tanışlığı da bu vasitə olub.
Müəllimi üçün axıtdığı göz yaşları ilə məşhurlaşan "küçə uşağı"... - FOTOSilva Dieqonun qayğısına qaldı, ona skripkanı öyrətdi. Silvanın şagirdi təkcə Dieqo deyildi. O, küçələrdən yığdığı bütün uşaqların qayğısına qalır, onların "qoruyucu mələyi"nə çevrilirdi.

Ancaq 2009-cu ildə Silva küçədə naməlum şəxslər tərəfindən qətlə yetirildi. Silvanın ölümü Rioda böyük səs-küyə səbəb oldu. Daha çox ağlayan isə küçədən tanış olduğu, skripkanı sevdirdiyi şagirdləri oldu. Silvanın dəfn mərasimində şagirdlərin çəkilmiş fotoları dünya mediasının gündəminə çevrildi. Dieqonun dəfn zamanı lentə alınmış şəkli isə 2010-cu ildə dünyanın ən təsirli 20 fotosu sırasına daxil oldu.
Müəllimi üçün axıtdığı göz yaşları ilə məşhurlaşan "küçə uşağı"... - FOTODieqoya nə oldu?

Təəssüf ki, Dieqo da bu fotonun çəkilməsindən bir il sonra qan xərçəngindən dünyasını dəyişdi. Dieqonun xəstəliyi məlum olandan sonra xəstəxanaya yerləşdirilsə də, onun üçün artıq çox gec idi...
Müəllimi üçün axıtdığı göz yaşları ilə məşhurlaşan "küçə uşağı"... - FOTOMüəllimi üçün axıtdığı göz yaşları ilə məşhurlaşan "küçə uşağı"... - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1860   Tarix: 11 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp Makronu hədələdi

Tramp Makronu Sülh Şurasına qatmaq üçün fransız şərablarına tariflər tətbiq etməklə hədələyir. xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Fransa şərablarına və şampanlarına 200% tarif tətbiq edəcəyini bildirib. Onun iddiasına görə, bu addım Fransa Prezidenti Emmanuel Makronu qlobal münaqişələrin həllin

20 yanvar
.

Starmer öz qanun layihəsini Trampa görə geri götürdü

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın tənqidindən sonra Hind okeanının mərkəzindəki Çaqos arxipelaqının Mərakeşə verilməsi ilə bağlı razılaşmanın parlamentdə müzakirəsini gündəmdən çıxarıb. xəbər verir ki, bu barədə "The Daily Telegraph" (DT) mənbələrə istinadə

24 yanvar
.

Qədim romalılar sərvətlərini məharətlə idarə edib: Nəyə investisiya qoyublar?

Bu gün olduğu kimi, qədim dövrlərdə də insanlar pulların investisiya edilməsinin sərvətin qorunmasına və artırılmasına kömək etdiyini anlayıblar. Qayanrinfo xəbər verir ki, "Livescience"in yazdığına görə, varlı qədim romalılar əsasən qızıl və gümüş alıblar. Bu, ən populyar investisiya vasitələrində

22 yanvar
.

87 yaşlı qadın dövləti külli miqdarda ziyana saldı

Yozqatda 87 yaşlı bir qadının 21 il əvvəl vəfat etmiş bacısının şəxsiyyət vəsiqəsindən istifadə etdiyi məlum olub. türk mediasına istinadən xəbər verir ki, araşdırmalar zamanı onun mərhum yeznəsindən qalan pensiya maaşını uzun illər ərzində aldığı, banklardan kreditlər götürdüyü və müxtəlif dövlət qurumlar

21 yanvar
.

Yeri son 22 ilin ən güclü Günəş fırtınası bürüdü: Bu nə deməkdir?

Yanvarın 19-da Yer kürəsi nadir rast gəlinən S4 səviyyəli Günəş fırtınasını yaşayıb - bu, 2003-cü ilin oktyabrından bəri ən güclü fırtınadır. Qaynarinfo xəbər verir ki, bu barədə NOAA Kosmik Hava Proqnozlaşdırma Mərkəzi məlumat yayıb. İntensivliyinə görə o, hətta 2003-cü ilin məşhur "Hellouin"

21 yanvar
.

KİV: Çin Arktikaya geosiyasi rəqabət meydanı kimi baxmır

Çin Arktika bölgəsini böyük güclər arasında geosiyasi rəqabət meydanı kimi görmür. xəbər verir ki, bu barədə "Global Times" qəzeti yazıb. Məqalədə deyilir ki, Çinin nöqteyi-nəzərindən, Arktika gələcəkdə geosiyasi rəqabət meydanı deyil, iqlim dəyişikliyi və davamlı inkişaf üzrə beynəlxalq əməkdaşlığ

24 yanvar
.

Alimlərdən xəbərdarlıq: Yanvarın 26-dan etibarən Yer üçün riskli günlər başlayır

Yanvarın 26 və 27-si tarixlərində Yerdə yeni maqnit qasırğası başlaya bilər. xəbər verir ki, proqnoz Günəş Astronomiyası Laboratoriyası tərəfindən dərc edilib. Alimlərin məlumatına görə, yaxın günlərdə geomaqnit vəziyyəti sakit olacaq. Belə ki, 22-25 yanvar tarixləri daxil olmaqla hər hansı təhlükəl

22 yanvar
.

Acun Ilıcalının ortağı barədə axtarış qərarı verildi

Acun Ilıcalının ortağı və "Acun Medya"nın Baş Koordinatoru Esat Yontunç barəsində narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində saxlanılma (yaxalama) qərarı çıxarılıb. türk mediasına istinadən xəbər verir ki, Esat Yontunçun hazırda "Survivor" proqramının çəkilişlərini

21 yanvar
.

Aleksandr Rıbak yenidən "Avroviziya"ya qatıla bilər

Məşhur norveçli skripkaçı və müğənni Aleksandr Rıbak yenidən "Avroviziya" səhnəsinə qayıtmağa hazırlaşır. xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat dərc olunub. Bildirilib ki, Belarus əsilli ifaçı Norveçin milli seçim mərhələsi olan "Melodi Grand Prix 2026"da iştira

24 yanvar