Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
Türk İnvestisiya Fondu (TİF) kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələrin maliyyə vəsaitlərinə çıxışını genişləndirmək, qadın sahibkarları dəstəkləmək, dayanıqlı kənd təsərrüfatını və yaşıl investisiyaları təşviq etmək məqsədilə Niderland İnkişaf Bankının (FMO) təşkil etdiyi 170 milyon ABŞ dolları məbləğində beşillik maliyyələşdirmə çərçivəsində 10 milyon ABŞ dolları ayırmağı öhdəsinə götürüb.
Sonxeber.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə TİF "Şekerbank"a verilən beynəlxalq sindikatlaşdırılmış kreditə qoşularaq Fondun təsisçi üzv dövləti olan Türkiyədə ilk maliyyələşdirmə əməliyyatını həyata keçirib. Fondun öhdəliyi "Şekerbank"ın inklüziv və dayanıqlı bankçılıq fəaliyyətini dəstəkləmək üçün FMO-nun təşkil etdiyi beşillik prioritetli kredit xəttinin hissəsidir. Ümumilikdə 7 iştirakçıdan ibarət kredit sindikatı, inkişafın maliyyələşdirilməsi üzrə beynəlxalq qurumları, təsiryönümlü investorları bir araya gətirir. Sindikatda Türk İnvestisiya Fondu ilə yanaşı FMO, Fransa İnkişaf Agentliyi (AFD) qrupunun özəl sektorun maliyyələşdirilməsi üzrə qurumu olan Proparco, Avstriya İnkişaf Bankı (Oesterreichische Entwicklungsbank AG, OeEB), Finlandiyanın Sənaye Əməkdaşlığı Fondu (Finnfund), BlueOrchard Mikromaliyyə Fondu (BOMF) və "responsAbility Investments AG" iştirak edir.
"Şekerbank" 1953-cü ildə Əskişəhərdə şəkər çuğunduru kooperativlərinə üzv olan fermerlərin yığımları hesabına yaradılıb. Baş ofisi İstanbulda yerləşən, səhmləri "Borsa İstanbul"da alınıb-satılan bank 68 vilayətdə 239 filialla fəaliyyət göstərir. "Şekerbank" cəlb etdiyi vəsaitlə kənd yerlərində fəaliyyət göstərən, transsərhəd ticarət və xidmətlərlə məşğul olan mikro, kiçik və orta müəssisələrə, qadınlara məxsus və yaxud qadınların rəhbərlik etdiyi müəssisələrə, eləcə də dayanıqlı kənd təsərrüfatı və yaşıl keçid sahələrində investisiya layihələrinə kredit verəcək.
TİF-in baş direktoru Ramil Babayev bildirib: "Bu kreditlə Türkiyədə ilk maliyyələşdirmə əməliyyatımızı həyata keçiririk. "Şekerbank"la əməkdaşlıqdan məmnunuq. Bankın 73 illik bankçılıq təcrübəsi və kənd yerlərində fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələri geniş əhatə etməsi bu əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Bu əməliyyatda iştirakımız Fondun mandatının iki əsas istiqamətini bir araya gətirir. Bunlar maliyyə inklüzivliyi vasitəsilə özəl sektorun inkişafı və regional iqtisadi inteqrasiyadır. Fondun ayırdığı vəsait üzv dövlətlərimizdəki tərəfdaşlarla transsərhəd ticarət və xidmət fəaliyyəti həyata keçirən, biznesini genişləndirən və ya birgə müəssisələr yaradan "Şekerbank" müştəriləri üçün nəzərdə tutulub. Bu ortaq məqsədlərə sadiqliyinə görə "Şekerbank"a, kredit sindikatını formalaşdırdığına görə isə FMO-ya təşəkkür edirik."
TIF Türk dünyasında iqtisadi əməkdaşlığı gücləndirmək, regiondaxili ticarəti artırmaq və dayanıqlı inkişafı dəstəkləmək məqsədilə türk dövlətlərinin birgə yaratdığı ilk beynəlxalq maliyyə institutudur. Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qərarı ilə yaradılan Fond mikro, kiçik və orta müəssisələrin dayanıqlı inkişafı və maliyyə inklüzivliyi, fiziki və rəqəmsal infrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı, nəqliyyat və logistika, eləcə də transsərhəd ticarət kimi prioritet sahələrdə layihələri maliyyələşdirir. Fond öz mandatını həyata keçirərkən aparıcı çoxtərəfli inkişaf bankları və inkişafın maliyyələşdirilməsi üzrə qurumlarla birgə maliyyələşdirmə və birgə investisiya mexanizmlərindən fəal istifadə edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi
Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi