Avtomobilin sonradan dəyişdirildiyi ekspertizada üzə çıxdı, sahibi xəstəxanalıq oldu - VIDEO

Avtomobilin sonradan dəyişdirildiyi ekspertizada üzə çıxdı, sahibi xəstəxanalıq oldu - VIDEOTürkiyədə ikinci əl avtomobil alqı-satqısı zamanı aparılan ekspertiza yoxlaması zamanı avtomobilin tavanının dəyişdirildiyi və sonradan "sunroof" (açılan tavan) əlavə edildiyi məlum olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə yanvarın 10-da Ankaranın Cebeci məhəlləsində yerləşən oto-ekspertiza mərkəzində baş verib. Məlumata görə, adının açıqlanmasını istəməyən avtomobil sahibi nəqliyyat vasitəsini satmaq üçün alıcı ilə razılığa gəlib və avtomobil ekspertizaya aparılıb. Yoxlama zamanı fabrik çıxışında sunroofsuz olan modelin tavanının dəyişdirildiyi və sonradan sunroof quraşdırıldığı müəyyən edilib. Bu səbəbdən alıcı alqı-satqıdan imtina edib.

Baş verənlərdən sonra avtomobil sahibi ekspertiza mərkəzində özünü pis hiss edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya aparılıb.

Ekspertiza aparan Enes Morkoç bildirib ki, avtomobilin mikron göstəriciləri normaya uyğun olduğundan tavanın dəyişdirildiyini yalnız detallı yoxlama və servis qeydləri əsasında müəyyən etmək mümkün olub. Onun sözlərinə görə, nə alıcının, nə də satıcının bu dəyişiklikdən əvvəlcədən xəbəri olmayıb. Morkoç ikinci əl avtomobil alarkən mütləq etibarlı və korporativ ekspertiza şirkətlərinə müraciət edilməsinin vacibliyini vurğulayıb.

Hadisə ikinci əl avtomobil bazarında ekspertiza yoxlamalarının əhəmiyyətini bir daha gündəmə gətirib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2988   Tarix: 23 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan kürsülü, 6 otaqlı evin 130 kvadratmetr sahəsində yanar konstruksiyalar yanıb. Evə bitişik, ümumi sahəsi 180 kvadratmetr olan köməkç

10 oktyabr
.

Bakı sakininin maşını Şuşada minaya düşdü

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində 2026-cı il 28 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Bildirili

28 sentyabr
.

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama

Cəbrayılda minaya düşən ata və oğulun son vəziyyəti açıqlanıb. Bu barədə -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan iki nəfər (kişi) oktyabrın 9-da Kliniki Tibb

10 oktyabr
.

Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı

Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib. xəbər verir ki, bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb. O, körpələrdən birinin doğum evində öldüyünü, digərinin vəziyyətinin isə ağır olduğunu qeyd edib. S.Bayramova APA-nın yerli bürosuna bildiri

2 oktyabr
.

Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinən E.Vəliyev saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Müəyyən edilib ki, o, bir vətəndaşı

26 sentyabr
.

İmişli Şəkər Zavodunda yanğın oldu

İmişli Şəkər Zavodunun ərazisində yanğın olub. xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb. Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub. Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarında

28 sentyabr
.

Azərbaycanda DƏHŞƏT! 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu

Naxçıvanda 78 yaşlı kişi nəvəsinin sevgilisini öldürməyə cəhd edib. -ın məlumatına görə, hadisə Şərur rayonunun Çomaxtur kəndində baş verib. Rayonun Alışar kənd sakini Fəxrəddin Məmmədov (soyad şərtidir - red.) rayon ərazisindəki marketlərdən birində satıcı işləyərkən ora alverə gələn xanımla tanış olub

26 sentyabr
.

"Daş abidə" parkının yerini kim alıb? - Anar Quliyev icazə verib?​

Ərazi hasarlanıb, "Daş abidə" parkı yerlə yeksan olunub.  . Bizimesr.media xəbər verir ki, söhbət Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Fərhad Babayev küçəsində tikilən böyük obyektdən gedir. Həmin ünvanda əvvəllər "Daş abidə"nin yerləşdiyi kiçik park olub. Uzun illər baxımsız vəziyyətd

26 sentyabr
.

Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı

Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində

3 oktyabr