Milli Məclisdə büdcə müzakirələri: Rekord rəqəmlər proqnozlaşdırlır

Milli Məclisdə büdcə müzakirələri: Rekord rəqəmlər proqnozlaşdırlır2022-ci ildə ümumi daxili məhsulda 3,9 faiz, ayrılıqda qeyri-neft sektorunda isə daha çox artım olacaq. Xərclərin 46,5 faizi birbaşa sosial istiqamətə yönələcək. Büdcədən ayrılan hər 100 manatın 46 manatdan çoxu məhz sosial sferaya xərclənəcək. Bu o deməkdir ki, 2022-ci ilin büdcəsi sosialyönümlü olacaq.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci il üçün büdcə layihəsi müzakirə olunub. Müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov məlumat verib ki, növbəti ilin dövlət büdcəsi layihəsində gəlirlər 26 milyard 816 milyon manat, xərclər 29 milyard 879 milyon manat proqnozlaşdırılıb. Dövlət rəsmisinin sözlərinə görə, icmal büdcənin gəlirləri 27 milyard 677 milyon manat, xərcləri 32 milyard 906 milyon manat məbləğində nəzərdə tutulub. Müzakirələrin sonunda "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə edilmək üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, 2022-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən böyük büdcədir. Yeni büdcənin gəlir və xərclərində əvvəlki illərlə müqayisədə artımlar nəzərdə tutulub. Büdcə həcminin böyüklüyünü, nəzərdə tutulan istiqamətləri və xərcləri "Kaspi" qəzetinə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bütövlükdə 2022-ci ildə makroiqtisadi göstəricilərin 2021-ci ildə olduğu kimi artım tempi ilə davam edəcəyi proqnozlaşdırılıb. Onun sözlərinə görə, 2022-ci ildə ümumi daxili məhsulda 3,9 faiz, ayrılıqda qeyri-neft sektorunda isə daha çox artım olacaq:

"2021-ci ili Azərbaycan iqtisadiyyatı 5 faiz böyümə ilə başa vuracaq. Bu baxımdan proqnozlar nikbindir. Yeni büdcənin xərclərinə diqqət yetirsək, görərik ki, xərclərin 46,5 faizi birbaşa sosial istiqamətə yönələcək. Büdcədən ayrılan hər 100 manatın 46 manatdan çoxu məhz sosial sferaya xərclənəcək. Bu isə o deməkdir ki, 2022-ci ilin büdcəsi sosialyönümlü olacaq. Əlavə olaraq 1,4 milyard manatlıq sosial paket təsdiq olunacaq. Bu, əməkhaqqı, müavinət və pensiyalarda artımların olacağından xəbər verir. İlkin qiymətləndirmələrə görə, sosial paket orta hesabla 20-40 faiz intervalında artımlara gətirib çıxaracaq". 

İqtisadçı millət vəkili deyib ki, işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması gələn il də prioritet olacaq. O, bu istiqamətə 2,2 milyard manat vəsait ayrılacağını dilə gətirib:

"Bütünlükdə 2021 və 2022-ci illərdə bərpaya, yenidənqurmaya 4,4 milyard manatın ayrılması planlaşdırılıb. İşğaldan azad olunan ərazilərdə işlər intensiv şəkildə həyata keçirilir və qarşıdakı illərdə də bu proses davam etdiriləcək. Bununla yanaşı, 2022-ci ilin dövlət büdcəsindən təhsil, səhiyyə, müdafiə və sair istiqamətlərə xərclənən vəsaitin həcmində artımlar nəzərdə tutulub. Praktik olaraq bütün sahələr üzrə xərclərdə artım olacaq. Çünki bir tərəfdən qeyri-neft sektorundan daxilolmalar yüksəkdir, digər tərəfdən neftin dünya bazarında qiymətində bahalaşma var. Bu, büdcədə neft sektorundan cəlbedilmələrin, transferlərin reallaşmasına imkan yaradır. Yeni büdcədə neftin qiyməti 50 dollar nəzərdə tutulub ki, bu da konservativ qiymətdir.
Bu, dünya bazarında neftin qiymətinin bahalaşması fonunda potensial dalğalanmalardan dövlət büdcəsini sığorta etmək məqsədi daşıyır".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Aydın Hüseynov söyləyib ki, "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində göstərilən gəlir, xərclər 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə 5,4 və 4,7 faiz çoxdur. Onun fikrincə, büdcədə 3.063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7 faiz azalma deməkdir:

"Büdcə gəlirlərinin 25.874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı yerli gəlirləri, büdcə xərclərinin isə 28,9 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclər təşkil edir. 2022-ci ilin dövlət büdcəsinin əsas xərclərini sosialyönümlü xərclər təşkil edəcək. Həmin xərclərin əsas hissəsi sosial təminat və sosial müdafiə xərclərinə yönəldiləcək. Gələn il minimum aylıq əməkhaqqının məbləğinin artırılması, o cümlədən büdcədən maliyyələşən təşkilatlarda əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Əmək pensiyalarının minimum məbləğinin, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarı həddinin, bir sıra sosial müavinətlərin məbləğinin artırılması da nəzərdə tutulur ki, bu tədbirlərin maliyyələşdirilməsi 2022-ci ilin dövlət büdcəsinin sosial xərclərində xüsusi yer tutacaq".

A.Hüseynov vurğulayıb ki, 2022-ci ildə dövlət büdcəsindən iqtisadi fəaliyyətə 5,932 milyon manat vəsait ayrılması nəzərdə tutulub: "Həmin vəsaitin 4,992 milyon manatını tikinti və şəhərsalmaya çəkilən xərclər, o cümlədən 2,790 milyon manatını dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərcləri təşkil edəcək. Bundan başqa, dövlət büdcəsindən kənd təsərrüfatına 997 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Sənədə əsasən, bu, ilkin proqnozla müqayisədə 1,1 faiz çoxdur. Gələn il aqrar sektora çəkiləcək xərclərin 477 milyon manatı kənd təsərrüfatı tədbirlərinə, 47 milyon manatı baytarlığa, 460 milyon manatı meliorasiyaya, 13 milyon manatı isə kənd təsərrüfatı müəssisələrinə yönəldiləcək. 2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1,792 milyon manat və yaxud 1,054 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub. Nəticə etibarilə 2022-ci ilin icmal büdcəsi 33 milyard manata yaxın olacaq. Bu, ilkin proqnozla müqayisədə 2,4 faiz çoxdur".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4264   Tarix: 13 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 99,148 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,1 % çoxdur. Təkcə iyund

11 iyul
.

"Bakı Kart" kartlarının qiyməti dəyişdirilir

İyulun 1-dən etibarən "Bakı Kart" kartlarının satış qiyməti 2 manatdan 3 manata dəyişdiriləcək. xəbər verir ki, bu barədə "Bakı Kart" məlumat yayıb. Qeyd edək ki, "Bakı Kart" kartları 2015-ci ildən etibarən sərnişinlərin istifadəsinə təqdim olunub və ötən müddət ərzind

9 iyun
.

Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib

Bu gün Azərbaycandan Ermənistana göndərilən 2 475 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Güzdək stansiyasından yola salınıb. "Report"a istinadən xəbər verir ki, 42 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzi

4 iyun
.

Naxçıvanda yüksək vəzifəyə təyinat

Məmmədnağı Asiman oğlu Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini təyin edilib. Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) Nazirlər Kabineti bununla bağlı sərəncam verib. Qeyd edək ki, M.Əkbərov bundan əvvəl muxtar respublika Maliyyə Nazirliyini

5 avqust
.

Azərbaycanda şəkər istehsalı 44 %-ə qədər artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 169,6 min ton şəkər istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-cü ilin eyni dövrü ilə müqayisədə 43,7 % çoxdur. Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatları istehsalı ötən ilin eyni dövrü ilə müqayisəd

20 iyun
.

DGK sədri: "Azərbaycan Aİ-nin yeni tranzit sisteminə qoşulur"

"Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin də iştirak etdiyi yeni tranzit sistemə qoşulmağa hazırlaşır". xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovnik

25 iyun
.

Azərbaycan Hindistandan kömür idxalını bərpa edib

Bu ilin I rübündə Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 5 min 438 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 84 %, kəmiyyə

6 iyun
.

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 926,908 milyon ABŞ dolları dəyərində mal idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7 % azdır. Beş ayda Azərbaycanın idxalı Türkiyənin ümumi ixracının 1 %-ni təşki

13 iyun
.

Azərbaycanda nağdsız ödənişlər apreldə 2 %-dən çox azalıb

Bu ilin aprel ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 2,2 % azalaraq 9 milyard 94 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,969 milyard manatı (87,6 %-i) elektron ticarətin payına düşüb. Ödənişləri

30 may